Məhkəmə qərarları › İş №3(110)-1/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-1/2021

05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-1/2021 05.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx xxxxxx 1970-ci ildə Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şərur rayon Arpaçay kəndində qeydiyyatda duran Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon Arpaçay kəndində qeydiyyatda olan Şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə Xətai rayon DYPŞ-nin əməkdaşı tərəfindən onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx xxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh etmə haqqında qərarla 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Şəxs həmin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib bu qənaətə gəlir ki, iş üzrə inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* №li protokoldan və xx xxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh etmə haqqında qərardan məlum olur ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğuna görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs həmin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə iclas katibi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli daxil olan telefonoqramdan görünür ki, Şəxs məhkəməyə zəng edərək cərimə və dəbbə pulunu ödədiyini və qəbzi poçt vasitəsi ilə məhkəmənin ünvanına göndərdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin DYP “Asan pay” ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati cəriməni ödəmiş və onun heç bir cərimə və dəbbə borcu yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi göstərilmişdir. Həmin maddənin sanksiyasında inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur; 529-cu maddəsinə əsasən “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 145.1.4.-cü maddəsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs müvafiq cəriməni ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və inzibati iş üzrə icraata xitam verilməlidır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati cəriməni tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar