Məhkəmə qərarları › İş №3-1(4-16)-99/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-99/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-99/2026 04.03.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ X17 Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 04 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs X2, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini X6 iştirakı ilə, xx xxxx 2007-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Hacıməlik Ərazi Dairəsi, Hacı Məlik kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və daşıma bölüyünün mühafizə manqasının atıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri mayor X12 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarından görünür ki, 17 yanvar 2026-cı il tarixdə səhər saatlarında Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və daşıma bölüyünün mühafizə manqasının atıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Şəxs həmin hərbi hissənin tibb bölüyündə olan zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu əsgər X4 ilə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, Murad Balakişiyevi itələməklə ona sol əlin bilək nahiyyəsinin postravmatik şişkinliyi diaqnozu ilə dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarət yetirməklə zor tətbiq etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini X9 izahatında bildirdi ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və daşıma bölüyünün mühafizə manqasının atıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Şəxs həmin hərbi hissənin tibb bölüyündə olan zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu əsgər X4 ilə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Murad Balakişiyevi itələyərək çarpayıdan yıxmış, nəticədə X1 əlin bilək nahiyyəsinin postravmatik şişkinliyi diaqnozu ilə dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən xəsarət almışdır. Beləliklə, hərbi qulluqçu əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 17 yanvar 2026-cı il tarixdə səhər saatlarında N nömrəli hərbi hissənin tibb bölüyündə olan zaman əsgər X4 və əsgər X13 arasında mübahisə düşmüşdür. Belə ki, Murad Balakişiyev əsəbi şəkildə çarpıyıdan qalxaraq Rəvan Cəbiyev ilə mübahisə etmiş, o, Murad Balakişiyevə “sən kimin üstünə ayağa qalxırsan deyərək” onu itələmişdir. Törətdiyi əməldən peşiman olduğunu bildirərək yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, 17 yanvar 2026-cı il tarixdə səhər saatlarında Rəvan Cəbiyev onunla mübahisə edən zaman Şəxs ona “sən kimin üstünə ayağa qalxırsan deyərək” deyərək itələmişdir. Nəticədə sol əli bilək nahiyyəsindən zədələnmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən müdafiəçi X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şəxs səmimi peşmançılığını nəzərə alaraq mümkün qədər yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr 2025ci il tarixli 268 saylı əmrindən görünür ki, əsgər Şəxs N nömrəli hərbi hissənin qərargah və daşıma bölüyünün mühafizə manqasının atıcısı təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 135 nömrəli 10 fevral 2026-cı il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2026-cı il tarixdə M.A.Balakişiyevə tibb məntəqəsində “Sol əlin bilək nahiyəsinin posttravmatik şişkinliyi” diaqnozu təyin edilmişdir. Diaqnozda qeyd edilən xəsarət bərk-küt əşyanın təsirindən, həm də xəsarət nahiyəsinin bu xarakterli əşyaya zərblə dəyməsi nəticəsində törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Onun əməllərində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. 04 Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X5 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati protokol tərtib edilmiş şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 04 mart 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə, müdafiəçiyə, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar