Məhkəmə qərarları › İş №3-1(4-16)-61/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-61/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-61/2026 06.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ X11 Arif oğlunun sədrliyi, Quliyev Ziya İbrahim oğlunun katibliyi, Müdafiə Nazirliyinin 7-ci Təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı X6 Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2008-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı Hərbi Kollecinin 1-ci kursant taborunun 1-ci kursant bölüyünün 1-ci kursant taqımının kursantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Müdafiə Nazirliyinin 7-ci Təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı X9 tərəfindən 06 fevral 2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə protokol tərtib olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində Bakı Hərbi Kollecinin 1-ci kursant taborunun 3-cü kursant bölüyünün şəxsi heyəti müstəqil hazırlıq zamanı sinif otağında əyləşən zaman sinifdə müəllim olmamadığından kursant X7 digər kursant Rəşad Rəhimova qalx çök komandası verərək bir-birilə zarafatlaşmış, bu zaman səs küy olduğundan kursant Şəxs sinifdə olan kursantlara sakit olmaları barədə irad bildirmiş və kursant Kənan Rüstəmova digər kursant Rəşad Rəhimova çök qalx komandasını verməməsini, sakit olmasını və yerində əyləşməsini bildirdikdən sonra aralarında yaranan mübahisə zamanı onlar qarşı-qarşıya gələrək üz-üzə dayanaraq bir-birlərinə eyni anda yumruq zərbəsi vurmaları nəticəsində kursant Kənan Rüstəmov sol gözaltı nahiyəsindən, kursant Şəxs “burun sümüklərinin yerini dəyişən sınığı ilə nəticələnmiş burunun küt travması” diaqnozu ilə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışlar. Məhkəmə iclasında iştirak edən Müdafiə Nazirliyinin 7-ci Təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı X9 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə protokolda göstərilənləri təkrarlayaraq, qeyd etdi ki, kursant X7 ilə qarşılıqlı Şəxs biribirlərini vurduqlarına görə araşdırma aparımış, Şəxs xəsarət aldığına görə Kənan Rüstəmovun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin tərkibi əlamətləri olmuş, lakin “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya qərarına əsasən 05 fevral 2026-ci il tarixdə barəsində bəraətverici əsaslar olmadan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hazırda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirildiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, şəxsi heyəti müstəqil hazırlıq zamanı sinif otağında əyləşən zaman sinifdə müəllim olmamadığından kursant X7 digər kursant Rəşad Rəhimova qalx çök komandası verərək bir-birilə zarafatlaşmış, bu zaman səs küy olduğundan o, sinifdə olan kursantlara sakit olmaları barədə irad bildirmiş və kursant Kənan Rüstəmova digər kursant Rəşad Rəhimova çök qalx komandasını verməməsini, sakit olmasını və yerində əyləşməsini bildirdikdən sonra aralarında yaranan mübahisə zamanı onlar qarşı-qarşıya gələrək üz-üzə dayanaraq bir-birlərinə eyni anda yumruq zərbəsi vurmaları nəticəsində o, burun nahiyəsindən xəsarət almışdır. Kənan Rüstəmova amtistiya tətbiq edələrək barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Münaqişə zamanı Kənan Rüstəmov hər hansı ciddi xəsarət almamışdır, onlar barışdıqları üçün onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 izahatda qeyd etdiklərini bir daha təkrar edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə tərtib olunmuş qərar əsassızdır, əməldə inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 1749 nömrəli 13 noyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, X4 bədən səthində sözügedən hadisə ilə bağlı hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 1750 nömrəli 13 noyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs almış olduğu xəsarət burun sümüklərinin yerini dəyişən sınığı ilə nəticələnmiş burunun küt travması bərk küt əşyanın zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 05 fevral 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı Hərbi Kollecinin kursantı Şəxs X5 xx.xx.2025-ci il tarixdə zor tətbiq etməsi əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün material ayrılmışdır. Bakı Hərbi Kollecinin kursantı X4, kursant Şəxs yüngül zərərvurmaya aid xəsarət yetirilməsi faktı üzrə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən, X4 barəsində amnistiya aktı tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X2 Əli Təbəssüm oğlu ilə barışdığını ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Şəxs hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərini kobud surətdə pozmuşdur. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi —on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 114.2 və 114.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olması, zərərəçəkmiş şəxslə barışmasını məsuliyyəti yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs əməlindən peşman olması, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmaması, əvvəllər məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını və şəxsiyyətini səciyyələndirilən halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq edilmədən, həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək o, inzibati məsuliyyətdən azad edilməli, eyni zamanda Şəxs intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materiallar sonuncunun təhsil aldığı Bakı Hərbi Kollecinə göndərilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 diqqət yetirərək qeyd edir ki, Nizamnamənin 48-ci bəndində əsgərlərə və matroslara verilən intizam cəzaları: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə; ğ) növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər; d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; s) əlaçı döş nişanından məhrumetmə; ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər. Göründüyü kimi kifayət qədər və sərt intizam cəzaları mövcuddur, Şəxs intizam məsuliyyətinə cəlb edərək ona yuxarıda sadalanlara cəzalardan hansı birinin tətbiq edilməsi onun təhsil aldığı Bakı Hərbi Kollecinin diskresion səlahiyyətindədir. Məhkəmənin qərarı əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Vəkil həyata keçirmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə Şəxs hüquqlarının müdafiəsi üçün göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə, hər iş saatı 11 (on bir) manat olmaqla 44 (qırx dörd) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun təhsil aldığı Bakı Hərbi Kollecinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar