Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(4-22)-7/2026 22.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N nömrəli hərbi hissənin sabiq MAHHXHQ-su kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: N nömrəli hərbi hissənin komandiri, polkovnik Vüsal Quliyevin 19 yanvar 2026-cı il tarixli, 3-25-214/2-119/2026 №li məktubu ilə N nömrəli hərbi hissənin sabiq MAHHXHQ-su kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N noyabr 2025-ci il tarixli inzibati xəta haqqında ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər təkrarən 22 yanvar 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinə daxil olmuşdur. İşin materiallarında olan N noyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 1994-cü il tarixdə Şahbuz rayonunun Mərəlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), evli, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməmiş, Şahbuz rayonunda daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan,N nömrəli hərbi hissədə xidmət etmiş MAHHXHQ-su kiçik çavuş Şəxs xidmətdə olarkən təkrarən altı ay ərzində 23 oktyabr 2025-ci il tarixdə, saat 08:00-da xidmət yerinə gəlməmiş, 28 oktyabr 2025-ci il tarixdə saat 10:00-da qayıtmaqla 3 gündən çox müddətə xidmət yerinə qayıtmamışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana təkrarən geri qaytarılmalıdır. Müəyyən olunur ki, N nömrəli hərbi hissənin sabiq MAHHXHQ-su kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N nömrəli hərbi hissənin komandiri, polkovnik Vüsal Quliyev tərəfindən qəbul edilmiş N noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər üç dəfə 06 noyabr 2025-ci il, 28 noyabr 2025-ci il tarixdə və 25 dekabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, işə baxan hakim (Səxavət Hüseynov) tərəfindən məhkəmənin 06 noyabr 2025-ci il tarixli, 3-1(092)-134/2025 №-li, 28 noyabr 2025-ci il tarixli, 3-1(092)- 156/2025 №-li və 25 dekabr 2025-ci il tarixli, 3-1(092)-171/2025 №-li qərardadları ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün İnzibati Xətalara dair işin materialları N nömrəli hərbi hissəyə geri qaytarılmışdır. Lakin 22 yanvar 2026-cı il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş N nömrəli hərbi hissənin komandiri, polkovnik Vüsal Quliyev tərəfindən qəbul edilmiş N noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, həmin inzibati xəta haqqında iş materiallarının N nömrəli hərbi hissəyə geri qaytarılmasına səbəb olan natamamlıqlar (məhkəmə iclasına çağırılmalı olan şəxslərin iştirakının məhkəmədə təmin edilməməsi) Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 3-1(092)-134/2025 №-li, 28 noyabr 2025-ci il tarixli, 3-1(092)-156/2025 №-li və 25 dekabr 2025-ci il tarixli, 3-1(092)-171/2025 №-li qərardadlarında açıq və aydın şəkildə göstərilməsinə baxmayaraq, bu natamamlıqlar N nömrəli hərbi hissə tərəfindən aradan qaldırılmamışdır. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, N noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol barəsində inzibati icraat aparılan Şəxs tərəfindən imzalanmamışdır. Məhkəmə məsələ ilə bağlı əvvəlki mövqeyini təkrar edərək belə hesab edir ki, N nömrəli hərbi hissənin sabiq MAHHXHQ-su kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 3-1(092)-134/2025 №-li, 28 noyabr 2025-ci il tarixli, 3-1(092)- 156/2025 №-li və 25 dekabr 2025-ci il tarixli, 3-1(092)-171/2025 №-li qərardadlarında qeyd olunmuş natamamlıqlar aradan qaldırılmadan (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin iştirakı təmin edilmədən) işə mahiyyəti üzrə baxılması qeyrimümkündür və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən N nömrəli hərbi hissəyə geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Qeyd etmək lazımdır ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq MAHHXHQ-su kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair N nömrəli hərbi hissədən daxil olmuş N noyabr 2025-ci il tarixli,2426663 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana- Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təkrarən geri qaytarılsın. Hakim Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №3-1(4-22)-7/2026
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(4-22)-7/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver