Məhkəmə qərarları › İş №3-1(4-22)-23/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-22)-23/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-23/2026 06.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru: X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx N004-cü il tarixdə Babək rayonu Bulqan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,(FİN xxxxxxx), ali təhsilli, subay, Naxçıvan şəhəri, Bulqan kəndində daimi qeydiyyatda olmaqla, N №-li hərbi hissənin əsgər yataqxanasında yaşayan, N iyul N5-ci il tarixdə SHXÇDX-in Naxçıvan şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №li hərbi hissənin artilleriya divizionunun, idarəetmə taqımının, idarəetmə manqasında operator-hesablayıcı vəzifəsində xidmət edən əsgər (SX № xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: N №-li hərbi hissənin artilleriya divizionunun, idarəetmə taqımının, idarəetmə manqasında operator-hesablayıcı vəzifəsində xidmət edən əsgər Şəxs N №-li hərbi hissənin 3-cü təlim taborunun 7-ci təlim bölüyünün 3-cü taqımının 1-ci manqasında xidmət edərkən, 07 oktyabr N5-ci il tarixdə saat N0 radələrində N №-li hərbi hospitalın qastroenterologiya bölməsində stasionar müalicədə olan zaman həmin bölmənin palatasında onunla birgə müalicədə olan, tabelik münasibətlərində olmayan, N №-li hərbi hissənin 3-cü tabor, 7-ci bölük, 1-ci taqım, N-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ondan növbətçi tibb bacısından telefonu alıb gətirməsini istəməsinə etiraz etdiyinə görə aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 06 fevral N6-cı il tarixdə Naxçıvan Hərbi prokuroru ədliyyə polkovniki Aqil Axundov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuş, bununla bağlı qərar və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 07 oktyabr N5-ci il tarixdə saat N0 radələrində palatada olarkən tibb bacısının onu prosedur otağına çağırdığını, o, da ayağa qalxıb gedən zaman əsgər Şahid ona “nənənin piseri, nənə səni çağırır” dediyini, onun da Şahid bu cür danışmamasını bildirdiyini, həmin zaman Zərərçəkmiş şəxs ona “Rasim düz deyir də nənənin piseri deyilsən?, gedirsənsə ən azınnan telefonu al gətir evinən danışaq” dediyini, o, da Zərərçəkmiş şəxs “mən özümçün telefon istəmirəm, sizə görə niyə telefon istəyim” dediyini, bu zaman Şahidla aralarında mübahisə yarandığını, ona “paçan iş yarıdan deyil, qoy rədd olsun” dediyini, onunda Zərərçəkmiş şəxs “paçan özünsən, ağzıvın danışığını bil” dediyini, dediyi sözə görə peşman olduğunu, paçan sözünün mənasının təhqiramiz söz olmasını düşünmədiyini, zərərçəkmiş şəxsdən üzr istədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 07 oktyabr N5-ci il tarixdə saat N0 radələrində əsgər Şəxs tibb bacısı Məleykə Zamanovadan mobil telefonunu istəməsini və danışmaq istədiyini dediyini, Şəxs telefonu istəyə bilməyəcəyini bildirdiyini, həmin vaxt Şahid Şəxs “niyə gedib telefonu M.Zamanovadan istəmirsən, səhərdən axşama nənənin yazılarına kömək edirsən, nənənin piserisən, sən istəsən telefonu verər” dedikdə Şəxs yenidən etiraz etdiyini və telefon istəməyəcəyini bildirdiyini, bu zaman Şahid yenidən Şəxs telefonu alıb gətirməsini dedikdə onunda etiraz edib heç kimdən telefon istəməyəcəyini bildirdiyini,həmin zaman Şəxs “Rasim sənə nə dedi ki, düz deyir də nənəyə yaxın adam sənsən” dediyini, Şəxs ona “sən sakit dur paçan, gətirmirəm” dediyini, Şəxs “bir də o sözü mənə qarşı işlətmə” dediyini və hər ikisinin ayağa qalxıb üz-üzə dayandıqlarını, həmin vaxt əsgər O.Əhmədova yenidən xəbərdarlıq edib paçan sözünü bir də ona qarşı işlətməməsini bildirdiyini, Şəxs isə sağ əlini onun sol çiyninə qoyub nalayiq şəkildə “get burdan, paçan” dediyini, Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında iştirak etməyən izahatı tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, 07 oktyabr N5-ci il tarixdə saat N0 radələrində palatada olarkən əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs tibb bacısından telefonu istəməsini və danışmaq istədiyini demiş, Şəxs isə telefonu istəyə bilməyəcəyini bildirmişdir. Həmin vaxt o, Şəxs “niyə gedib telefonu M.Zamanovadan istəmirsən, səhərdən axşama nənənin yazılarına kömək edirsən, nənənin piserisən, sən istəsən telefonu verər” demiş, Şəxs ona etiraz edərək istəməyəcəyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs Şəxs “Rasim düz deyir də get telefonu al gətir danışaq, nənənin piseri deyilsən?” demiş, Şəxs cavabında Zərərçəkmiş şəxs “sən sakit dur paçan, gətirmirəm” demiş, Zərərçəkmiş şəxs Şəxs söyüşlə danışmamasını demiş və hər ikisi ayağa qalxıb üz-üzə dayanmışlar. Həmin vaxt O.Zərərçəkmiş şəxsƏhmədova “sənə xəbərdarlıq edirəm, bir də paçan sözünü mənə işlətmə” demiş, Şəxs sağ əlini Zərərçəkmiş şəxs çiyninə qoyub nalayiq şəkildə “get burdan, paçan” demişdir. N №-li hərbi hissə komandirinin N iyul N5-ci il tarixli N13 №-li əmrindən çıxarışda Şəxs əsgər hərbi rütbəsi verilməklə hərbi hissənin 3-cü təlim taborunun, 7-ci təlim bölüyünün, 3-cü taqımının, 1-ci manqasına təyin edilib hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildiyi göstərilmişdir. N №-li hərbi hissə komandirinin N8 avqust N5-ci il tarixli N46 №-li əmrindən çıxarışda əsgər Şəxs hərbi hissənin yoluxucu xəstəliklər bölməsindən hərbi hissənin qastroenterologiya bölməsinə köçürüldüyü göstərilmişdir. N №-li hərbi hissə komandirinin N4 dekabr N5-ci il tarixli 365 №-li əmrindən çıxarışda onun hərbi hissənin haubitsalı divizonunun, idarəetmə taqımının, atəşi idarəetmə manqasının operator-hesablayıcısı vəzifəsinə təyin edilib hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildiyi göstərilmişdir. N №-li hərbi hissə komandirinin N iyul N5-ci il tarixli N13 №-li əmrindən çıxarışda Zərərçəkmiş şəxs əsgər hərbi rütbəsi verilməklə hərbi hissənin 4-ci təlim taborunun 1N-ci təlim bölüyünün, 1-ci taqımının, 1-ci manqasına təyin edilib hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildiyi göstərilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr N5-ci il tarixli N58 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs hərbi hissənin qastroenterologiya bölməsinə müalicəyə qəbul edildiyi göstərilmişdir. N №-li hərbi hissə komandirinin N7 oktyabr N5-ci il tarixli 306 №-li əmrindən çıxarışda onun hərbi hissənin 3-cü motoatıcı taborunun, 7-ci motoatıcı bölüyünün, 1-ci motoatıcı taqımının, N-ci motoatıcı manqasının heyət nəfəri-atıcısı vəzifəsinə təyin edilib hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildiyi göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 10 noyabr N5-ci il tarixli arayışda hərbi hissənin 4-cü təlim taborunun, 10-cu təlim bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ilə təlim divizionunun 1-ci təlim batereyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs isə müsbət xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını,müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.N.N-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 30.N, 40, 43, 48, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. Əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilsin.

2. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar