Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-7/2026 08.01.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxin müdafiəçisi Bakı şəhəri Zəfər Vəkil Bürosunun vəkili X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun qərargah rəisi, kapitan X1 iştirakları ilə, xx.xx.2006-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Ağdaş rayonu, Ləki Qəsəbəsi ünvanında qeydiyyatda olan , Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tabor 2-ci bölük 3-cü taqım 1-ci qrupun kəşfiyyatçı – operatoru , müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri polkovnik – leytenant X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə MN seriyalı, 2424160№-li, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, H.Z.Tağıyev qəsəbəsi N nömrəli hərbi hissəsində xx.xx.2025ci il tarixdə əsgər X6 qarşı zorakı hərəkətlər edərək onu yumruqla vurmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində xidmət edən kapitan X4 məhkəmədə bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə əsgər X6 qarşı zorakı hərəkətlər edərək onu yumruqla vurmuşdur. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs xidmət etdiyi müddət ərzində özünü intizamlı hərbi qulluqçu kimi göstərmişdir. Qeyd olunanlara əsasən Şəxs daha yüngül cəzanın seçilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əməlindən peşmandır və məhkəmədən daha yüngül cəza tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 məhkəmə iclasında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs əməlindən peşmandır və ordu sıralarına yeni daxil olduğuna görə məhkəmədən həbslə bağlı olmayan cəza tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun komandiri vəzifəsini müvəqqəti icra edən kapitan Mahir Şabanzadənin raportundan görünür ki, 1-ci bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X8 ilə söhbət zamanı xx.xx.2025-ci il tarixdə 2-ci bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs ona qarşı zorakı hərəkətlər edərək onu yumruq və təpiylə vurmuşdur. İş materiallarında olan arayışdan görünür ki, N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər X8 ilə 1-ci əməliyyat taborunun 2-ci əməliyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Şəxs arasında tabeçilik münasibəti yoxdur. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Şəxs sıra hazırlığı yaxşı, geyim formasını səliqəli daşımağı bacarır, fiziki hazırlıqlı və xarici görünüşü qənaətbəxşdir. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını və əvvələr inzibati məsuliyyətə cəlb edilməməsini məsuliyyəti yüngülləşdirən hallar kimi hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, işin hallarını və onun xidmət yerinə gəlməməsinin qısa müddət olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Məhkəmə bir daha işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən intizam məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi inzibati xətadan nəticə çıxarması üçün kifayətdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına göndərilməli və Şəxs intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri “Zəfər” Vəkil Bürosu həmin qərardadı icra edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin. Qərar tərəflərə təqdim edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri Zəfər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3-1(4-16)-7/2026
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-7/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver