Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(4-20)-11/2026 19.01.2026 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 2-ci XMAT bölüyünün komandiri X1, Barəsində xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, Döngə 7 küçəsi, ev 76 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda da yaşayan, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xüsusi minaaxtarma və təmizləmə taborunun xüsusi minaaxratma və təmizləmə bölüyünün xüsusi minaaxtarma və təmizləmə tağımının xüsusi minaaxratma və təmizləmə manqasının baş istehkamçısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən və xx.xx.2025-ci il tarixdən N nömrəli hərbi hissəyə ezam olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş matereiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs Ağdərə rayonunda yerləşən N nömrəli hərbi hissədəki xidmət yerinə xx.xx.2025-ci il saat 11:00-dan xx.xx.2026-cı il saat 16:00-dək üzrlü səbəb olmadan gəlməməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 19 yanvar 2026cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissənin, maddi-texniki təminat bölüyünün ərzaq anbar rəisi vəzifəsində xidmət edir. O, xx.xx.2025-ci il tarixdə saat 11:00-da xidmət yerinə gəlməli olduğu halda xx.xx.2026-cı il tarixdə saat 16:00-da xidmət yerinə qayıtmışdır. Onun xidmət yerinə gəlməməyinin səbəbini övladının xəstə olması ilə bağlı olmuşdur. Belə ki, xidmət yerinə gəlmədiyi həmin günlərdə uşağını xəstəxanaya apararaq ona ilkin tibbi yardımlar göstərilmişdir. Lakin qeyd edilən hallarla bağlı hər hansı təsdiqedici sənəd olmadığından onları təqdim edə bilmir. Hazırda etdiyi əməldən səmimi peşmandır. Odur ki, ona inzibati təhbeh verilərkən bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında N nömrəli hərbi hissənin nümayəndəsi həmin hərbi hissənin 2-ci XMAT bölüyünün komandiri ifadəsində bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00da xidmət yerinə gəlməli olduğu halda xx.xx.2026-cı il tarixdə saat 16:00-da xidmət yerinə qayıtmışdır. Xidmət yerinə gəlməməsinə səbəb olaraq uşağının xəstə olduğunu bildirsə də, hərbi hissəyə bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tağım komandiri Şahid1 verdiyi izahatında bildirmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində hərbi hissəni öz başına tərk etmişdir. Oda bu barədə məlumat aldıqdan sonra yuxarı rəhbər heyətinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin manqa komandiri Şahid2 izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində hərbi hissəni heç kəsə məlumat vermədən öz başına tərk etmişdir. Oda öz üzərinə düşən vəzifəni icra edərək aidiyyatı üzrə yuxarı rəhbərliyə məlumat vermişdir. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xüsusi minaaxtarma və təmizləmə taborunun 2-ci xüsusi minaaxratma və təmizləmə bölüyünün komandiri vəzifəsini müvəqqəti icra edən leytenant Rahib Rəsulovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, əsgər Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində xidmət yerinə gəlmədiyinə görə özbaşına tərk etmişlərin siyahısına salınması və bu faktın araşdırılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xüsusi minaaxtarma və təmizləmə taborunun 2-ci xüsusi minaaxratma və təmizləmə bölüyünün komandirinin xx.xx.2026-cı il tarixli raportundan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 16:00 radələrində əsgər Şəxs xidmət yerinə gəlmişdir. Şəxs özbaşına tərk etmişlərin siyahısından çıxarılması və qazan təminatına qoyulması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə əsgər Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, əsgər Şəxs xidmət müddəti ərzində intizam qaydasında 14 dəfə cəzalandırılmış, lakin həvəsləndirilməmişdir. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 53 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilərək, xx.xx.2023-cü il tarixdən hərbi hissəmin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 250 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəxs N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmişdir. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 388 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2026-cı il tarixli 5 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:00-da xidmət yerinə gəldiyi üçün xidmət yerini özbaşına tərk etmişlərin siyahısından çıxarılıb hərbi hissənin bütün növ təminatına qoyulmuşdur. İşə əlavə olunmuş Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxil olma haqqında 2023-cü il tarixli bağlaşmanın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəxs Azərbaycan Ordusunda 3 il müddətinə hərbi xidmət etmə öhdəliyi götürmüşdür. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, N nömrəli hərbi hissənin nümayəndəsinin izahatlarını, inzibati xəta haqqında protokolu və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan 3 gündən artıq lakin N gündən çox olmayaraq hərbi hissəyə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və onun əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətaları törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs məhkəmə iclası zamanı xidmət yerinə vaxtında gəlməməsinin səbəbinin uşağının xəstə olması ilə bağlı olduğunu, lakin ona vaxt veriləcəyi halda belə bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilməyəcəyini bildirməsini, məhkəmə onun özünümüdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə İXM-nin 613.2-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur və həmin maddənin sanksiyasında iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, əməlinin səmimi etiraf etməsini, əməllərindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasının həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. AR İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 05 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətində Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli onun hauptvaxta yerləşdirildiyi gündən hesablansın. Şəxs hauptvaxta yerləşdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(4-20)-11/2026
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-20)-11/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver