Məhkəmə qərarları › İş №3-1(4-16)-92/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-92/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-92/2026 27.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin hüquq işləri ürə köməkçisi – baş müəllim, ədliyyə mayoru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-ci il tarixdə Füzuli rayonunda doğulmuş, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Ordusunun Təlim və X4 prosesinin təminatı bölüyünün avtomobil taqım komandiri, baş gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, polkovnik X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə 27 fevral 2026-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu Şəxs xx.xx.2026-cı il tarixdə park növbətçisi olarkən hərbi hissədə olan avtomobil giriş – çıxış kitabını itirmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin hüquq işləri ürə köməkçisi – baş müəllim, ədliyyə mayoru Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə park növbətçisi olarkən hərbi hissədə olan avtomobil giriş – çıxış kitabını itirmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, park növbətçisi olarkən kitabı maşınların giriş - çıxış kitabını möhürlədərkən itdiyini, bu günə kimi belə halın baş vermədiyini və peşman olmasını nəzərə alıb ona tənbeh verilməməsini xahiş etmişdir. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Azərbaycan Ordusunun Təlim və X4 prosesinin təminatı taborunun MTT bölüyünün avtomobil taqımının komandiri vəzifəsində xidmət edən gizir Şəxs xx.xx.2026-cı il tarixdə Azərbaycan Ordusunun Təlim və X2 hərbi şəhəriciyinin avtomobil və zirehli texnikalar parkında növbətçi olmuş, məhz onun məsuliyyətsizliyi və xidmətə səhlənkar münasibəti nəticəsində maşınların parkdan çıxışı və qayıdışı kitabı naməlum şəraitdə itmişdir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, sıra qıvraqlığı yaxşıdır, fiziki və mənəvi cəhətdən sağlamdır, şəxsi və ictimai gigiyena qaydalarına riayət etməyə çalışır. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs xidmətə səhlənkar münasibəti nəticəsində maşınların parkdan giriş-çıxış kitabının itirilməsi özünün və digər şəxslərin izahatları, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinə əsasən hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini və öhdəsində 4 övladının olmasını, məsuliyyəti yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və xidmətini qüsursuz davam etdirməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə bir daha işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi xətadan nəticə çıxarması üçün kifayət edəcəkdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəhbərliyinə göndərilsin və onun intizam qaydasında cəzalandırılması Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəhbərliyinə həvalə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar