Məhkəmə qərarları › İş №3-1(4-20)-5/2026

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-20)-5/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(4-20)-5/2026 09.01.2026 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ağdam hərbi prokurorunun köməkçisi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx N005-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, xx.xx.N4-cü il tarixdə SHXÇÜDX-nin Lerik rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 6-cı divizionunun döyüşü idarəetmə bölməsinin rabitə tağımının mexaniki vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdam Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Rzayev X3 Nazirliyinin Bərdə rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 6-cı divizionunun döyüşü idarəetmə bölməsinin rabitə tağımının mexaniki vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 05 sentyabr N-ci il tarixdə saat N radələrində hərbi hissənin əsgər yataqxanasında olan zaman həmin hərbi hisənin 6-cı divizionunun döyüşü idarəetmə bölməsinin radiolokasiya stansiyasının sürücü-elektriki vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq iki əli ilə sonuncunun sinə nahiyəsindən itələməklə fiziki zor tətbiq etmişdir. Bununla bağlı Şəxs barəsində Ağdam Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında bildirmişdir ki, Müdafiə Nazirliyinin Bərdə rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 6-cı divizionunun döyüşü idarəetmə bölməsinin rabitə tağımının mexaniki vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir, xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. 05 sentyabr N-ci il tarixdə divizion komandiri vəzifəsini icra edən kapitan Murad Əliyevin əmrinə əsasən komando məntəqəsində planşetçi vəzifəsində qısaldılmış döyüş heyətinin tərkibində o, döyüş növbəsinə cəlb olunmuş və həmin tarixdə saat 08:00-dan 06 sentyabr N-ci il saat 08:00-dək döyüş növbəsinə təyin olunmuşdur. 05 sentyabr N-ci il tarixdə saat 18 radələrində divizion komandiri kapitan Murad Əliyev komando məntəqəsinə gələrək bölük ərazisindən mişar daşını gətirməyini tapşırmışdır. İdman şəhərciyində olan mişar daşını gətirmək üçün komando məntəqəsindən çıxan zaman idman şəhərciyinin yaxınlığında xidmət yoldaşı əsgər Zərərçəkmiş şəxs görüb Zərərçəkmiş şəxs onun ayağında yara olduğu üçün mişar daşını komando məntəqəsinə aparmasını xahiş etdikdə Zərərçəkmiş şəxs cavabında yorğun olduğundan mişar daşını daşıya bilməyəcəyini bildirmişdir. Bundan sonra o, özü mişar daşını komando məntəqəsinə aparmış, sonra isə növbə rəisi baş leytenant Yunis Fərəcovdan axşam yeməyinə getmək üçün icazə istəyib yeməkxanaya getmişdir. Axşam yeməyini yedikdən sonra komando məntəqəsinə getməzdən əvvəl əsgər yataqxanasına getmişdir. Əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs görüb, Zərərçəkmiş şəxs mişar daşını aparmaqla bağlı xahişini yerinə yetirməməsinin səbəbini soruşanda Zərərçəkmiş şəxs ona əsəbi şəkildə yorğun olduğundan mişar daşını daşımadığını dedikdən sonra aralarında mübahisə yaranmış və mübahisə zamanı bir-birinin sinə nahiyəsindən itələmişlər. Bu zaman əsgər yataqxanasında olan xidmət yoldaşları X8 və əsgər İsmayıl Hüseynzadə onların yanına gələrək onları ayırmışlar. Haşım Kazımov onu qırağa çəkərək sakitləşdirməyə çalışmış, daha sonra Murad Əliyev hər ikisini xidməti otağının qarşısına aparmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs sol göz nahiyəsində xəsarət görmüşdür. Bundan sonra Murad Əliyev ona komando məntəqəsinə qayıtmaqla bağlı tapşırıq vermişdir. 09 sentyabr N-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı hərbi hissəyə gələrək ondan izahat almışdır. O, 10 sentyabr N-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə aparılmış və bədən baxışı keçirilmişdir. Ağdam Hərbi Prokurorluğunda aparılan araşdırma zamanı əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsində olan xəsarətin Hüseyn İsmayılovla dalaşması nəticəsində baş verdiyini etiraf etmişdir. O, Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati tənbeh verilərkən əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və barəsində qanunamüvafiq qərar tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Müdafiə Nazirliyinin Bərdə rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin 6-cı zenit raket raket divizionunun döyüşü idarəetmə bölməsinin radiolokasiya stansiyasının sürücü elektriki vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir, xidmət müddətində bütün növ təminatlarla təmin olunmuşdur. O, 05 sentyabr N-ci il tarixdə divizion komandiri vəzifəsini icra edən kapitan Murad Əliyevin əmrinə əsasən KHGS operatoru vəzifəsində qısaldılmış döyüş heyətinin tərkibində döyüş növbəsinə cəlb olunmuş və həmin gün saat 08:00-dan saat 19:00-dək döyüş növbəsində olmuşdur. Təxminən saat 19 radələrində o, növbə rəisi Yunis Fərəcova yaxınlaşaraq təbii ehtiyaclarını ödəmək məqsədilə əsgər yataqxanasının sanitar qovşağına getmək üçün icazə istəmiş və oraya gedib geri qayıtdıqdan sonra növbətçilik apardığı radiolokasiya stansiyasını təmizləyib təhvil verməyini tapşırmışdır. Çölə çıxıb əsgər yataqxanasına doğru getdikdə idman şəhərciyinin yaxınlığında xidmət yoldaşı Şəxs ondan idman şəhərciyində olan mişar daşını komando müşahidə məntəqəsinə aparmağını xahiş etdikdə o, Şəxs radiolokasiya stansiyasına geri qayıdaraq təmizlik işləri aparacağını və vaxtının olmadığını bildirmişdir. Axşam yeməyindən sonra istirahət üçün əsgər yataqxanasına getmişdir. Əsgər yataqxanasına daxil olduqdan təxminən 1-N dəqiqə sonra əsgər Şəxs onun yanına gələrək ona mişar daşını daşımaqla bağlı xahişini yerinə yetirməməyinin səbəbini soruşduqda o, əsəbi şəkildə Şəxs yorğun olduğundan mişar daşını apara bilmədiyini demiş və həmin vaxt aralarında yaranmış mübahisə zamanı hər iki əlləri ilə bir-birlərinin sinə nahiyələrindən itələmişlər. Bu zaman xidmət yoldaşları əsgərlər Haşım Kazımov və İsmayıl Hüseynzadə dərhal onların yanına gələrək onları aralaşdırmağa başlamışlar. X8 əsgər Şəxs qırağa çəkərək sakitləşdirməyə çalışmış, əsgər İsmayıl Hüseynzadə isə onu qucaqlayıb kənara çəkdikdə digər xidmət yoldaşı əsgər XN onun üzərinə gələn zaman onu vuracağını düşündüyü üçün o, sağ ayağı ilə İsmayıl Hüseynovun ayağına bir təpik zərbəsi vurmuşdur. İsmayıl Hüseynov bundan əsəbiləşərək sağ əli ilə onun sol göz nahiyəsinə bir yumuruq zərbəsi vurmuşdur. Həmin vaxt divizion komandiri vəzifəsini icra edən kapitan Murad Əliyev əsgər yataqxanasına daxil olaraq onu və Şəxs xidməti otağının qarşısına aparmış və 10-15 dəqiqə gözlədikdən sonra xidməti otağa daxil olmuşlar. Murad Əliyev onlardan mübahisə etmələrinin səbəbini soruşduqda o X9 Rzayevlə mübahisənin baş verməsinin səbəbi olduğunu demişdir. 09 sentyabr N-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin adını xatırlamadığı əməkdaşı hərbi hissəyə baş vermiş hadisə ilə bağlı izahatını almış və onun müayinə olunması üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. N-ci ilin noyabr ayında Ağdam Hərbi Prokurorluğunda aparılan araşdırma zamanı o, sol gözaltı nahiyəsində yaranmış xəsarətin İsmayıl Hüseynovla dalaşması nəticəsində yarandığını etiraf etmişdir. Hadisədən sonra Şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Hazırda onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Ağdam hərbi prokurorunun köməkçisi X6 izahatında bildirmişdir ki, Rzayev X3 Nazirliyinin Bərdə rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 6-cı divizionunun döyüşü idarəetmə bölməsinin rabitə tağımının mexaniki vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 05 sentyabr N-ci il tarixdə saat N radələrində hərbihissənin əsgər yataqxanasında olan zaman həmin hərbi hisənin 6-cı divizionunun döyüşü idarəetmə bölməsinin radiolokasiya stansiyasının sürücüelektriki vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq iki əli ilə sonuncunun sinə nahiyəsindən itələməklə fiziki zor tətbiq etmişdir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün inzibati həbs inzibati tənbehinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Şəxs 09 iyul N4cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İşə əlavə edilmiş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidlməti xasiyyətnamə ilə əsgər Şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N4cü il tarixli N34 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs «hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən gəldiyinə görə N iyul N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuş, əsgər hərbi rütbəsi verilməklə 6-cı S-1N5-NTM zenit raket divizionunun döyüşü idarəetmə bölməsinin rabitə tağımının mexaniki vəzifəsinə təyin olunmuşdur. İşə əlavə olunmuş AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N5 yanvar N-ci il tarixli 30 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs «hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsindən gəldiyinə görə N5 yanvar N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmaqla əsgər hərbi rütbəsi verilərək 6-cı S-1N5 NTM zenit raket divizionunun döyüşü idarəetmə bölməsinin radiolokasiya stansiyasının (P-18 MA) sürücü-elektriki vəzifəsinə təyin olunmuşdur. İşə əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında N6 dekabr N-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əsgərlər Zərərçəkmiş şəxs və Şəxs bir-birlərinə qarşı zor tətbiq etməsi əməllərində Azərbaycan Respublikası CM-in 33N.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, sözügedən xüsusatla bağlı barələrində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən rədd edilmiş və barələrində Azərbaycan Respublikası İXM-nin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün zəruri sənədlərin surəti ibtidai araşdırmaya prosessual rəhdərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin) izahatlarını, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Bununla belə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, törətmiş olduğu əməli etiraf etməsini, xidməti cəhətdən müsbət xarakterizə olunmasını nəzərə alaraq, ona inzibati tənbeh tətbiq etmək əvəzinə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün hazırki inzibati xəta haqqında iş üzrə materialların Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməsini daha məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 114.N-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və onun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə material Şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3, 16.4, 40.0.1, 43, 48-51, 114, 115, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə materiallar intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün Şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Sədrlik edən: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar