Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-88/2026 27.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Sumqayıt Hərbi prokurorun köməkçisi,ədliyyə kapitanı XN, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.N994-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Xurel kəndində qeydiyyatda olmaqla yaşayan,Müdafiə Nazirliyinin N nömrəli hərni hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və toplanılmış materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və toplanılmış materiallardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Şəxs N0 iyul 2025-ci il tarixdə N0(on) gün məzuniyyətdə olarkən tanımadığı şəxsdən ona təklif edilmiş narkotik vasitədən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Hərbi prokurorun köməkçisi,ədliyyə kapitanı X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı müdafiə edərək bildirdi ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında narkotik vasitələrin qəbul etdiyini etiraf edərək, əməlindən peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarından görünür ki, Əkbərov X3 Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin N-ci yaralıları toplama və təxluiyyə manqasının baş sürücü-sanitarı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmətdə olarkən 07 iyul 2025-ci il tarixdə N0 (on) gün müddətinə növbəti məzuniyyətə buraxılmış və N0 iyul 2025-ci il tarixdə məzuniyyətdə olarkən Ravil adlı tanışının toy məclisində iştirak etmək üçün Xaçmaz rayonunun Alekseyevka kəndinə getmiş və toyda iştirak edərkən bir qədər spirtli içki qəbul etdikdən sonra saat 2N radələrində kənara çəkilərək siqaret çəkən zaman yaxınlıqda dayanan tanımadığı 3 nəfər şəxslərlə söhbət edərkən həmin şəxslərdən biri ona narkotik maddə istifadə etməyi təklif etmişdir. Şəxs sərxoş vəziyyətdə olduğu üçün ona verilən təklifi qəbul etmiş və həmin şəxslə birlikdə qanunsuz olaraq Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədən istifadə etdikdən sonra sərxoşluq vəziyyəti daha da ağırlaşmışdır. Şəxs N7 iyul 2025-ci il tarixdə məzuniyyət müddəti başa çatdığı üçün xidmət yerinə qayıtmış, N8 iyul 2025-ci il tarixdə isə Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin nümayəndələri N nömrəli hərbi hissəyə gələrək şəxsi heyəti narkoloji test müayinəsindən keçirməyə başlamış və test müayinəsi başa çatdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi > qulluqçusu-əsgər Şəxs götürülmüş sidik nümunəsinin tərkibində labarator müayinə zamanı narkotik maddə hesab edilən delta 9- Tetra-hidro kannabinolun metaboliti olan “0.7N0 mq/l tetra hidro kannabinol turşusu” aşkar edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan 29 noyabr 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs narkotik vasitədən istifadə etməsi əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının Cinayət – Prosessual Məcəlləsinin 39.N.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, yüksək təşkilatçılıq qabiliyyətinə malikdir, fikir və düşüncəlıərini aydın şəkildə ifadə edə bilir, xidmət etdiyi kolektivdə hörmətə malikdir, hərbi sirri qorumağı bacarır, Azərbaycan dövlətinə və onun xalqına sadiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar 9.N-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar 2N-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar 3N.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını və himayəsində azyaşlı övladının olmasını yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi əvvəllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə bir dəfə inzibati məsuliyyətə cəlb edilməsi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-5N, NN4-NN7 və N28-N30-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərar tərəfə təqdim edildiyi və ya alındığı gündən N0 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3-1(4-16)-88/2026
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-88/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver