Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-83/2026 25.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ X8 Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi , Azərbaycan Respublikası Hərbi Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuror-metodisti, ədliyyə kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Qəbələ rayonunda doğulmuş, subay, orta təhsilli, məhkum olunmamış, Qəbələ rayonu, Məlikli kəndində qeydiyyatda olan, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin hərbi qulluqçusu, baş çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə inzibati xəta haqqında materiala Bakı Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X6 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin komandanlığı hərbi hissənin hərbi qulluqçusu, baş çavuş Şəxs narkotik vasitələrdən istifadə edib-etməməsini müəyyən etmək üçün ambulator məcburi-narkoloji tibbi yoxlamaya göndərmiş və "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsində Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuror-metodisti, ədliyyə kapitanı X3 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilənləri təkrarlayaraq məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə cərimə cəzasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, inzibati xətanı törədərkən sərxoş halda olmuşdur, əməlindən peşmandır. Məhkəmədən yüngül cəza təyin olunmasını xahiş edir. Şəxs Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisinin birinci müavini tərəfindən onun adına verilmiş xasiyyətnamə ilə müsbət tərəfdən xarakterizə olunmuşdur. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin, xx.xx.2024-cü il tarixli, 0134 saylı əmrindən edilmiş çıxarışdan görünür ki, Şəxs şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin, xx.xx.2024-cü il tarixli, 0203 saylı əmrindən edilmiş çıxarışdan görünür ki, Şəxs mühafizə və təminat bölüyünün 1-ci mühafizə taqımının 3-cü mühafizə manqasının mühafizəçisi vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin, xx.xx.2025-ci il tarixli, 0127 saylı əmrindən edilmiş çıxarışdan görünür ki, Şəxs baş çavuş hərbi rütbəsi verilmişdir. Materiala əlavə edilmiş "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2026-cı il tarixli 427 nömrəli aktından görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmişdir. Araşdırma materialı üzrə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadə tərəfindən Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etməsi faktı ilə əlaqədar araşdırması aparılmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən 26 yanvar 2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, baş çavuş Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, proses iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2026-cı il tarixdə götürülmüş sidik nümunəsində THC (+) "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2026-cı il tarixli 427 nömrəli aktı ilə müəyyən edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəb edilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Şəxs Azərbaycan Respublikası İXMnin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Hansı səbəbdən Şəxs məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məsələsinə gəldikdə məhkəmə xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Hazırda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxıldığından həmin maddə bu Məcəllənin 22-ci fəsilində yer aldığından və Şəxs hərbi qulluqçu olduğundan onun barəsində törətdiyi inzibati xətaya görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115,129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3-1(4-16)-83/2026
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-83/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver