Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-24/2026 10.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, 10-cu Təhqiqat Bölməsinn hüquqşünas-təhqiqatçısı: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxxx 2007-ci ildə Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx) subay, orta təhsilli, deməsinə görə əvvəl inzibati xəta törətməyən, Kəngərli rayonu Şahtaxtı kəndində daimi qeydiyyatda olmaqla, halhazırda N nömrəli hərbi hissənin əsgər yataqxanasında yaşayan, N nömrəli hərbi hissənin 1-ci tabor rabitə taqımı radio rabitəçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 10-cu Təhqiqat Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : Əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün 10 fevral 2026-cı il tarixdə 10-cu Təhqiqat Bölməsinin hüquqşünastəhqiqatçısı X2 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəmsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatında 04 dekabr 2025-ci il tarixdə saat 09:20 radələrində gizir Zərərçəkmiş şəxs onunla birlikdə 10 nəfər əsgəri yataqxananı təmizlik işlərinə görə ayırdığını, hərəsinə bir iş tapşırdığını və oradan getdiyini, ona da sanitar qovşağı təmizləməsini tapşırdığını, təmizlik işləri apardığı zaman tanımadığı bir əsgərin gəlib orada yeri silmek üçün olan ləvazimatı götürərək apardığını, o da həmin vaxt əsəbiləşərək ortaya nalayiq ifadə işlədərək söyüş söydüyünü, heç kimə ünvanlamadığını qeyd etmişdir. Etdiyi hərəkətdən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz vermişdir. İşin materiallarında göründüyü kimi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatı tədqiq edilərək bildirilir ki, Şəxs ona qarşı söyüş söyməsini özü tərəfindən şəxsən görüb eşitmədiyini, leytenant Şahid ona gəlib söylədiyi qeyd edilmişdir Məhkəmə iclasında Şahid izahatında 04 dekabr 2025-ci il tarixdə saat 10:50 radələrində 11-ci bölüyün yataqxanasının içərisində yataq yerlərinin yığılmasına və təmizliyinə baxdığı zaman əsgər Şəxs onu görməyərək öz-özünə nalayiq ifadə işlədərək söyüş söydüyünü eşitdiyini və onu yanına çağırdığını, ondan kimə söydüyünü soruşduğunu, onun isə cavabında ortaya söylədiyini, heç kimə ünvanlamadığını qeyd etdiyini, söyüş söydüyünə görə əsgər Şəxs qarşı heç bir zorakılıq hərəkəti etmədiyini bildirmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs hərbi hissəyə yeni gəldiyindən xarakterizə olunmamışdur. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltma —on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Faktla bağlı əsgər Şəxs gizir Zərərçəkmiş şəxsTahir oğlunun şərəf və ləyaqətini alçaltmamış və ya ona zor tətbiq etməmişdir. İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 610-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin.
2. İş üzrə məhkəmə xərci olan Şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov