Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(4-20)-40/2026 17.03.2026 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi həmin hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X1 iştirakları ilə xx.xx.2002-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, orta təhsilli, Ağsu rayonunun İlxıçı kəndində qeydiyyatda olmaqla N nömrəli hərbi hissənin yataqxanasında yaşayan, N nömrəli hərbi hissənin komanda məntəqəsinin planşetçi operatoru vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən tərtib edilmiş N mart N6-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin MAHHXHQ Şəxs həmin hərbi hissənin komanda məntəqəsinin planşetçi operatoru vəzifəsində xidmətdə olarkən N mart N6-cı il tarixdən 12 mart N6-cı il tarixədək, xidmət yerinə gəlməməsi faktları ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən N mart N6-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirdi ki, o, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komanda məntəqəsinin planşetçi-operatoru vəzifəsində, əsgər hərbi rütbəsində rütbəsində xidmət edir. O, xx.xx.N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xx.xx.N6-cı il tarixdə saat 09:00-da xidmət yerinə qayıtmışdır. O, əvvəllər də xidmət yerinə mütəmadi olaraq vaxtında gəlməmə hallarına yol vermişdir. O, etdiyi əməllərdən səmimi peşmandır, hazırda hərbi xidmətini davam etdirir. Odur ki, ona inzibati tənbeh verilərkən bunların nəzərə alınmasını və onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi həmin hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu MAHHXHQ əsgər Şəxs xx.xx.N6cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xx.xx.N6-cı il tarixdə saat 09:00-da xidmət yerinə qayıtmışdır. Məhz Şəxs xidmət yerinə gəlməməsi əməlləri hərbi hissədə nizam-intizamın zəifləməsinə səbəb olmuşdur. Ona görə də, Şəxs xidmət yerinə vaxtında gəlməməsi faktı ilə bağlı barəsində N mart N6-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla belə Şəxs xidmət müddəti ərzində digər hər hansı intizamsızlıq hallarına yol verməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın materiallarına xitam verilərək intizam qaydasında cəzalandırılması üçün hərbi hissə komandanlığına göndərilkməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin qərargah rəisi hərbi hissə komandirinin müavinin xx.xx.N6-cı il tarixli raportundan görünür ki, komando məntəqəsinin planşetçioperatoru MAHHXHQ əsgər Şəxs xx.xx.N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin qərargah rəisi hərbi hissə komandirinin müavini vəzifəsini müvəqqəti icra edən Polkovnik-leytenant Balamməd Quliyevin xx.xx.N6cı il tarixli raportundan görünür ki, komando məntəqəsinin planşetçi-operatoru MAHHXHQ əsgər Şəxs xx.xx.N6-cı il tarixdə saat 09:00-da xidmət yerinə qayıtmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 68 nömrəli əmrindən çıxarışdan görünür ki, komando məntəqəsinin planşetçi-operatoru MAHHXHQ əsgər Şəxs xx.xx.N6-cı il tarixdə xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək, bütün nüv təminatları dayandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 75 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N6-cı il tarixdə saat 08:00-da xidmət yerinə gəlməyən komando məntəqəsinin planşetçi-operatoru MAHHXHQ əsgər Şəxs xx.xx.N6-cı il tarixdə saat 09:00 radələrində xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 02 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabaər vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikasının Müdafiə nazirinin 08 may N5-ci il tarixli 080 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar əsgər Şəxs komando məntəqəsinin idarəetmə manqasının planşetçi-operatoru vəzifəsinə təyin edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Şəxs xidlmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hiss komandanlığı tərəfindən verilmiş xidmət vərəqəsindən görünür ki, Şəxs xidmət müddəti ərzində 2 (iki) dəfə həvəsləndirilmiş, lakin 19 (on doqquz) dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə olunmuş MN ******* nömrəli şəxsi vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası silahlı qüvvələrində həqiqi hərbi xidmətdədir. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs üzrlü səbəblər olmadan 3 gündən artıq lakin N gündən çox olmayaraq hərbi hissəyə vaxtında gəlməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və onun əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətaları törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə İXM-nin 613.2-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur və həmin maddənin sanksiyasında iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasının həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. AR İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətində Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli onun hauptvaxta yerləşdirildiyi gündən hesablansın. Şəxs hauptvaxta yerləşdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şəki Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(4-20)-40/2026
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-20)-40/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver