Azərbaycan Respublikası adından Qərar İş № 3-1(4-22)-48/2026 18.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLIKASININ HƏRBI MƏHKƏMƏSI hakim Eminov Əziz Mürsəl oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, zərərçəkmiş şəxs R Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.2007-ci il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyətə cəlb olunmamış, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissədə manqanın heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər (FİN: *******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə icraat aparılmasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 10:00 radələrində N nömrəli hərbi hissənin 1-ci yataqxanasında mübahisə zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) R Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltması faktı ilə bağlı əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə ## #### 2026-cı il tarixdə N nömrəli hərbi hissənin komandiri, R Mədətov İsmayıl Səfər oğlu tərəfindən ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı inzibati xəta haqqında protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, ##.##.2026-cı il tarixdə saat 09:30 radələrində manqanın şəxsi heyəti ilə atəş şəhərciyinə gedib dərs keçmiş, saat 10:00 radələrində yağış yağdığına görə bölüyün şəxsi heyəti hərbi hissənin daimi dislokasiya yerinə qayıtmışdır. Yataqxanaya qayıtdıqda çarpayısına yaxınlaşan zaman çarpayının dağınıq vəziyyətdə olduğunu görüb yaxınlıqda olan əsgər Zabit Fərzəliyevdən bunun kim tərəfindən törədildiyini soruşmuş, Zabit Fərzəliyev ona bilmədiyini bildirmişdir. Bu zaman televizora baxan MAHHXHQ R Zərərçəkmiş şəxs görüb ona yaxınlaşaraq “mənim yerimi kim bu günə qoyub?” dedikdə Zərərçəkmiş şəxs ona “hansını deyirsən göstər görüm” demişdir. O, Zərərçəkmiş şəxs qabaq yataqxananın dəhlizi ilə çarpayıya doğru gedən zaman “mənim yerimi dağıdanın bacısını s...m” dedikdə Zərərçəkmiş şəxs də ona “əsgər sən hara söyüş söyürsən, sən kimsən ki söyüş söyürsən” demişdir. O, çarpayıya çatmış, çarpayını Zərərçəkmiş şəxs göstərərək həmin çarpayının ona məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs çarpayının üzərindəki tavanın flakonuna baxarkən o, “mənim yerimi dağıdanın anasını, bacısını, arvadını s...m” demişdir. Zərərçəkmiş şəxs ona “əsgər tərbiyəsiz-tərbiyəsiz danışma, buranı mən belə eləmişəm, sən də mənə söyüş söyürsən, birdən əsgər olsaydı nə olardı” demişdir. O, Zərərçəkmiş şəxs “mən poliqondan gəlmişəm, əsəbiyəm, nə edim” demişdir. Bundan sonra bu barədə aidiyyəti üzrə məruzə olunmuşdur. Zərərçəkmiş şəxs ilə ədavəti yoxdur, əvvəllər aralarında belə hal baş verməmişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və aralarında barışıq əldə olunmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs MAHHXHQ R Zərərçəkmiş şəxs izahatında bildirdi ki, ##.##.2026-cı il tarixdə bölük növbətçisi olan zaman V əsgər yataqxanasının tavanında iki ədəd işıqda olan nasazlığın aradan qaldırılmasını tapşırmışdır. ##.##.2026-cı il tarixdə saat 07:30 radələrində xidmət yerinə gələn zaman yataqxanın girişinin sağ tərəfindəki çarpayıların birinin üzərindəki tavanda olan işıq nasaz olduğu üçün çarpayının 2-ci mərtəbəsinə qalxaraq ləmpəni yenisi ilə əvəz etmiş, sonra aşağı enərək çarpayının döşəyini səliqəyə salmış, lakin həmin vaxt toplanış verildiyi üçün çarpayının yorğanını və çarpayını düzəltmədən toplanış siqnalına yataqxanadan çölə qaçmışdır. Düzülüş bitdikdən sonra yataqxanaya qayıdaraq çarpayıların birinin üzərində uzanmışdır. Bu zaman ərazilərin təmizlənməsinə komanda gəldiyi üçün yerindən qalxıb həmin çarpayını düzəldib bölüyün ərazisinə getmişdir. Bölüyün ərazisindən qayıdıb yataqxanaya daxil olmuş, bu zaman əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona yaxınlaşaraq onun çarpayısının dağıdıldığını bildirmiş, o, dağılan çarpayını göstərməyini bildirmiş, yataqxananın dəhlizi ilə çarpayıya doğru gedən zaman əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “mənim yerimi dağıdanın bacısını s...m” demişdir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “əsgər sən hara söyüş söyürsən, sən kimsən ki söyüş söyürsən” demişdir. Çarpayıya gəlib çatan zaman o, ləmpəni dəyişərkən dağılmış çarpayıdan söhbət getdiyini bilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çarpayının onun olduğunu bildirmişdir. O, çarpayının üzərindəki tavanın flakonuna baxarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “mənim yerimi dağıdanın anasını, bacısını, arvadını s...m” demişdir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “əsgər tərbiyəsiz-tərbiyəsiz danışma, buranı mən belə eləmişəm, sən də mənə söyüş söyürsən, birdən əsgər olsaydı nə olardı” demişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona “mən poliqondan gəlmişəm, əsəbiyəm, nə edim” demişdir. O, buna əsəbləşərək aidiyyəti üzrə məruzə etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə ədavəti yoxdur, əvvəllər aralarında belə hal baş verməmişdir, aralarında barışıq əldə olunmuşdur, şikayət və tələbi yoxdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməli və əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb edilməsi məsələsinin həll edilməsi üçün iş üzrə materiallar N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. Belə ki, işdə olan N nömrəli hərbi hissədən verilmiş ##.##.2026-cı il tarixli xidməti xasiyyətnamədən müəyyən edilir ki, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müsbət xarakterizə edilmişdir. İşdə olan xidməti vərəqədən çıxarışdan müəyyən edilir ki, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ayrı-ayrı vaxtlarda müxtəlif səbəblərdən intizam cəzaları və həvəsləndirmə tədbirləri tətbiq edilmiş, hazırkı iş üzrə araşdırılan hadisə ilə bağlı intizam məsuliyyətinə cəlb edilməmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər cinayət və inzibati məsuliyyətə cəlb edilməmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının komandiri MAHHXHQ R Zərərçəkmiş şəxs ilə 3-cü taborun 8-ci bölüyünün pulemyot manqasının heyət nəfəri əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında tabelik münasibətləri vardır, R Zərərçəkmiş şəxs əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəis hesab olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərbi xidmət üzrə vəzifəsini yerinə yetirən zaman tabelik münasibətində olduğu rəisi R Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hal müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinə əsasən, rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltmağa görə on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən, İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, müsbət xarakterizə olunmasını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: N nömrəli hərbi hissədə xidmət edən əsgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün iş üzrə materiallar N nömrəli hərbi hissənin komandanlığına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əziz Eminov
Məhkəmə qərarları › İş №3-1(4-22)-48/2026
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-22)-48/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver