Məhkəmə qərarları › İş №3-1(4-22)-20/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-22)-20/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-20/2026 04.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ hakim Eminov Əziz Mürsəl oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədova Nərgiz Bağır qızının katibliyi, zərərçəkmiş şəxs leytenant Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gizir Şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2011-ci il tarixdən həqiqi hərbi xidmətdə olan, N nömrəli hərbi hissənin əməliyyat bölməsinin döyüşü idarəetmə qrupunun operatoru vəzifəsində xidmət edən gizir (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə icraat aparılmasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Gizir Şəxs 26 yanvar 2026-cı il tarixdə saat 11:00 radələrində N nömrəli hərbi hissənin qərargahında leytenant Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətməsi faktı ilə bağlı gizir Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün 04 fevral 2026-cı il tarixdə N nömrəli hərbi hissənin komandiri, polkovnik X1 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gizir Şəxs izahatında bildirdi ki, xx.xx.2011-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir. Xidmət yeri qərargah binasının döyüşü idarəetmə məntəqəsidir. Məntəqədə ondan başqa 3 nəfər zabit, 2 nəfər gizir xidmət aparır. Gündəlik olaraq 1 nəfər zabit növbə rəisi kimi, 1 nəfər gizir növbə rəisinin köməkçisi kimi iki gündən bir növbəyə 1 sutkalıq cəlb olunurlar. xx.xx.2026-cı il tarixdə leytenant Zərərçəkmiş şəxs növbə rəisi, o isə növbə rəisinin köməkçisi təyin olunmuşlar. Həmin gün saat 11:00 radələrində Zərərçəkmiş şəxs iş masasında olan telefona zəng gəlmişdir. Zərərçəkmiş şəxs həmin vaxt yanındakı digər telefonla danışdığı üçün zəng gələn telefona o cavab vermişdir. Telefonda şərti adı “Nəsirvaz” mövqeyindən zəng edən rabitəçi əsgər mövqedən gələn 2 nəfər hərbi qulluqçunun hərbi hissəyə piyada hərəkət etdikləri barədə məlumat vermək istədikdə o, həmin vaxt telefonu Zərərçəkmiş şəxs ötürüb “cənab leytenant Nəsirvazdan hərəkət var, bunu qeyd edin, rəisə məlumat verin” dedikdə Zərərçəkmiş şəxs buna əsəbləşib ona “yeri get, yeri get, hövsələm yoxdur, qərargah rəisi mənə iş tapşırıb” demişdir. O da Zərərçəkmiş şəxs “mövqedən hərəkət var bunu məruzə etmək lazımdır” dedikdə Zərərçəkmiş şəxs da ona əsəbləşib “yeri get də, xiyarın biri xiyar blyad” demişdir. Bu zaman o da Zərərçəkmiş şəxs “ağzının danışığını bil, xiyar sən boyda olur blyad” demişdir. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış, bir-biri ilə uca səslə danışmağa başlamışlar. Leytenant Zərərçəkmiş şəxs həmin vaxt ona “vuraram sənin” dedikdə o da Zərərçəkmiş şəxs “sən kimsən ki, sənin başın üçün deyil” demiş, Zərərçəkmiş şəxs onun üzərinə gələn zaman o da Zərərçəkmiş şəxs doğru getmək istədikdə baş leytenant Şahid onu həmin an oradan uzaqlaşdıraraq məntəqənin digər otağına aparmışdır. Daha sonra bunu bilən döyüşü idarəetmə qrupunun rəisi mayor Cavad Abdullayev bu barədə raportla məruzə etmişdir. Mübahisə baş verən zaman yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxsla ədavəti yoxdur, əvvəllər aralarında belə hal baş verməmişdir. Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətdiyi üçün o da qarşılıq vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və aralarında barışıq əldə olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında gizir Şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alınaraq, ona inzibati tənbeh tətbiq etmək əvəzinə, intizam məsuliyyətinə cəlb edilməsi məsələsinin həll edilməsi üçün iş üzrə materialların N nömrəli hərbi hissənin komandanlığına verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs leytenant Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdən N nömrəli hərbi hissədə xidmət edir. Xidmət yeri qərargah binasının döyüşü idarəetmə məntəqəsidir. Məntəqədə ondan başqa 2 nəfər zabit, 3 nəfər gizir xidmət aparır. Gündəlik olaraq 1 nəfər zabit növbə rəisi kimi, 1 nəfər gizir növbə rəisinin köməkçisi kimi iki gündən bir növbəyə 1 sutkalıq cəlb olunurlar. xx.xx.2026-cı il tarixdə o, növbə rəisi, gizir Şəxs isə növbə rəisinin köməkçisi təyin olunmuşlar. Həmin gün saat 11:00 radələrində iş masasında olan telefona zəng gəlmişdir. Həmin vaxt o, yanındakı digər telefonla mövqelərlə danışırdı. Bu zaman yanındakı digər telefona zəng gəlmiş, telefonun dəstəyini Şəxs götürərək cavab vermişdir. Şəxs telefonu ona doğru ötürüb “cənab leytenant Nəsirvazdan hərəkət var, bunu qeyd edin, rəisə məlumat verin” dedikdə o, buna əsəbləşib Şəxs “yeri get, yeri get, hövsələm yoxdur, qərargah rəisi mənə iş tapşırıb” demişdir. Şəxs də ona “mövqedən hərəkət var bunu məruzə etmək lazımdır” dedikdə o da əsəbləşib Şəxs “yeri get də, xiyarın biri xiyar blyad” demişdir. Bu zaman Şəxs də ona “ağzının danışığını bil, xiyar sən boyda olur blyad” demişdir. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış, bir-biri ilə uca səslə danışmağa başlamışlar. O, həmin vaxt Şəxs “vuraram sənin” dedikdə Şəxs də ona “sən kimsən ki, sənin başın üçün deyil” demiş, o, Şəxs üzərinə gedən zaman Şəxs də ona doğru gəlmək istədikdə baş leytenant Şahid Şəxs həmin an oradan uzaqlaşdıraraq məntəqənin digər otağına aparmışdır. Daha sonra bunu bilən döyüşü idarəetmə qrupunun rəisi mayor Cavad Abdullayev bu barədə raportla məruzə etmişdir. Mübahisə baş verən zaman yanlarında heç kim olmamışdır. Şəxs ilə ədavəti yoxdur, əvvəllər aralarında belə hal baş verməmişdir. O, Şəxs qarşı nalayiq ifadə işlətdiyi üçün qarşılıq vermişdir. Şəxs ondan üzr istəmiş, Şəxs ilə barışmışdır, şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib edən şəxs N nömrəli hərbi hissənin komandiri, polkovnik X1 məhkəmə iclasında iştirak etməmiş, həmçinin şahid hərbi hissənin əməliyyat bölməsinin zabiti – növbə rəisi vəzifəsində xidmət edən baş leytenant Şahid məhkəmə iclasında iştirakını təmin etməmiş, bunların üzrlü səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Qeyd edilən halların işin baxılmasına mane olmadığını nəzərə alan Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməli və gizir Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb edilməsi məsələsinin həll edilməsi üçün iş üzrə materiallar N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. Belə ki, işdə olan N nömrəli hərbi hissə tərəfindən verilmiş SQ seriyalı ******* nömrəli şəxsi vəsiqədən müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. İşdə olan N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli xidməti xasiyyətnamədən müəyyən edilir ki, gizir Şəxs müsbət xarakterizə edilmişdir. İşdə olan xidməti vərəqədən çıxarışdan müəyyən edilir ki, gizir Şəxs intizam qaydasında cəzalandırılmayıb. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 329 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, gizir Şəxs əməliyyat bölməsi döyüşü idarəetmə qrupunun operatoru vəzifəsinə təyin edilmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, gizir Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, gizir Şəxs döyüşlərdə iştirak etməyib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 0122t əmri ilə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə, xx.xx.2025-ci il tarixli 0122t nömrəli əmri ilə 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunub. İşdə olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, hərbi hissənin əməliyyat bölməsinin zabit-növbə rəisi leytenant Zərərçəkmiş şəxs ilə həmin bölmənin operatoru (döyüş məlumatları sistemləri üzrə) gizir Şəxs arasında tabelik münasibətləri vardır. Daxili Xidmət Nizamnaməsinin 12- 13-cü bəndlərinə əsasən, leytenant Zərərçəkmiş şəxs gizir Şəxs rəis hesab olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gizir Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gizir Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gizir Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, gizir Şəxs hərbi xidmət üzrə vəzifəsini yerinə yetirən zaman tabelik münasibətlərində olduğu rəisi leytenant Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq, Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hal müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinə əsasən, rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltmasına görə on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən, İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, müsbət xarakterizə olunmasını, hazırkı vaxtadək qüsursuz xidmət göstərməsini, əvvəllər intizam cəzası almamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə məhkəmə xərci gizir Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: N nömrəli hərbi hissədə xidmət edən gizir Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün iş üzrə materiallar N nömrəli hərbi hissənin komandanlığına göndərilsin. İş üzrə məhkəmə xərci olan Şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ onun təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əziz Eminov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar