Məhkəmə qərarları › İş №3-1(4-16)-65/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-65/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-65/2026 06.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs- Müdafiə Nazirliyi 7-ci Təhqiqat bölməsinin rəis müavini,ədliyyə kapitanı X4 oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı Hərbi Kollecinin 2-ci taborunun 4-cü bölüyünün 1-ci taqım kursantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyi 7-ci Təhqiqat bölməsinin rəis müavini,ədliyyə kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı 2425902№-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, 2025-ci ilin mart aylarında kursant Şəxs kursant Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Müdafiə Nazirliyi 7-ci Təhqiqat bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Müdafiə Nazirliyi 7-ci Təhqiqat bölməsinin rəis müavini,ədliyyə kapitanı X4 inzibati xəta haqqında protokolu müdafiə etdi, protokolda göstərilənləri təsdiq etdi, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əməlindən peşmandır, zərərçəkmişlə barışdığını qeyd edərək məhkəmədən daha yüngül cəza tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə kursant yoldaşı Şəxs ilə barışdığını bildirdi. İş materiallarında olan 05 fevral 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı Hərbi Kollecinin 2-ci kursant taborunun, 4-cü bölüyünün, 27-ci qrupunun kursantı Şəxs 2025-ci ilin mart ayının ortalarında, həmin qrupun kursantı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə 1 yumruq vurmuş, bu zaman kursant Said Qiliyev də, kursant Şəxs sağ qulaq nahiyyəsinə 1 yumruq vurmuşdur. Qeyd olunanlardan başqa xx.xx.2025-ci il tarixdə saat 08 radələrində 2-ci kursant taborunun yataqxanasında şəxsi heyət səliqə səhman yaratdığı zaman kursant X2, kursant Zərərçəkmiş şəxs sıra düzülüşü olması barədə məlumat vermiş, lakin sonuncu eşitmədiyi üçün ona yaxınlaşaraq əlini çiyninə qoymuş və düzülüş olduğunu bildirmişdir. Bu zaman kursant Zərərçəkmiş şəxs əsəbləşərək oturduğu stuldan qalxmış və kursant Vüsal Hüseynzadəyə ona əl vurmamasını bildirərək sonuncunun sinəsinə 1 yumruq vurmuş və ona toxunanın ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman kursant Vüsal Hüseynzadə də kursant Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onu təhqir etmişdir. Araşdırma zamanı izahatları alınmış kursant Zərərçəkmiş şəxs, kursant X2 və kursant Şəxs yuxarıda göstərilən xüsusatları təsdiq edərək, hadisənin yuxarıda qeyd olunan şəkildə baş verdiyini izahatlarında qeyd etmişdirlər. Araşdırma zamanı izahatları alınmış kursant X1, kursant X5 və kursant X6 yuxanda qeyd olunanları təsdiq edərək oxşar izahat vermişdir. Yaranmış zərurətlə əlaqədar olaraq kursantlar Zərərçəkmiş şəxs, X2 və Şəxs məhkəmə-tibbi ekspertizaya təqdim olunmuş; xx.xx.2026-cı il tarixli 1720 saylı ekspert rəyinə əsasən xx.xx.2025-ci il tarixdə V.V.Hüseynzadənin məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində sözügedən hadisə ilə əlaqəli hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmadı. xx.xx.2026-cı il tarixli 1719 saylı ekspert rəyinə əsasən 05.11,2025-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində sözügedən hadisə ilə əlaqəli hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmadı. xx.xx.2025-ci il tarixli 1795 saylı ekspert rəyinə əsasən xx.xx.2025-ci il tarixdə S.A Əsgərovun məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində sözügedən hadisə ilə əlaqəli gözlə görünən hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmadı.Materiala əlavə olunmuş arayışdan görünür ki, kursant Zərərçəkmiş şəxs ilə kursant Şəxs arasında 2025-ci ilin mart ayında tabelik münasibətləri olmamışdır.Materiala əlavə olunmuş arayışdan görünür ki, kursant X2 ilə kursant Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır.Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı Hərbi Kollecinin 2-ci kursant taborunun, 4-cü bölüyünün, 27-ci qrupunun kursantı Şəxs 2025-ci ilin mart ayının ortalarında, həmin qrupun kursantı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə 1 yumruq vurmuş, bu zaman kursant Said Qiliyev də, kursant Şəxs sağ qulaq nahiyyəsinə 1 yumruq vurmuşdur. Qeyd olunanlardan başqa xx.xx.2025-ci il tarixdə saat 08 radələrində 2-ci kursant taborunun yataqxanasında şəxsi heyət səliqə səhman yaratdığı zaman kursant X2, kursant Zərərçəkmiş şəxs sıra düzülüşü olması barədə məlumat vermiş, lakin sonuncu eşitmədiyi üçün ona yaxınlaşaraq əlini çiyninə qoymuş və düzülüş olduğunu bildirmişdir. Bu zaman kursant Zərərçəkmiş şəxs əsəbləşərək oturduğu stuldan qalxmış və kursant Vüsal Hüseynzadəyə ona əl vurmamasını bildirərək sonuncunun sinəsinə 1 yumruq vurmuş və ona toxunanın ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman kursant Vüsal Hüseynzadə də kursant Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onu təhqir etmişdir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Şəxs xasiyyətnaməsi müsbətdir - fikrini şifahi və yazılı ifadə etməyi bacarır, sıra hazırlığı yaxşıdır, öz rəis və yoldaşları ilə münasibət qurmağı yaxşı bacarır, intizamlıdır, fiziki və psixoloji cəhətdən sağlamdır. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını,zərərçəkmiş şəxslə barışdığını və əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini məsuliyyəti yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, işin hallarını və onun xidmət yerinə gəlməməsinin qısa müddət olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Məhkəmə bir daha işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi Bakı Hərbi Kollecinin tərəfindən intizam məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi inzibati xətadan nəticə çıxarması üçün kifayətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar xidmət etdiyi Bakı Hərbi Kollecinin rəhbərliyinə göndərilməli və Şəxs intizam qaydasında cəzalandırılması Bakı Hərbi Kollecinin rəhbərliyinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Bakı Hərbi Kollecinin rəhbərliyinə göndərilsin və onun intizam qaydasında cəzalandırılması Bakı Hərbi Kollecinin rəhbərliyinə həvalə edilsin. Qərar tərəflərə təqdim edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar