Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-32/2026 25.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ hakim Eminov Əziz Mürsəl oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədova Nərgiz Bağır qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.2008-ci il tarixdə Kəngərli rayonu, Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, N nömrəli hərbi hissədə təlim batareyasında xidmət edən, əsgər (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə icraat aparılmasına dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs 06 fevral 2026-cı il tarixdə saat 20:45 radələrində təlim divizionunun 2ci təlim batareyasının sanitar qovşağında əsgər Zərərçəkmiş şəxs ilə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, yəni sonuncuya qarşı nalayiq ifadələr işlətmişdir. Faktla bağlı əsgər Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 25 fevral 2026-cı il tarixdə N nömrəli hərbi hissənin komandiri polkovnik X1 tərəfindən onun barəsində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs törətdiyi əməldə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 20:40 radələrində 2-ci təlim batareyasının yataqxanasının sanitar qovşağında olan əsgər Şahid1 “Şəmkirdə yaxşı oğlan yoxdur” ifadəsini işlətmişdir. Əsgər Şahid1 ona, o ifadəni bir də işlətmə, o sözün üstündə “adamı apararlar gətirməzlər” ifadəsini işlətmişdir. Bu zaman sanitar qovşağında olan digər əsgər Zərərçəkmiş şəxs ondan ifadəni ümumi olaraq deyib-demədiyini soruşmuşdur. O da cavabında ümumi dediyini bildirmişdir. Zərərçəkmiş şəxs ona “Şəmkirdə elə oğlanlar var ki, adamı apararlar gətirməzlər, danışığına fikir ver, ümumi danışma” demişdir. O, bu ifadədən sonra əsəbləşərək Zərərçəkmiş şəxs üzərinə getmiş, eyni zamanda Zərərçəkmiş şəxs də onun üzərinə gəlmiş, onlar yaxınlaşaraq tutuşmuş və bir-birilərinə qarşı “gicdıllaq qəhbə” nalayiq ifadələrini işlətmişlər. Daha sonra orada olan digər əsgərlər onları aralaşdırmışdır. Hərəkətindən peşman olaraq Zərərçəkmiş şəxs üzr istəmişdir. Əsgər Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 20:40 radələrində 2-ci təlim batareyasının yataqxanasının sanitar qovşağında olarkən əsgər Şəxs “Şəmkirdə yaxşı oğlan yoxdur” ifadəsini işlətmişdir. O, Şəxs həmin sözü ümumi deyib-demədiyini soruşmuş, Şəxs cavabında ümumi olaraq dediyini bildirmişdir. Bu vaxt o, əsgər Şəxs “Şəmkirdə elə oğlanlar var ki, səni aparıb gətirməzlər” demişdir. Sonra Şəxs onun üzərinə gəlmiş, o da Şəxs üzərinə getmiş və onlar bir-birilərinə yaxınlaşaraq tutuşmuşlar. Şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Orada olan əsgərlər onları aralaşdırmışdır. Şəxsla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid2 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 20:45 radələrində 2-ci təlim batareyasının sanitar qovşağında əl-üzünü yuyurmuş. Bu zaman orada olan əsgər Şəxs əsgər Şahid1 “Şəmkirdə yaxşı oğlan yoxdur” ifadəsini işlətmişdir. Bu sözü eşidə digər əsgər yoldaşı Zərərçəkmiş şəxs əsgər Şəxs həmin sözü ümumi deyib-demədiyini soruşmuşdur. Əsgər Şəxs da cavabında ümumi olaraq dediyini bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs “ümumi danışma, o söz üstündə adamı apararlar gətirməzlər” demişdir. Daha sonra onlar bir-birilərinin üzərinə getmiş, yaxalaşıb bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Əsgər yoldaşları ilə onları aralaşdırmışlar, bu vaxt onlar bir-birilərinə xəsarət yetirməmişlər. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 20:45 radələrində 2-ci təlim batareyasının sanitar qovşağında olan zaman əsgər Şəxs ona “Şəmkirdə yaxşı oğlan yoxdur” demişdir. O, əsgər Şəxs elə söz deməməsini bildirmişdir. Bu zaman əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs həmin sözü ümumi deyib-demədiyini soruşmuş, Şəxs da cavabında ümumi dediyini bildirmişdir. Sonra onlar bir-birilərinin üzərinə gedərək, yaxınlaşıb bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandanlığının xx.xx.2026-cı il tarixli 59 nömrəli arayışından müəyyən olunur ki, N nömrəli hərbi hissənin təlim divizionunun 2-ci təlim batareyasında xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları olan əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, şahid izahatları, habelə inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs digər əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq iş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 08 (səkkiz) saata görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Əsgər Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 08 saata görə 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əziz Eminov
Məhkəmə qərarları › İş №3-1(4-22)-32/2026
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-22)-32/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver