Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-18/2026 04.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ hakim Eminov Əziz Mürsəl oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədova Nərgiz Bağır qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.2007-ci il tarixdə Babək rayonunun Nəzərabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Babək rayonu, Nəzərabad kəndində qeydiyyatda olan, xx.xx.2025-ci il tarixdən hərbi xidmətdə olan, N nömrəli hərbi hissədə qumbaraatan vəzifəsində xidmət edən əsgər (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə icraat aparılmasına dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs 16 yanvar 2026-cı il tarixdə saat 23 radələrində xidmət etdiyi hərbi hissənin şərti adı “Kiçik soyuq” mövqeyində əsgər Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Faktla bağlı əsgər Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 04 fevral 2026-cı il tarixdə N nömrəli hərbi hissənin komandiri, polkovnik X1 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında bildirdi ki, xidmət etdiyi 5-ci bölük şərti adı “Kiçik soyuq” mövqeyində yerləşir. xx.xx.2026-cı il tarixdə saat 22:00-dan 00:00-dək ərazi üzrə patrul idi. Ondan başqa onunla birlikdə əsgər Hüseyn Qədimov da xidmət edirdi. Həmin vaxt hava güclü küləkli olduğu üçün bölük komandiri kapitan Elbrus Miriyev növbəli şəkildə yerlərini yataqxanaya daxil olub dəyişməklə xidməti aparmasını bildirmişdi. Bundan sonra saat 23:00 radələrində o, yataqxanaya daxil olub ideoloji sinifdə isinmək üçün masanın üzərində qatılaşdırılmış südlə çay içmək üçün gəlmişdir. Oturacaqda oturan zaman əsgər Zərərçəkmiş şəxs ideoloji otağa onun üçün bir stəkan çay gətirmiş, daha sonra otaqdan çıxmışdır. Bir müddət sonra əsgər Zərərçəkmiş şəxs ideoloji sinfə daxil olub ona yüksək tonla “Cabbarov, əsgər yoldaşlarına qalmayacaq” dedikdə o da cavabında Zərərçəkmiş şəxs “yaxşı edirəm” deyib mübahisənin davam olunmaması üçün ideoloji otaqdan çölə çıxmaq istədikdə bu zaman əsgər Zərərçəkmiş şəxs onu arxadan itələmişdir. O da buna əsəbləşib, geriyə dönüb Zərərçəkmiş şəxs üzərinə gedəndə əsgər Zərərçəkmiş şəxs onun yaxasından yapışmış, o da Zərərçəkmiş şəxs yaxasından yapışaraq aralarında mübahisə yaranmışdır. Əsgər Zərərçəkmiş şəxs sağ əli ilə bir yumruq zərbəsini onun sağ sifət nahiyəsinə vurmuş, o da Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bu zaman onların səsini eşidən əsgər Zamin Hüseynəliyev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) əsgər ucqar Qasımov ideoloji sinfə daxil olub onları ayırmışdır. Bundan sonra bu barədə aidiyyəti üzrə bölük komandiri kapitan Elbrus Miriyevə məruzə olunmuşdur. Zərərçəkmiş şəxsla barışmışdır. Əməlindən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xidmət etdiyi 5-ci bölük şərti adı “Kiçik soyuq” mövqeyində yerləşir. xx.xx.2026-cı il tarixdə saat 20:00-dan 08:00dək sobaçı idi. 23:00 radələrində əsgər Şəxs ideoloji sinfə daxil olmuş və o, Şəxs döyüş növbətçiliyində olduğu üçün bir stəkan çay aparmışdır. Daha sonra sobanın yanına getmişdir. İdeoloji otağa qayıtdıqda görmüşdür ki, əsgər Şəxs onun əvvəlcədən bütün patrul heyəti üçün oraya qoyduğu qatılaşdırılmış südün üçdə bir hissəsini yeyib. Buna görə də o, Şəxs yüksək səslə “Cabbarov, əsgər yoldaşlarına qalmayacaq” dedikdə Şəxs ona “yaxşı edirəm” demiş və çölə çıxmaq istədikdə o, Şəxs sağ əli ilə arxadan itələmiş, geriyə döndükdə yaxasından tutmuş, Şəxs da onun yaxasından tutmuşdur. Bundan sonra o, əsgər Şəxs sağ sifət nahiyyəsinə sağ əli ilə bir ədəd yumruq zərbəsi vurmuş və əsgər Şəxs da onun sol sifət nahiyyəsinə bir ədəd yumruq zərbəsi vurmuşdur. Bu zaman onların səsini eşidən əsgər Zamin Hüseynəliyev və MAHHXHQ əsgər Ucqar Qasımov ideoloji sinfə daxil olaraq onları ayırmışdır. Bundan sonra bu barədə aidiyyəti üzrə bölük komandiri kapitan Elbrus Miriyevə məruzə olunmuşdur. Zərərçəkmiş şəxsla barışmışdır, ondan şikayət və tələbi yoxdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının qumbaraatanı əsgər Şəxs ilə həmin taborun 5-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcısı əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri yoxdur. Nizamnamə ilə müəyyən olunmuş qaydada hər ikisi əsgər vəzifəsindədir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Regional Məhkəmə Tibbi Ekspertiza Bölməsinin 22 yanvar 2026-cı il tarixli 51 nömrəli ekspert rəyindən müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol almacıq nahiyyəsinin sıyrığı – bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, ekspertiza təyin edilməsi haqqında qərardadın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs digər əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq iş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əziz Eminov
Məhkəmə qərarları › İş №3-1(4-22)-18/2026
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-22)-18/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver