Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-1/2024 12.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 İsmətoviç xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, X11 isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş X9 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 İsmətoviç xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, X11 isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin və iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs Nasifoğlu” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - X10 tərəfindən X9 Xidmətinin elektron poçt ünvanına ünvanladığı məktubda qeyd etmişdir ki, Nasifoğlu MMC tırkibində olan Vitamart.az saytında “İt mütəxəssisi” kimi 6 ay (Aprel-Sentyabr) göstərməyimə rəğmən rəhbərlik məni Əmək Müqaviləmdə yalnız iyul-avqust ayları ərzində işə başladığımı, üstəlik iyul-avqust aylarında 2 dəfə olmaqla guya öz hesabıma məzuniyyət götürdüyümü qeyd edib. Ancaq mən iyul, avqust aylarında bazar günləri xaric bütün günlərində işləmişəm, sübut kimi orada olan işçinin davamiyyət jurnalının iyul-avqust ayı üçün işçi siyahısında adımı, imzamı, işə gəlmə və çıxma saatlarını göstərə bilərəm. Və şəkillərini də sübut kimi sizə göndərirəm. Rəhbərlik mənə xəbər etmədən guya “tərəflərin razılığı ilə” işdən azad olunduğumu qeyd edib. Halbuki bu mövzudan bir ay sonra xəbərim olmayıb. Yəni işdən azad olduğum halda işə getmişəm. Sadəcə vergidən yayınmaq üçün məni 1 ay işləmiş işçi və qısa müddətdə məzuniyyətə çıxarılmış işçi kimi göstərərək karyerama ciddi şəkildə ziyan vurulub. Bir daha qeyd edim ki, işdən çıxarılma və məzuniyyətə çıxma prosseslərindən xəbərim olmayıb, yəni ki, mənim sənədlərdə imzam yoxdur, sadəcə birinci dəfə olan məzuniyyət-hansı ki guya öz hesabıma götürmüşəm-həmin ərizəyə çəkdiyim imza var və tarixən təxminən 1 ay sonra çəkilmiş (mənə verilən sənədin gec təqdim olunmasından dolayı) imzadır. Ki bu imza da mənə məcbur yazdırılıb. Bunu `da sübut kimi dünyəvi tarixlə ərizədə olan tarixi bir tutub fotosunu saxlamışdım. Bunu da sizə fayl qismində göndərirəm. Beləliklə, bu hadisələrdən sonra rəhbərliyə işdən çıxmaq istədiyimi və bu cür qısa müddətdə işləmədiyim faktını, məzuniyyətin məndən xəbərsiz olunması əmri kimi səbəbləri verdiyim halda, mənə işlədiyim günlərin son haqq-hesabının ödənilməyəcəyini və “get hara istəyirsən şikayət et” kimi fikirlər söylənildi. İşdən ayrılandan sonra başqa bir şirkətdə müsahibə zamanı əvvəlki iş yerində mənim 1 ay qısa müddətdə işləmiş və iki dəfə məzuniyyətdə olmağımı (halbuki 6 ay işləmişəm, məzuniyyətsiz) irad kimi bildirdilər və mən məhz bu problemə görə işə qəbul ola bilmədim. Bu da mənim karyeramın necə ciddi şəkildə korlandığını nümunəsidir. Bir gənc kadr kimi sizdən mənə vurulan maddi və mənəvi ziyana görə məsələ ilə bağlı araşdırma aparmağınızı, aidiyyəti üzrə qurumları cəlb etməyinizi, pozulmuş qanunvericilik faktını aradan qaldırmağınızı xahiş edirəm; - X11 tərəfindən X9 Xidmətinin elektron poçt ünvanına ünvanladığı məktubda qeyd etmişdir ki, Aprel ayının 6-dan etibarən Nasifoğlu MMC tərkibində təsis edilmiş Vitamart.az saytında qeyri-rəsmi işə başlamışam. İlk əvvəllərdə digər işçilərlə əmək müqaviləsi bağlanması üçün iş yoldaşlarıma işə qəbul ərizəsi yazdırıldı. Mühasib bildirdi ki, avqust ayının 1-i sən də işə qəbul ərizəsi yazacaqsan. Amma mən nə avqustun 1-i, nə də sonrakı tarixlərdə ərizə yazmadım və mənimlə əmək müqaviləsi bağlanmadı. Digər işçilərlə bağlanılan müqaviləyə 1 ay sonradan işçilərə xəbər vermədən xitam verildi, işçilər qeyri-rəsmi işlədilər. Digər işçilərin müqaviləsinə xitam verilməsinin və mənimlə müqavilə bağlanılmamasının səbəbi kimi şirkət rəhbərinin büdcəsinin aşağı olması, vergini ödəməkdə çətinlik çəkməsi göstərildi. 25 sentyabr tarixinə kimi qeyri-rəsmi şəkildə işlədim. Bu tarixə qədər maaşlar vaxtı-vaxtında verimədi, bu azmış kimi işdən qovulma və sair kimi sözlərlə hədələndik. 25 sentyabr tarixinə qədər olmuş və həmin gün olan söz-söhbətlər və mübahisələrdən yorularaq, 25 sentyabr tarixində işdən ayrıldım. Ayrıldığım gün son haqqımı ödəməli olduğu halda, mən 5 oktyabr tarixini gözlədim. Həmişəki kimi maaşlar gecikdiyi üçün 6 sentyabr axşam saatlarında satış meneceri tərəfindən son haqqımı almaq üçün ofisə yaxınlaşmalı olduğum bildirildi. Mən isə cavabımda Bakıda olmadığımı, bir müddət də Bakıda olmayacağımı dedim. Eyni cavabı şirkət rəhbərinə də verdim. Ancaq, şirkət rəhbəri 12 gün sonra işdən çıxma səbəbimi öyrənmək istədiyi üçün məni ofisə çağırdığını bildirdi. Qeyd etdi ki, hələ bilinmir kim kimə borclu qalacaq. Şirkətdə vergidən yayınma, əmək qanunvericiliyinin pozulması faktları var. Məsələ ilə bağlı araşdırma aparmağınızı, aidiyyəti üzrə qurumları cəlb etməyinizi, pozulmuş qanunvericilik faktını aradan qadırmağınızı xahiş edirəm; - X11 tərəfindən X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəhbərliyinə verdiyi izahatında qeyd etmişdir ki, “Nasifoğlu MMC”-də 2023-cü il aprel ayından iyulun 17-ə qədər evdən işləmişəm. Daha sonra isə 25 sentyabra qədər ofisdə çalışmışam. “Əmək müqaviləsi bağlanılacaq” desələr də mənimlə heç bir əmək müqaviləsi bağlanılmadı. X9 Xidmətinə müraciət etdikdən sonra mənim son haqq-hesabımı (116 manat) tam şəkildə ödənilmişdir. Bu hissədən şikayətim yoxdur. Əsas tələbim ımık müqaviləsi imzalamadan mənim müəssisədə işlərə olunmağımın araşdırılmasıdır. “Nasifoğlu MMC”-də yuxarıda qeyd etdiyim tarixlərdə işlədiyimi sübut edən sənəd kimi iş vaxtımın uçot tabellərini mail yazışmalarını (mail yazışmalarını növbəti günlərdə təqdim edəcəm) təqdim edirəm. Eyni zamanda mənimlə işləyən X1, X4 şahid kimi yaxın günlərdə izahat vermək üçün təqdim edəcəm. Qeyd edim ki, həmin şəxslər mən işlədiyim dövr ərzində əmək müqaviləsi əsasında “Nasifoğlu MMC”-də işləyiblər; - X9 Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 İsmətoviç xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, X11 isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununlada Şəxs MMC-nin direktoru X7 müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış mülki ov silahı əldə etməklə və saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixində Şəxs MMC-nin direktoru X7 ilə X9 Xidmətinin Bakı şəhər İdarəsinin 3 saylı ərazi üzrə əməyin sosial məsələlərinə nəzarət sektorunun müdiri X13 tərəfindən Şəxs MMC-nin direktoru X2 məxsus olan ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılarkən Ə.Məmmədov vətəndaş X8 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Hüquqi şəxs Şəxs MMC tərəfindən X5 İsmətoviçin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, X11 isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə də, Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hüquqi şəxs Şəxs MMC-nin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsi xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarıın olmamasını, tətbiq olunacaq inzibati tənbehin hüquqi şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə sanksiyası nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-1/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-1/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver