Məhkəmə qərarları › İş №3(110)-1/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-1/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-1/2023 09.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, xx xxxxxx 1988-ci ildə Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şərur rayon Həmzəli kəndində qeydiyyatda duran Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materialı nəzərdən keçirərək məhkəmə, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ DYŞP-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 09 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən 13 sentyabr 2022-ci il tarixli 091-61458-1222 nömrəli məktubla baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-109/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Şərur rayon Məhkəməsinin 3(110)-69/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılmışdır. Yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, ***-*******22 nömrəli məktubda vətəndaş Şəxs qanunla müəyyən edilmiş müddətdə cərimə məbləğini ödədiyinə görə barəsində tərtib olunmuş inzibati protokol və toplanmış materialın Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən müvafiq qərar qəbul edilməsi üçün təkrar olaraq məhkəməyə göndərildiyi qeyd edilmişdir. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X2 Portalından çıxarışdan görünür ki, İXP seriyalı 466439 nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs tərəfindən 40 manat məbləğində cərimə və 24 manat dəbbə pulu olmaqla, cəmi 64 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin DYP “Asan pay” ödəniş sistemindən çıxarışdan görünür ki, İXP seriyalı 466439 nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə artıq ödənilib. Məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, vətəndaş Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, vətəndaş Şəxs dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində tərtib edilmiş 28 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 09 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vətəndaş Şəxs tərəfindən 40 manat məbləğində cərimə və 24 manat dəbbə pulu olmaqla, cəmi 64 manat məbləğində cərimə dövlət büdcəsinə ödənildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar