Məhkəmə qərarları › İş №3-1(4-22)-42/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-22)-42/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-42/2026 13.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N nömrəli hərbi hissənin sabiq MAHHXHQ-su kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən N nömrəli hərbi hissənin sabiq MAHHXHQ-su kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 04 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər 13 mart 2026-cı il tarixdə təkrarən Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinə daxil olmuşdur. İşin materiallarında olan 04 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 1994-cü il tarixdə Şahbuz rayonunun Mərəlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), evli, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməmiş, Şahbuz rayonunda daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan,N nömrəli hərbi hissədə xidmət etmiş MAHHXHQ-su kiçik çavuş Şəxs xidmətdə olarkən təkrarən altı ay ərzində 23 oktyabr 2025-ci il tarixdə, saat 08:00-da xidmət yerinə gəlməmiş, 28 oktyabr 2025-ci il tarixdə saat 10:00-da qayıtmaqla 3 gündən çox müddətə xidmət yerinə qayıtmamışdır. Müəyyən olunur ki, N nömrəli hərbi hissənin sabiq MAHHXHQ-su kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N nömrəli hərbi hissənin komandiri, polkovnik Vüsal Quliyev tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər 06 noyabr 2025-ci il, 28 noyabr 2025-ci il, 25 dekabr 2025-ci il, 22 yanvar 2026-cı il, 19 fevral 2026-cı il və 26 fevral 2026-cı il tarixlərdə məhkəmənin icraatına daxil olmuş, işə baxan hakim (Səxavət Hüseynov) tərəfindən məhkəmənin 06 noyabr 2025-ci il tarixli, 3-1(092)-134/2025 №-li, 28 noyabr 2025-ci il tarixli, 3-1(092)-156/2025 №-li, 25 dekabr 2025-ci il tarixli, 3-1(092)- 171/2025 №-li, 22 yanvar 2026-cı il tarixli, 3-1(4-22)-7/2026 №-li, 19 fevral 2026-cı il tarixli, 3- 1(4-22)-27/2026 №-li və 26 fevral 2026-cı il tarixli, 3-1(4-22)-38/2026 №-li qərardadları ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün İnzibati Xətalara dair işin materialları N nömrəli hərbi hissəyə geri qaytarılmışdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Bununla əlaqədar olaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsinin sanksiyasına nəzər yetirdikdə görərik ki, həmin maddənin sanksiyasında- on beş gündən bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılmasında iştirakı məcburidir. Bu müddət ərzində Şəxs məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. N nömrəli hərbi hissədə xidmət etmiş MAHHXHQ-su kiçik çavuş Şəxs xidmətdə olarkən təkrarən altı ay ərzində 23 oktyabr 2025-ci il tarixdə, saat 08:00-da xidmət yerinə gəlməmiş, 28 oktyabr 2025-ci il tarixdə saat 10:00-da qayıtmaqla 3 gündən çox müddətə xidmət yerinə qayıtmamışdır. Belə ki, inzibati xətanın aşkara çıxarıldığı gündən, 28 oktyabr 2025-ci il tarixdən 4(dörd) ay müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakimin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyi məsələlərdən biri də işdə işin icraatını rədd edən halların mövcud olub-olmamasını yoxlamaqdan ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları və qanunvericiliyin müvafiq müddəalarını rəhbər tutaraq hesab edirəm ki, hazırki inzibati xəta haqqında iş üzrə inzibati xəta törədildiyi vaxtdan, yəni 28 oktyabr 2025-ci il tarixdən 4 (dörd) ay müddət keçdiyindən, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 106, 109, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar