Məhkəmə qərarları › İş №3-1(4-20)-24/2026

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-20)-24/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(4-20)-24/2026 23.02.2026 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Tərtər Hərbi Prokurorluğunun nümayəndəsi X3, AR Müdafiə Nazirliyinin 9-cu Təhqiqat bölməsinin baş təhqiqatçısı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə 13 avqust 2003-cü ildə Yevlax rayonunun Səmədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, xx.xx.2021-ci il tarixdə SHXÇÜDX-nin Yevlax rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Yevlax rayonunun Səmədabad kəndində qeydiyyatda olmaqla yaşayan, N nömrəli hərbi hissənin mühəndisistehkam bölüyünün 2-ci mühəndis-istehkam tağımının 3cü mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmət qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair AR Müdafiə Nazirliyinin 9-cu Təhqiqat bölməsinin baş təhqiqatçısı tərəfindən tərtib edilmiş 23 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs AR Müdafiə Nazirliyinin Tərtər rayonu Sarov yaşayış məntəqəsində yerləşən N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün 2-ci mühəndis-istehkam tağımının 3-cü mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.2025-ci il tarixdə saat 14:20 radələrində hərbi hissənin əsgər yataqxanasında olan zaman həmin hərbi hisənin mühəndis-istehkam bölüyünün 3-cü mühəndis-istehkam tağımının 3-cü mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsində xidmət etmiş sabiq əsgər Zərərçəkmiş şəxs Aqil oğlu ilə aralarında yaranmış mübahisə zamanı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncunun boyun nahiyəsindən tutub yerə yıxaraq fiziki zor tətbiq etmişdir. Bununla bağlı MAHHXHQ əsgər Şəxs barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 9-cu Təhqiqat bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs MAHHXHQ əsgər Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirmişdir ki, Müdafiə Nazirliyinin Tərtər rayon, Sarov yaşayış məntəqsində dislokasiya olunan N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyü 2-ci taqım 3-cü manqa istehkamçı vəzifəsində, MAHHXHQ əsgər hərbi rütbəsində xidmət edir, xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. O, xx.xx.2025-ci il tarixdə saat 14:20 radələrində əsgər yataqxanasının arxasına dayanıb siqaret çəkdiyi vaxt bölük növbətçisi əsgər Coşqun Quliyev ona yaxınlaşaraq siqaret çəkmək üçün icazə istəmiş, o, əsgər Coşqun Quliyevin bölük növbətçisi olduğunu nəzərə alaraq siqaret çəkməsi üçün ona icazə vermişdir. Bu zaman əsgər Zərərçəkmiş şəxs yataqxanan arxasına gələrək MAHHXHQ kiçik çavuş Kamran Zeynalovun mühəndis-istehkam bölüyünün şəxsi heyətinə düzülüş verdiyini, şəxsi heyətin əsgər yataqxanasınının qarşısında düzüldüyünü və onun əsgər Coşqun Quliyevi çağırdığını bildirmişdir. O, əsgər Zərərçəkmiş şəxs MAHHXHQ kiçik X8 yaxınlaşaraq əsgər Coşqun Quliyevə siqaret çəkməsi üçün icazə verdiyini bildirməsini istəmişdir. Əsgər Zərərçəkmiş şəxs şəxsi heyətə tərəf getmiş və MAHHXHQ kiçik çavuş Kamran Zynalova əsgər X9 Hacıyevin icazə verdiyini bildirmişdir. Bundan sonra o, əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq “əsgər olduğunu unutmusan deyəsən” demişdir. Cavabında əsgər Zərərçəkmiş şəxs, ona “dədənin sənə qoyduğu addan utanırsan deyəsən” deyə cavab vermişdir. Bu zəmində aralarında sözlü mübahisə yaranmış, biraz sözlü mübahisə etdikdən sonra əsgər Zərərçəkmiş şəxs geriyə çevrilib getdikdə ona “sənin da...ı dağ....am” deyə ifadə işlətmişdir. Həmin vaxt o, əsgər Zərərçəkmiş şəxs “küçük” bura qayıt görüm “sən kimin dal...ı dağ....an” demişdir. Onların sözlü mübahisə etdiyini görən mayor Zaur Əliyev hər ikisini də yanına çağıraraq irad bildirdikdən sonra xidmət yerilərinə getmələrini bildirmişdir. O, yataqxanaya gəldikdən sonra əsgər Zərərçəkmiş şəxs əşya saxlama otağına gəlməsini istəmiş, birlikdə əşya saxlama otağına getmişlər. O, orada əsgər Zərərçəkmiş şəxs “məminm dal...ı da..ıt görüm necə dağıdırsan” demişdir. Onun sözündən sonra əsgər Zərərçəkmiş şəxs əlini onun çiyin nahiyəsinə qoymuş və o, əsgər Zərərçəkmiş şəxs əlini çiynindən götürərək ağıllı olmasını bildirmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona sən şükür et ki, mən əlimi sənin çiyninə qoyuram deyə cavab vermişdir. O, əsgər özünü yaxın hiss etdin deyəsən demiş və boyun nahiyəsindən tutaraq onu yerə yıxmışdır. Səs-küyə gələn əsgər Sərxan Bədəlov onları ayırmış, Əsgər Zərərçəkmiş şəxs yataqxananın dəhlizinə çıxmış və o da onun ardınca dəhlizə çıxmışdır. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs əsgər Mahmudovun süngü bıçağını götürüb onun üzərinə gəldiyni görmüş lakin əsgər Zərərçəkmiş şəxs ona çatmamış şəxsi heyətin əsgərləri Zərərçəkmiş şəxs tutaraq saxlamışdır. O, Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati tənbeh verilərkən əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və barəsində qanunamüvafiq qərar tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, 01 yanvar 2026-cı il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. O, xx.xx.2025-ci il tarixdə saat 14:20 radələrində xidmətdə olduğu zaman MAHHXHQ kiçik çavuş Kamran Zeynalov mühəndis-istehkam bölüyünün şəxsi heyətinə düzülüş vermiş, şəxsi heyət əsgər yataqxanasının qarşısında düzüldükdən sonra MAHHXHQ kiçik çavuş Kamran Zeynalov şəxsi heyətdən həmin gün bölük növbətçisi təyin olunmuş əsgər Coşqun Quliyevin harada olduğunu soruşduqda o Kamran Zeynalova əsgər Coşqun Quliyevin yataqxananın arxasında siqaret çəkdiyi cavabını vermişdir. MAHHXHQ kiçik çavuş Kamran Zeynalov ona yataqxananın arxasına gedərək əsgər Coşqun Quliyevi çağırmağı tapşırmş. Bundan sonra o, yataqxananın arxasına əsgər Coşqun Quliyevi çağırmaq üçün getdikdə, MAHHXHQ əsgər Şəxs ona əsgər Quliyevə icazə verdiyini və sıraya qayıdaraq bu barədə Kamran Zeynalova məlumat verməsini demişdir. O, sıranın qarşısına gələrək Kamran Zeynalova əsgər Coşqun Quliyevə MAHHXHQ əsgər Şəxs icazə verdiyini demişdir. Bundan sonra MAHHXHQ əsgər Şəxs onu yanına çağıraraq kobud formada “Küçük ! adı sən mənə qoymusan?” demişdir. MAHHXHQ əsgər Şəxs dediyi söz ona pis təsir etdiyi üçün, əlini Şəxs çiyin nahiyəsinə qoyub “sənin da... dağ...ram” deyə cavab vermiş və orada sözlü mübahisə etməyə başlamışlar. Onların sözlü mübahisə etdiyini görən mayor Zaur Əliyev hər ikisini yanına çağıraraq irad bildirdikdən sonra xidmət yerlərinə getmələrini bildirmişdir. Yataqxanaya gəldikdən sonra MAHHXHQ əsgər Şəxs ondan əşya saxlama otağına gəlməsini istəmiş və birlikdə əşya saxlama otağına getmişlər. Orada MAHHXHQ əsgər Şəxs ona indi “mənim da... dağ... görüm necə dağ..san” demiş, yenidən aralarında sözlü mübahisə yaranmış, yaranmış sözlü mübahisə zamanı MAHHXHQ əsgər Şəxs onun boyun nahiyəsindən tutaraq yerə yıxmış, səs-küyə gələn əsgər Sərxan Bədəlov onları ayırmış və o, yataqxananın dəhlizinə çıxmışdır. O, yataqxananın dəhlizində gün növbətçisi əsgər Mahmudovun süngü bıçağını götürüb MAHHXHQ əsgər Şəxs üzərinə getmiş, orada olan əsgərlər onu MAHHXHQ əsgər Şəxs yaxınlaşmadan saxlamışlar. Hadisədən sonra Şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Hazırda onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş AR Müdafiə Nazirliyinin 9-cu Təhqiqat bölməsinin baş təhqiqatçısı X6 izahatında bildirmişdir ki, Tərtər rayonu Sarov yayış məntəqəsində dislokasiya olunan N nömrəli hərbi hissənin MAHHXHQ əsgər Şəxs xx.xx.2025-ci il tarixdə müddətli əsgər Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutub yerə yıxaraq fiziki zor tətbiq etmişdir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Tərtər Hərbi Prokurorluğunun nümayəndəsi X7 izahatında bildirmişdir ki, MAHHXHQ əsgər Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2025-ci il tarixdə sözlü mübahisə olmuş və bunun nəticəsində əsgər yataqxanasının əşya saxlama otağında MAHHXHQ əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutub yerə yıxaraq fiziki zor tətbiq etmişdir. Ona görə də, Şəxs barəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla bağlı MN 9-cu Təhqiqat bölməsinin baş təhqiqatçısı ədliyyə leytenantı X6 tərəfindən xx.xx.2026-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İşə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, MAHHXHQ əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs sözlü mübahisə edərək əli ilə sonuncunun boyun nahiyəsindən tutub yerə yıxmasından ibarət əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin tibb məntəqəsində zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabından çıxarışdan görünür ki, Şəxs deməsinə görə xx.xx.2025ci il tarixdə saat 14:20 radələrində əsgər yataqxanasında Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Çıxarışdan görünür ki, gözlə görünən travmatoloji patologiya qeyd olunmur İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Zərərçəkmiş şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş SX № ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə olunmuş ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, MAHHXHQ əsgər Şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs ilə MAHHXHQ əsgər Şəxs arasında X5 Tələblərinə uyğun olaraq tabeçilik münasibəti yoxdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Tərtər Regional Məhkəmə-tibbi Ekspertiza bölməsi tərəfindən verilmiş 23-26 yanvar 2026-cı il tarixli 59 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində sözügedən hadisə ilə əlaqədar gözlə görünən hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, MAHHXHQ əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxs sabiq əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan digər materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin verdikləri izahatlarını dinləyib, sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübutlarla tam təsdiq olunur. Onun əməlində İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməldir. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi İXM-nin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur və həmin maddənin sanksiyasında on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, əməlini səmimi etiraf etməsini, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətində Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli onun hauptvaxta yerləşdirildiyi gündən hesablansın. Şəxs hauptvaxta yerləşdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar