Məhkəmə qərarları › İş №3-1(4-16)-93/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-93/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-93/2026 27.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə kapitanı XN, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.N999-cu il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Müşfiqabad qəsəbəsi ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyünün N-ci tank taqımının tuşlayıcı operatoru, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri, polkovnik – leytenant XN tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsi ilə N7 fevral N0N6-cı il tarixli, MN N4N4065№-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Güzdək qəsəbəsi N nömrəli hərbi hissəyə N fevral N0N6-cı il tarixdə saat 08:00-dan N fevral N0N6-cı il tarixdə saat 08:00-dək xidməti yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə kapitanı X3 qeyd etmidir ki, Şəxs Bakı şəhəri, Güzdək qəsəbəsi N nömrəli hərbi hissəyə N fevral N0N6-cı il tarixdə saat 08:00-dan N fevral N0N6-cı il tarixdə saat 08:00-dək xidməti yerinə gəlməmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əsgər yoldaşlarına borcu olduğundan utandığına xidmət yerinə gəlməmişdir, əməlindən peşmandır və məhkəmədən daha yüngül cəza tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan N fevral N0N6-cı il tarixli raportdan görünür ki, N-ci tank taborunun N-ci tank bölüyünün N-ci tank taqımının tuşlayıcı operatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs N fevral N0N6-cı il tarixində saat 08:00-da xidmət yerini özbaşına tərk hesab edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N0N6-cı il tarixli, 4N nömrəli əmrindən çıxarışdan görünür ki, N-ci tank taborunun Nci tank bölüyünün N-ci tank taqımının tuşlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs N fevral N0N6-cı il tarixində saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N0N6-cı il tarixli, 45 nömrəli əmrindən çıxarışdan görünür ki, N fevral N0N6-cı il tarixdə saat 08:00-da xidməti yerinə gəlməyən N-ci tank taborunun N-ci tank bölüyünün Nci tank taqımının tuşlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs N fevral N0N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilmişdir. İş materialarında olan xidməti xasiyyətnaməsi mənfidir - işinə verilən qiymət mənfidir, qanunları, silahlı qüvvələrin nizamnamələrinin tələblərini bilir və gündəlik işində onlardan istifadə edə bilmir, ixtisasına uyğun peşəkar bilik səviyyəsinə malik deyildir, fiziki hazırlığı qeyri – kafidir, komandirlər və rəislər tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirir, ona təhkim olunmuş texnikaya yaxşı qulluq göstərə bilmir, fiziki cəhətdən sağlamdır . İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.N0NN-ci il təvəllüdlü X4 atası Şəxsdur. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.Nci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə təqsirli bilinməlidi. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildilməsi özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsinə əsasən Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N6.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 4N-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N6.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin N6.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin NN-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmaması və öhdəsində azyaşlı övladının olmasını yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin NN4.N.N-ci maddəsinə əsasən bu Məcəllənin N6.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına göndərilməli və Şəxs intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N6.4, 40, 43, NN4, NN5, NN7, NN9 və N30-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsiin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına göndərilsin və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına rəhbərliyinə həvalə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən N0 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar