Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-89/2026 27.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt hərbi prokurorunun böyük köməkçisi ədliyyə kapitanı X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində çavuş rütbəsində xidmət edən, Xaçmaz rayonu, Xudat şəhəri, Bakıxanov küçəsi ev 6-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Sumqayıt hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt hərbi prokurorluğundan daxil olmuş № 000003 saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Məhkəmə Tibbi Ekspertiza və X2 yoxlama zamanı sidiyində psixotrop vasitə aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt hərbi prokurorunun böyük köməkçisi ədliyyə kapitanı X3 izahat verərək bildirdi ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 1-ci taqımının 1-ci döyüş maşınının tuşlayıcı operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, çavuş hərbi rütbəsində xidmətdə olarkən 14 iyul 2025-ci il tarixdə Rafiq Novruzov adlı tanışının dəvəti ilə Xaçmaz rayonunun Qusarçay kəndində oğlu üçün keçirdiyi kiçik toy məclisinə gedərək orada bir qədər spirtli içki qəbul etdikdən sonra məclisdə iştirak edən tanımadığı şəxslərin narkotik maddədən istifadə etdiklərini görərək onlarla birlikdə qanunsuz olaraq Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddə istifadə etmiş və istifadə etdikdən sonra halı pisləşmiş, bir qədər keçdikdən sonra isə özünə gəlib həmin şəxslərdən kənarlaşaraq yaşadığı ünvana getmişdir. Şəxs 15 iyul 2025-ci il tarixdə yuxudan oyananda başında ağrılar hiss etmiş və bu səbəbdən baş ağrısı dərmanı qəbul etmişdir. 16 iyul 2025-ci il tarixdə Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin nümayəndələri N nömrəli hərbi hissəyə gələrək şəxsi heyəti narkoloji test müayinəsi keçirmiş və test müayinəsi başa çatdıqdan sonra laborator müayinə zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şəxs götürülmüş sidik nümunəsinin tərkibində “0.414 mq/l Parasetomol” adlı dərman maddəsi və narkotik maddə hesab edilən delta 9-Tetra-hidro kannabinolun metaboliti olan "3.868 mq/l tetra hidro kannabinol turşusu" aşkar edilmişdir. Göstərilənlərə əsasən Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh edilməsini etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində çavuş rütbəsində xidmət edən zaman Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin nümayəndələri N nömrəli hərbi hissəyə gələrək şəxsi heyəti narkoloji test müayinəsi keçirmiş və müayinə zamanı onun sidik nümunəsinin tərkibində psixotrop maddə aşkar edilmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmamışdır. Lakin 14 iyul 2025-ci il tarixdə toy məclisində olan zaman spirtli içki qəbul etmiş, məclisdə iştirak edən tanımadığı şəxslərin psixotrop maddədən istifadə etdiklərini görərək onlar ilə birlikdə həmin maddədən istifadə etmişdir. Əməlindən peşman olduğunu, himayəsində az yaşlı övladlarının olduğunu, “Füzulinin azad olunmasına”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları, “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalı və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley” medalları ilə təltif edilməsini nəzərə alaraq yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan tibbi yoxlama rəyi ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 10762K saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsinin tərkibində “0.414 mq/l Parasetomol” adlı dərman maddəsi və 9-Tetra-hidro kannabinolun metaboliti olan “3.868 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin, xx.xx.2025-ci il tarixli, 286 saylı əmrindən edilmiş çıxarışdan görünür ki, Şəxs xidmət vaxtı başa çatmadan xidmətdən azad edildiyinə görə şəxs heyyətin siyahısından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 5-ci Təhqiqat bölməsinin baş təhqiqatçısı ədliyyə baş leytenantı Elvin Kamilov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs narkotik vasitədən istifadə etməsi əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalov tərəfindən qəbul edilmiş № 000003-5 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı övladları vardır. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2022-ci il tarixli Travma haqqında arayışının surətindən görünür ki, Şəxs “Barotravma” xəsarəti almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, “Füzulinin azad olunmasına”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalının vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Qüsursuz Xidmətə Görə” 3cü dərəcəli medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley” medalının vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley” medalı ilə təltif edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Sumqayıt hərbi prokurorunun böyük köməkçisi ədliyyə kapitanı X1 izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olmasını, himayəsində az yaşlı övladlarının olmasını, “Füzulinin azad olunmasına”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları, “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalı və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley” medalları ilə təltif edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Onun əməllərində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları və iş üzrə olan digər xüsusatları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3-1(4-16)-89/2026
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-89/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver