Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(4-20)-42/2026 18.03.2026 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, XN məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hüquqşünası X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.N007-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, xx.xx.N0N5-ci il tarixdə SHXÇÜDX-nin Xəzər rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci artilleriya divizionunun N-ci batareyasının 1-ci taqımının 1ci topunun baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş N mart N0N6-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs AR Müdafiə Nazirliyinin Ağcabədi rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci divizionunun N-ci batareyasının 1-ci taqımının 1-ci topun baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi həqiqi hərbi xidmətdə olarkən 15 fevral N0N6-cı il tarixdə saat N radələrində hərbi hissənin tibb məntəqəsinin önündə olan zaman həmin hərbi hissənin maddi-texniki təminat bölməsinin 1-ci taqımının 3-cü manqasının sürücüsü vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncunun sol gözaltı nahiyəsindən vuraraq fiziki zor tətbiq etmişdir. Bununla bağlı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair N mart N0N6-cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, ona əlavə materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 1-ci divizionunun N-ci batareyasının 1-ci taqımının 1-ci topun baş sürücüsü vəzifəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər hərbi rütbəsində xidmət edir, xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. 15 fevral N0N6-cı il tarixdə saat 16:00 radələrində tibb məntəqəsində təmir getdiyindən ərazi səliqəli olmamışdır. Ərazini təmizləmək üçün xəstələrə 10-15 dəqiqədən bir düzülüş verilmişdir. Həmin vaxt o, hava almaq üçün çölə çıxmışdır. Bu zaman əsgər Zərərçəkmiş şəxs onu görüb qışqıraraq “çöldə gəzməyin, çəri girin” deyə bildirmiş, sonra qışqıraraq nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs “Niyə qışqırırsan?” dedikdə Zərərçəkmiş şəxs ona “zor” edirəm” cavabını vermişdir. Bu zaman Şəxs ona “niyə söyüş söyürsən?” dedikdə Zərərçəkmiş şəxs yenə ona təkrar olaraq “zor edirəm, keçin içəri” cavabını vermişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs üzərinə gedib söyüş söyməsinin səbəbini soruşanda Zərərçəkmiş şəxs onun boğaz nahiyəsindən tutub sıxmış və onu geriyə itələyərək “Mən sənə deyəndə niyə keçmimrsən içəri?” demiş, həmin an onun ayağı burxulmuş, sonra ayağa qalxaraq Zərərçəkmiş şəxs üzərinə getmişdir. Onlarla birlikdə xidmət edən əsgər Hüseyn Əliyev onları aralamaq üçün araya girmiş və həmin vaxt o, Zərərçəkmiş şəxs yumuruq atmış və onun atdığı yumuruğun Zərərçəkmiş şəxs hansı nahiyəsinə dəyməsini bilməmişdir. Onlar mübahisə edərəkn hadisənin şahidləri əsgər Hüseyn Əliyev və əsgər Şahid olmuşdur O, Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati tənbeh verilərkən əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və barəsində qanunamüvafiq qərar tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin 1-ci taqımının 3-cü manqasının sürücüsü vəzifəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edir. Xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. 15 fevral N0N6-cı il tarixdə saat 16:00 radələrində gənc əsgərlər nəzarət buraxılış məntəqəsindən qayıdarkən Şəxs həmin əsgərlərin üzərinə gedərək yeyinti məhsulları vermələrini tələb etmişdir. O, bir neçə dəfə belə etmə dediyi halda Şəxs öz istədiyini etməyə davam etmişdir. Ən sonda o, səs tonunu qaldarıraq belə etməməsini və valideynlərin baxdığını bildirmişdir. Onun sözlərindən sonra Şəxs onun üzərinə gələrək «mənim üzərimə niyə qışqırırsan?» sualına cavab olaraq o, onlara problem yaradacağını və gedib bununla bağlı kiməsə deyə biləcəklərini və daha da ağır problem yaranacağını bildirmişdir. Şəxs ona yenə niyə qışqırdığını deyərək onun üzərinə gəlib onu vurmaq istəyəndə o, əli ilə Şəxs geriyə itələyib «mənə problem yaratma» deyə bildirmişdir. Bundan sonra Şəxs sol gözaltı nahiyəsində yumuruq vurmuşdur. Hadisədən sonra Şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Hazırda onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 5-ci divizionunun 15-ci batareyasının N-ci döyüş maşının heyət nəfəri vəzifəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edir. Xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. O, 15 fevral N0N6-cı il tarixdə tibb məntəqəsində su çiçəyi diaqnozu ilə müalicə alarkən günorta saatlarında gənc əsgərlər görüşdən qayıtmışdır. Əsgər Şəxs gənc əsgərlərə yaxınlaşaraq onlardan şirniyyat istəmiş, həmin vaxtı əsgər Zərərçəkmiş şəxs də orada olmuşdur. Zərərçəkmiş şəxs Şəxs «xəstəsən keç içəri, ayıbdır, heç kimdən heç nə istəmə» demişdir. Bundan sonra, Şəxs Zərərçəkmiş şəxs üzərinə gəlmiş, Zərərçəkmiş şəxs də onu itələyərək «məndən uzaq dur» demişdir. Bu zaman Şəxs geri çəkməyərək Zərərçəkmiş şəxs bir yumuruq və bir təpik vurmuşdur. Məhkəmə iclasında dindirilmiş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hüquqşünası X4 izahatında bildirmişdir ki, Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs həmin hərbi hissənin 1-ci divizionunun N-ci batareyasının 1-ci taqımının 1-ci topun baş sürücüsü vəzifəsində xidmət edərkən 15 fevral N0N6-cı il tarixdə əsgər yoldaşı Zərərçəkmiş şəxs tibb məntəqəsində yumuruq zərbəsi ilə vuraraq fiziki zor tətbiq etmişdir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İşə əlavə olunmuş N nömrəli hərbi hissənin tibb məntəqəsinin sanitar-dezinfektorunun 16 fevral N0N6-cı il tarixli raportundan görünür ki, 15 fevral N0N6-cı il tarixdə maddi-texniki təminat bölməsində xidmət edən əsgər Zərərçəkmiş şəxs «Sol gözaltı nahiyəsinin reaktiv ödemi, cızılmış yarası» diaqnozu ilə xəsarət almışdır. Xəstənin deməsinə görə 15 fevral N0N6cı il tarixdə saat 16:00 radələrində tibb məntəqəsinin qarşısında əsgər Şəxs ilə dalaşaraq xəsarət almışdır. Faktın araşdırılması barədə sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə edilimş Azərbaycan Respublikası Müdafiə Naziliyi Məhkəmə Tibbi Ekspertiza və X1 18-N0- fevral N0N6-cı il tarixli 57 nömrəli aktından görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-reaktiv ödemlə (şişkinliklə) müşayiət olunan sol gözətrafı nahiyənin qançırıqeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, məhkəmə-tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə (15 fevral N0N6-cı il) və şarəitdə əmələ gəlməsi inkar olunmur, sağlamlığın pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilmir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə əsgər Şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, Şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin 1 (bir) dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N iyul N0N5-ci il tarixli 195 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N iyul N0N5-ci il tarixdən madditexniki təminat bölməsinin 1-ci avtomobil taqımının (döyüş sursatı daşıyan) 3-cü avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin 0N iyul N0N5-ci il tarixli 194 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsindən gəldiyinə görə 01 iyul N0N5-ci il tarixdən əsgər hərbi rütbəsi verilərək hərbi hisnəin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N iyul N0N5-ci il tarixli N0N nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs 1-ci artilleriya divizionunun N-ci artilleriya batareyasının 1-ci artilleriya taqımının 1-ci topunun baş sürücüsü vəzifəsinə təyin olunmuşdur. İşə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N iyul N0N5-ci il tarixli N01 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsindən gəldiyinə görə, N iyul N0N5-ci il atrixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. İşə əlavə olunmuş SX ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, Şəxs N iyul N0N5-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə olunmuş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Zərərçəkmiş şəxs 0N iyul N0N5-ci il tarixdə Səfəkbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin izahatları və işdə olan digər materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 1N-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən N1-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin verdikləri izahatlarını dinləyib, sənədləri tədqiq edərək hesab edir ki, Şəxsin İXM-nin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübutlarla tam təsdiq olunur. Onun əməlində İXM-nin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməldir. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi İXM-nin 61N.1-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur və həmin maddənin sanksiyasında on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun gənc olmasını, əməlini səmimi etiraf etməsini, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh təyin edərkən, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və inzibati məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş inzibati tənbehin şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati həbs inzibati tənbeh növünün təyin olunmasını məqsədəuyğun və inzibati tənbehin məqsədlərinə, yəni inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11N, 114, 115, 117, 1N8, 1N9, 130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətində Gəncə şəhəri 3-cü Hərbi Polis Şöbəsinin hauptvaxtında saxlanılsın. Şəxs inzibati qaydada həbsdə saxlanılma müddətinin əvvəli onun hauptvaxta yerləşdirildiyi gündən hesablansın. Şəxs hauptvaxta yerləşdirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Sədrlik edən: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(4-20)-42/2026
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-20)-42/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver