Məhkəmə qərarları › İş №3-1(4-22)-34/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(4-22)-34/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(4-22)-34/2026 25.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: N nömrəli hərbi hissənin komandiri polkovnik Samiq Niftalıyevin 25 fevral 2026-cı il tarixli, 3-25-227/2-709/2026 №-li məktubu ilə N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N dekabr 2025-ci il tarixli, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər təkrarən 25 fevral 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, xx xxxx 2007-ci ildə Gədəbəy rayonunun Şahdağ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,(FİN xxxxxxx), ümumi orta təhsilli, subay, Gədəbəy rayonunun Şahdağ kəndində daimi qeydiyyatda olmaqla, halhazırda N №-li hərbi hissənin əsgər yataqxanasında yaşayan, 01 oktyabr 2025-ci il tarixdə SHXÇDX-nin Gədəbəy rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissənin 3-cü təlim taborunun, 8-ci təlim bölüyündə xidmət edən əsgər Şəxs (SX № 0912966) 23 noyabr 2025-ci il tarixdə, saat 14:30 radələrində N nömrəli hərbi hissənin 3cü təlim taborunun, 8-ci təlim bölüyünün yataqxanasında əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Müəyyən olunur ki, N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N nömrəli hərbi hissənin komandiri, polkovnik Samiq Niftalıyev tərəfindən N dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər iki dəfə 25 dekabr 2025-ci il və 22 yanvar 2026-cı il tarixdə məhkəmənin icraatına daxil olmuş, işə baxan hakim (Səxavət Hüseynov) tərəfindən məhkəmənin 25 dekabr 2025-ci il tarixli, 3-1(092)-175/2025 №-li və 22 yanvar 2026-cı il tarixli, 3-(4-22)-9/2026 №-li qərardadları ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün İnzibati Xətalara dair işin materialları N nömrəli hərbi hissəyə geri qaytarılmışdır. Lakin 25 fevral 2026-cı il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş N nömrəli hərbi hissənin komandiri, polkovnik Samiq Niftalıyev tərəfindən qəbul edilmiş N dekabr 2025ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, həmin inzibati xəta haqqında iş materiallarının N nömrəli hərbi hissəyə geri qaytarılmasına səbəb olan natamamlıqlar (məhkəmə iclasına çağırılmalı olan şəxslərin iştirakının məhkəmədə təmin edilməməsi) Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 3-1(092)-175/2025 №-li və 22 yanvar 2026-cı il tarixli, 3-(4-22)-9/2026 №-li qərardadlarında açıq və aydın şəkildə göstərilməsinə baxmayaraq, bu natamamlıqlar N nömrəli hərbi hissə tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana təkrarən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclası katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində olan inzibati xətalar haqqında işlərə baxılarkən malik olduğu hüquq və vəzifələr dəqiq və aydın şəkildə göstərilməsinə, o cümlədən hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirləndirildiyi İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında- on gündən bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmasına və bu səbəbdən də onun barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraatda iştirakının qanunvericiliyin tələblərinə əsasən məcburi olmasına baxmayaraq, N nömrəli hərbi hissə komandiri, polkovnik Samiq Niftalıyev tərəfindən N dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib və iş materialları baxılması üçün məhkəməyə təqdim edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. İnzibati iş materialları məhkəməyə göndərilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında iştirakı hərbi hissə tərəfindən təmin edilməmişdir. Beləliklə də, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə N nömrəli hərbi hissədən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər yuxarıda qeyd olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün həmin səlahiyyətli orqana- N nömrəli hərbi hissəyə təkrarən geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş hazırki qərardadı məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Bu səbəbdən də, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N nömrəli hərbi hissədən daxil olmuş N dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş materiallar natamam olduğundan onu tərtib etmiş orqana-N nömrəli hərbi hissəyə təkrarən geri qaytarılsın. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar