Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(4-20)-31/2026 05.03.2026 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, XN məhkəmə iclas katibliyi, Tərtər hərbi prokurorunun böyük köməkçisi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin nümayəndəsi həmin hərbi hissənin mühəndis-istehkam bölük komandirinin şəxsi heyətlə iş üzrə köməkçisi leytenant XN iştirakları ilə xx xxxxxx N996-cı ildə Ağdam rayonunun Güllücə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, orta təhsilli, Tərtər rayonunun Köçərli kəndində qeydiyyatda olmaqla N nömrəli hərbi hissənin yataqxanasında yaşayan, N nömrəli hərbi hissənin snayper bölüyünün N-ci snayper tağımının N-ci dərəcəli kəşfiyyatçı snayperi vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsi ilə inzibati xəta törətməsinə dair AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən tərtib edilmiş N mart N6-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şəxs həmin hərbi hissənin snayper bölüyünün N-ci snayper tağımının N-ci dərəcəli kəşfiyyatçı vəzifəsində xidmətdə olarkən N5 fevral N6-cı il tarixdən 0N mart N6-cı il tarixədək xidmət yerinə gəlməməsi faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 6N3.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən N mart N6-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, o, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin snayper bölüyünün N-ci snayper tağımının N-ci dərəcəli snayper heyətinin kəşfiyyatçı-snayperçisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində rütbəsində xidmət edir. O, N5 fevral N6-cı il tarixdə saat 08:00-da atasının xəstə olması səbəbindən xidmət yerinə gəlməmişdir. Həmin müddətdə atasının şəkər xəstəliyi ilə əlaqədar səhhəti pisləşdiyi üçün o, atasının yanında olmuşdur. Həmçinin həyat yoldaşının səhhətində həmin vaxt müəyyən problemlər yaranmışdır. O, ilk dəfə olaraq xidmət yerinə vaxtında gəlməmə halına yol vermişdir. O, etdiyi əməldən səmimi peşmandır, hazırda hərbi xidmətini davam etdirir. Odur ki, ona inzibati tənbeh verilərkən bunların nəzərə alınmasını və onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi həmin hərbi hissənin mühəndis-istehkam bölük komandirinin şəxsi heyətlə iş üzrə köməkçisi leytenant X3 izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şəxs N5 fevral N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda 0N mart N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Şəxs xidmət yerinə gəlməməsini şəxsi ailə problemi və atasının şəkər xəstəsi olması ilə əlaqələndirsə də, həmin tarixə uyğun hərbi hissəyə heç bir sənəd təqdim etməmişdir. Məhz Şəxs xidmət yerinə gəlməməsi əməli hərbi hissədə nizam-intizamın zəifləməsinə səbəb olur. Ona görə də, Şəxs xidmət yerinə vaxtında gəlməməsi faktı ilə bağlı barəsində N mart N6-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 6N3.N-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Tərtər hərbi prokurorunun böyük köməkçisi X7 izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şəxs N5 fevral N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda 0N mart N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaması faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 6N3.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən N mart N6-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, gələcəkdə bu kimi halların baş verməməsi üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsi ilə minimum həddə inzibati həbs edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin snayper bölüyünün komandirinin N5 fevral N6-cı il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Şəxs N5 fevral N6-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməmiş və səhər yerbəyerində iştirak etməmişdir. Şəxs qazan təminatından çıxarılması və hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınması barədə sərəncam verilməsi xahiş olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin snayper bölüyünün komandirinin xx.xx.N6ci il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Şəxs 0N mart N6-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmışdır. Şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılması və qazan təminatına əlavə olunması barədə sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N9 mart N4-cü il tarixli 83 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Şəxs «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq snayper bölüyünün N-ci snayper tağımının N-ci dərəcəli snayper heyətinin kəşfiyyatçısı-snayperi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etmək üçün N9 mart N4-cü il tarixdən 70N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N5 fevral N6-cı il tarixli 56 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Şəxs N5 fevral N6-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin 0N mart N6-cı il tarixli 6N nömrəli əmrindən çıxarışdan görünür ki, N5 fevral N6-cı il tarixdə xidmət yerini özbaşına tərk etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Şəxs 0N mart N6-cı il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlmiş hesab edilərək, bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidmət vərəqəsindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş və intizam qaydasında cəzalandırılmamışdır. İşə əlavə olunmuş AD ******* nömrəli şəxsi vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası silahlı qüvvələrində həqiqi hərbi xidmətdədir. İşə əlavə olunmuş N8 fevral N5-ci il tarixli PTCA-Stent protokolundan görünür ki, Rizvan Bayramovun ürək-damar sisteminə stent qoyulmuşdur. Belə ki, Floppy tellə BSA damardakı darlıq keçilmiş və damarına «Ultimaster» stent implontasiya edilmişdir. Əməliyyat zamanı damarında tam açıqlıq əldə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan 3 gündən artıq lakin N0 gündən çox olmayaraq hərbi hissəyə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.N–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Bununla belə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, törətmiş olduğu əməli etiraf etməsini, qeyd edilən inzibati xətanı ilk dəfə törətməsini nəzərə alaraq, ona inzibati tənbeh tətbiq etmək əvəzinə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün hazırki inzibati xəta haqqında iş üzrə materialların Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməsini daha məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N6.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 4N-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin N6.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin N6.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin NN4.N-ci maddəsinə əsasən bu Məcəllənin N6.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə material Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir.Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N6.3, N6.4, 40.0.N, 43, 48-5N, NN4, NN5, NN8-N30-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə materiallar intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün Şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şəki Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(4-20)-31/2026
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-20)-31/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver