Məhkəmə qərarları › İş №3-1(4-20)-21/2026

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-20)-21/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(4-20)-21/2026 10.02.2026 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin nümayəndəsi həmin hərbi hissənin hüquqşünası X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 2006-cı ildə Kürdəmir rayonunun Karrar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, xx.xx.2024-cü il tarixdə SHXÇÜDX-nin Kürdəmir rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Kürdəmir rayonunun Karrar kəndində qeydiyyatda olmaqla yaşayan, N nömrəli hərbi hissənin sabiq əsgəri, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən tərtib edilmiş 10 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs AR Müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün bölük qərargahının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən xx.xx.2026-cı il tarixdə saat 21:00 radələrində hərbi hissənin əsgər yataqxanasında olan zaman həmin hərbi hisənin mühafizə bölüyün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının mühafizə vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sol əli ilə sonuncunun üz nahiyəsindən vurmaqla nalayiq ifadə işlədərək fiziki zor tətbiq etmişdir. Bununla bağlı Şəxs barəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə o, 21:00 radələrində əsgər yataqxanasının önündə siqaret çəkmək üçün təyin olunmuş yerdə siqaret çəkən zaman müddətli əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşmışdır. Ona yaxınlaşan zaman Zərərçəkmiş şəxs aralarında xidməti dövrdə olan anlaşılmazlıqlara son verib barışmaqlarını bildirmiş və həmin söhbətlər əsnasında bilməyərəkdən bir-birinə acı cavab vermişlər. Bundan sonra əsgər Zərərçəkmiş şəxs bir anlıq əsbləşərək sağ əli açıq formada onun baş nahiyəsinin sol hissəsinə zərbə vuran zaman həmçinin “sən qə...sən və get qə...bə şapalğı ilə yaşa” deyə ifadələri işlətmişdir. Həmin zaman orada olan hərbi qulluqçular onları aralayaraq oradan uzaqlaşdırmışlar. Sonradan əsgər yataqxanasına keçmişlər və həmin zaman əsgər Zərərçəkmiş şəxs müddətli əsgər Əli Abışovla söhbət edərkən o, Zərərçəkmiş şəxs qarşı “Sən pe...sən” siqaret çəkərkən zor tətbiq etdin deyərkən Zərərçəkmiş şəxs ona “özünsən pe...ər” ifadəsini işlətmişdir. Bu zaman o, bir anlıq əsəbləşərək zərərçəkmiş şəxsə yaxınlaşıb sol əli ilə açıq formada baş nahiyəsinin sağ üz hissəsinə zərbə yetirmişdir. Həmin zaman əsgər Zərərçəkmiş şəxs ona hər hansı zərbə yetirməsindən tam məlumatı olmamışdır Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Məhkəmədən inzibati tənbeh verilərkən əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və ona yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissəsinin mühafizə bölüyün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının əsgəri Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, onların bundan əvvəl sadəcə aralarında sözlü mübahisənin olduğunu və ordu siralarından tərxis olarkən küsülü getməməsi səbəbindən xx.xx.2026-cı il tarixdə 21:00 radələrində əsgər yataqxanasının önündə siqaret çəkmək üçün təyin olunmuş yerdə müddətli əsgər Şəxs siqaret çəkərkən görmüş, ona yaxınlaşmış və yaxınlaşan zaman aralarında xidmətləri dövründə olan anlaşılmazlıqlara son verib barışmaqlarını bildirmiş və həmin söhbətlər əsnasında bilməyərəkdən bir-birilərinə acı cavab vermişlər. Bundan sonra o əsəbləşərək Şəxs sağ əlinin açıq formada baş nahiyəsinin sol hissəsinə zərbə vurmuşdur. Bu zaman Şəxs “Sən qə...sən və get qə...bə şapalağı ilə yaşa” deyə ifadələri bilməyərəkdən işlətmişdir. Həmin zaman orada olan hərbi qulluqçular onları aralayaraq oradan uzaqlaşmışlar. Sonradan əsgər yataqxanasına keçmiş və həmin zaman o müddətli əsgər Əli Abışovla söhbət edərkən müddətli əsgər Şəxs şəxsi heyətin yanında ona qarşı “Sən pe...sən” deyə nalayiq ifadə işlətdiyini və onunda sən “özünsən pe...ər” deyərək aralarında mübahisə yarandığını danışmışdır. Bu zaman Şəxs ona yaxınlaşaraq sol əlinin açıq formada baş nahiyəsinin sağ üz hissəsinə zərbə yetirmiş, bu zaman o ,Əliyevə qarşı cavab olaraq zərbə vurmamışdır. Hadisədən sonra Şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin nümayəndəsi həmin hərbi hissənin hüquqşünası X3 iadəsində bildirmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında əvvəlcədən sözlü mübahisələri olmuşdur. Əsgər Şəxs tərxis olunmağına az müddət qaldığı üçün əsgər Zərərçəkmiş şəxs aralarındakı incikliyi bitirmək məqsədi ilə siqaret çəkərkən ona yaxınlaşmışdır. Lakin təxmini 10 dəqiqə sonra aralarında yenidən mübahisə baş vermiş və yataqxanada əsgər Şəxs sol əli ilə açıq formada onun boyun nahiyəsindən vuraraq nalayiq ifadə işlətmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin əsgəri Şahid2 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixində 21:00 radələrində siqaret çəkmək üçün təyin olunmuş yerdə siqaret çəkən zaman əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs ilə mübahisə etdiklərini və mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs əli açıq formada zərbə vurduğunu və “adamın anasını belə s.....ərlər” və “get indi q...bə şilləsi ilə yaşa” deyərək nalayiq ifadə işlətdiyini görmüş, daha sonra axşam gəzintisinə düzülərək gəzintiyə getmişlər. Gəzintidən sonra əsgər yataqxanasında yat komandasına hazırlaşan zaman onların yenidən əsgər yataqxanasında mübahisə etdiklərini və əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs “indi get p..ər kimi yaşa” deyərək nalayiq ifadə işlətdiyini və əsgər Şəxs ona “p..ər özünsən” deyərək sağ əli ilə onun üz nahiyəsinə zərbə yetirdiyini görmüş və dərhal hərbi qulluqçular onları aralamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin əsgəri Şahid1 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə 21:00 radələrində müddətli əsgər Zərərçəkmiş şəxs ilə əsgər Şəxs ilə siqaret çəkmək üçün təyin edilmiş yerdə dayanıb söhbət edərkən o da yaxın ətrafda dayanıb siqaret çəkirmiş və bir anlıq onların sözlü mübahisə etdiklərini görmüşdür. Bundan sonra əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs sağ əli ilə açıq formada yanaq nahiyəsindən zərbə vuraraq “get adamın anasını belə s..ərlər” deyərək nalayiq ifadə işlədib zərbə yetirmişdir. Müddətli əsgər Şəxs da ona zərbə vurmaq istəyərkəm onları aralamışlar. Həmin zaman axşam gəzintisi olduğundan onlar düzülərək sıra meydanına getmişlər. O, bir müddət sonra əsgər yataqxanasında oturub batinkasını dəyişərkən yenidən Şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş, bir anlıq əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs qarşı sağ əlinin iç nahiyəsi ilə zərbə vurduğunu görmüşdür. İşə əlavə olunmuş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə olunmuş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə edilmiş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə əsgər Zərərçəkmiş şəxs oğlu xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə edilmiş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə əsgər Şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin tibb məntəqəsi tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli arayışdan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət izi və yaxud patologiya aşkar edilməmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 214 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə əsgər Şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və maddi-texniki təminat bölüyünün avtomobil taqımının təmir və texniki xidmət manqasının sürücüsü-elektrik vəzifəsinə təyin edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 281 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə əsgər Şəxs hərbi hissənin madditexniki təminat bölüyünün avtomobil taqımının təmir və texniki xidmət manqasının sürücüsü-elektrik vəzifəsindən mühafizə bölüyünün sürücüsü vəzifəsinə təyin olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 13 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə əsgər Zərərçəkmiş şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına əsgər rütbəsi ilə daxil edilmiş və hərbi hissəsinin texniki bölüyün 3-cü takelaj taqımının 2-ci takelaj manqasının takelajçısı vəzifəsinə təyin edilmişdir. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin MTE və PAM-nin Gəncə Regional MTEdən verilmiş xx.xx.2026-cı il tarixli, 42 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsindən görünür ki, əsgər Şəxs bədən səthində sözügedən hadisələrlə əlaqədar hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin MTE və PAM-nin Gəncə Regional MTEdən verilmiş xx.xx.2026-cı il tarixli, 41 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsindən görünür ki, əsgər Zərərçəkmiş şəxs bədən səthində sözügedən hadisələrlə əlaqədar hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmaqla ona zor tətbiq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin izahatı və işdə olan digər materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin verdikləri izahatlarını dinləyib, sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübutlarla tam təsdiq olunur. Onun əməlində İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməldir. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi İXM-nin 612.1-ci maddəsi ilə inzibati məsuliyyəti səbəb olur və həmin maddənin sanksiyasında on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, hazırda hərbi xidmətini başa vurmaqla ehtiyata buraxılmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsə almanın əvvəli 10 fevral 2026-cı il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar