Məhkəmə qərarları › İş №3-1(4-22)-10/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(4-22)-10/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(4-22)-10/2026 22.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: N nömrəli hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən mayor Ehtibar Hacıyevin 20 yanvar 2026-cı il tarixli, 3-25-227/2-289/2026 №li məktubu ilə N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N dekabr 2025-ci il tarixli, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər təkrarən 22 yanvar 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinə daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, xx xxxxxxx 2007-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,(FİN xxxxxxx), orta təhsilli, subay, Yevlax rayonunun Kövər kəndində daimi qeydiyyatda olmaqla N №-li hərbi hissənin əsgər yataqxanasında yaşayan, 17 oktyabr 2025-ci il tarixdə SHXÇDX-in Yevlax rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissənin 2-ci təlim taborunun, 5-ci təlim bölüyündə xidmət edən əsgər Şəxs (SX № xxxxxxx) 21 noyabr 2025-ci il tarixdə, saat 22:20 radələrində hərbi hissənin 2-ci təlim taborunun, 5-ci təlim bölüyünün yataqxanasında əsgər Zərərçəkmiş şəxs ilə bir-birilərinə qarşı nalayiq ifadə işlədərək, sağ əli ilə Zərərçəkmiş şəxs sol üzünə iki dəfə yumruqla vuraraq onun üzünün toxumalarının əzilməsi xəsarətini yetirməklə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Müəyyən olunur ki, N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N nömrəli hərbi hissənin komandiri, polkovnik Samiq Niftalıyev tərəfindən N dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər 25 dekabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, işə baxan hakim (Səxavət Hüseynov) tərəfindən məhkəmənin 25 dekabr 2025-ci il tarixli, 3-1(092)-173/2025 №-li qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün İnzibati Xətalara dair işin materialları N nömrəli hərbi hissəyə təkrarən geri qaytarılmışdır. Lakin 22 yanvar 2026-cı il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş N nömrəli hərbi hissənin komandiri, polkovnik Samiq Niftalıyev tərəfindən qəbul edilmiş N dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, həmin inzibati xəta haqqında iş materiallarının N nömrəli hərbi hissəyə geri qaytarılmasına səbəb olan natamamlıqlar (məhkəmə iclasına çağırılmalı olan şəxslərin iştirakının məhkəmədə təmin edilməməsi) Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 3-1(092)-173/2025 №-li qərardadında açıq və aydın şəkildə göstərilməsinə baxmayaraq, bu natamamlıqlar N nömrəli hərbi hissə tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı məsələ ilə bağlı əvvəlki mövqeyini təkrar edərək belə hesab edir ki, N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 3-1(092)-173/2025 №-li, qərardadında qeyd olunmuş natamamlıqlar aradan qaldırılmadan (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin iştirakları təmin edilmədən) işə mahiyyəti üzrə baxılması qeyri-mümkündür və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən N nömrəli hərbi hissəyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş hazırki qərardadı məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Bu səbəbdən də, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N nömrəli hərbi hissədən daxil olmuş N dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş materiallar natamam olduğundan onu tərtib etmiş orqana-N nömrəli hərbi hissəyə təkrarən geri qaytarılsın. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar