Məhkəmə qərarları › İş №3-1(4-20)-28/2026

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-20)-28/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(4-20)-28/2026 04.03.2026 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Tərtər hərbi prokurorunun nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi həmin hərbi hissənin hərbi qulluqçusu X1 iştirakları ilə xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla N nömrəli hərbi hissənin yataqxanasında yaşayan, N nömrəli hərbi hissənin 1-ci tank taborunun tibb məntəqəsinin rəisi tibb xidməti leytenantı hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə inzibati xəta törətməsinə dair AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən tərtib edilmiş N mart N6-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti Şəxs həmin hərbi hissənin 1-ci tank taborunun tibb məntəqəsinin rəisi vəzifəsində xidmətdə olarkən 1N yanvar N6-cı il tarixdən N yanvar N6-cı il tarixədək, həmçinin N1 yanvar N6-cı il tarixdən N7 yanvar N6cı tarixədək xidmət yerinə gəlməməsi faktları ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 613.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən N mart N6-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, o, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tank taborunun tibb məntəqəsinin rəisi vəzifəsində, tibb xidməti leytenantı hərbi rütbəsində rütbəsində xidmət edir. O, anası xəstə olduğu üçün 1N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, bundan başqa N1 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N7 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. O, əvvəllər də xidmət yerinə mütəmadi olaraq vaxtında gəlməmə hallarına yol vermiş və bu halların olmasına səbəb ailəsində səbəbini açıqlamaq istəmədiyi şəxsi problemin olması ilə bağlı olmuşdur. Qeyd etdiyi səbəblərdən hal-hazırda ordu sıralarından ehtiyata buraxılmaq istəyir. O, etdiyi əməllərdən səmimi peşmandır, hazırda hərbi xidmətini davam etdirir. Odur ki, ona inzibati tənbeh verilərkən bunların nəzərə alınmasını və onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi həmin hərbi hissənin hərbi qulluqçusu mayor XN izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu tibb xidməti leytenantı Şəxs 1N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, bundan başqa N1 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N7 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Şəxs evində xəstəsi olduğu üçün xidmət yerinə gəlməmişdir. Şəxs ailə vəziyyəti ilə bağlı raport yazmışdır və bu məsələ şərəf məhkəməsinə də çıxarılmışdır. Şərəf məhkəməsində Şəxs xidmətini davam etdirməsi üçün 6 ay sınaq verilmişdir. Şəxs xidmət yerinə gəlməməsi ilə bağlı hərbi hissəyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Məhz Şəxs xidmət yerinə gəlməməsi əməlləri hərbi hissədə nizam-intizamın zəifləməsinə səbəb olur. Ona görə də, Şəxs xidmət yerinə vaxtında gəlməməsi faktları ilə bağlı barəsində N mart N6-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Tərtər hərbi prokurorunun köməkçisi X5 izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu tibb xidməti leytenantı Şəxs 1N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, bundan başqa N1 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N7 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaması faktları ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 613.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən N mart N6-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, gələcəkdə bu kimi halların baş verməməsi üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 1-ci tank taborunun komandirinin 1N yanvar N6-cı il tarixli raportundan görünür ki, 1-ci tank taborunun tibb məntəqəsinin rəisi leytenant Şəxs 1N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmişdir. Leytenant Şəxs adını hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınması barədə sərəncam verilməsi xahiş olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 1-ci tank taborunun komandirinin N yanvar N6-cı il tarixli raportundan görünür ki, 1-ci tank taborunun tibb məntəqəsinin rəisi leytenant Şəxs N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Leytenant Şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılması və bütün növ təminatlara salınması barədə sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 1-ci tank taborunun komandirinin N1 yanvar N6-cı il tarixli raportundan görünür ki, 1-ci tank taborunun tibb məntəqəsinin rəisi leytenant Şəxs N1 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmişdir. Leytenant Şəxs adını hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınması barədə sərəncam verilməsi xahiş olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin 1-ci tank taborunun komandirinin N7 yanvar N6-cı il tarixli raportundan görünür ki, 1-ci tank taborunun tibb məntəqəsinin rəisi leytenant Şəxs N7 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Leytenant Şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılması və bütün növ təminatlara salınması barədə sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli 3N3 nömrəli əmrindən çıxarışdan görünür ki, tibb xidməti leytenantı Şəxs «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq N nömrləi hərbi hissənin 1-ci tank taborunun tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etmək üçün N noyabr N3-cü il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin 1N yanvar N6-cı il tarixli 1N nömrəli əmrindən çıxarışdan görünür ki, tibb xidməti leytenantı Şəxs 1N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N yanvar N6-cı il tarixli 19 nömrəli əmrindən çıxarışdan görünür ki, 1N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməyən tibb xidməti leytenantı Şəxs N yanvar N6-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrləi hərbi hissə komandirinin N1 yanvar N6-cı il tarixli N1 nömrəli əmrindən çıxarışdan görünür ki, tibb xidməti leytenantı Şəxs N1 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N7 yanvar N6-cı il tarixli N8 nömrəli əmrindən çıxarışdan görünür ki, N1 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməyən tibb xidməti leytenantı Şəxs N7 yanvar N6-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmiş hesab edilərək, bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə tibb xidməti leytenantı Şəxs xidlmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hiss komandanlığı tərəfindən verilmiş xidmət vərəqəsindən görünür ki, tibb xidməti leytenantı Şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin 11 (on bir) dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə olunmuş MN ******* nömrəli şəxsi vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası silahlı qüvvələrində həqiqi hərbi xidmətdədir. İşə əlavə olunmuş N nömrləi hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, tibb xidməti leytenantı Şəxs 1N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmiş, N yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, N1 yanvar N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmiş, N7 yanavr N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilərək inzibati iş materiallarına əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 1N iyun N5-ci il tarixli 3-1(098)-139/N5 nömrəli, N4 iyun N5-ci il tarixli 3-1(098)-145/N5 nömrəli, 30 iyul N5-ci il tarixli 3-1(098)-176/N5 nömrəli, 14 oktyabr N5-ci il tarixli 3-1(098)-N58/N5 nömrəli və NN dekabr N5-ci il tarixli 3- 1(098)-357/N5 nömrəli qərarlarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəlləsinin 16.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməklə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan müxtəlif vaxtlarda olmaqla N dəfə 3 gündən artıq lakin N gündən çox olmayaraq hərbi hissəyə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N–ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və onun əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətaları törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 1N-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən N1-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə İXM-nin 613.N-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur və həmin maddənin sanksiyasında iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, əməlini səmimi etiraf etməsini, əməllərindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. İnzibati xəta materialına əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin zabiti tibb xidməti leytenantı Şəxs Tərtər Hərbi Məhkəməsinin 1N iyun N5-ci il tarixli 3-1(098)-139/N5 nömrəli, N4 iyun N5-ci il tarixli 3-1(098)-145/N5 nömrəli, 30 iyul N5ci il tarixli 3-1(098)-176/N5 nömrəli, 14 oktyabr N5-ci il tarixli 3-1(098)-N58/N5 nömrəli və NN dekabr N5-ci il tarixli 3-1(098)-357/N5 nömrəli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi təqsirli bilinib, həmin Məcəlləsinin 16.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat materialları onun intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi üçün xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməklə iş üzrə icraata xitam verilsə də, xidmətində heç bir dönüş yaratmayaraq, hazırkı inzibati xətaları təkrar olaraq iki dəfə törətmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Şəxs islah olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eyni inzibati xətanı iki dəfə törətməsini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsinin sanksiyasının həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. AR İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11N, 114, 115, 117, 1N8, 1N9, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətində Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli onun hauptvaxta yerləşdirildiyi gündən hesablansın. Şəxs hauptvaxta yerləşdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şəki Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar