Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-1/2025 16.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1963-cü ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta ixtisas təhsilli, kəllə ütən kimi fəaliyyət göstərən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında olan və yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi, Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs 07 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilin buferini qəsdən sındırdığına görə İXM-in 232-1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən 13 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vermiş olduğu izahatında, onun Şərur şəhərində yaşadığını, onun təxminən 4-5 ildir ki, Şərur şəhərində yerləşən bazarın yanında kəlləütən kimi fəaliyyət göstərdiyini, 22 oktyabr 2024cü il tarixdə təxminən 09 radələrində onun çalışdığı yerdə olan zaman çay içdiyini, bu zaman ağ rəngli bir avtomobil gəldiyini və ona məxsus "Vaz-2106" markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxasında dayandığını, avtomobildən bir nəfər şəxs yerə endiyini və onun onu görən kimi "qardaş mən 1-2 dəqiqəyə çıxacam zəhmət olmasa bir qədər avtomobili irəli sür" sözlərini dediyini, onun da, ona "narahat olma tez qayıdıram. Sən çayını içənə kimi mən qayıdacam" sözlərini dediyini, bundan sonra onun bazara tərəf getdiyini və bir qədər sonra arvadı X3 ona zəng etdiyini və onu çalışdığı yerdən evlərinə aparmağını bildirdiyini, onun avtmobilinə tərəf getdiyini, avtomobilinin arxasında həmin şəxsin avtomobili dayandığı üçün onun avtomobilini çıxara bilmədiyini, buna görə, ağ rəngli avtomobilin qapısının açıq olduğunu görüb, qapısını açdığını və sürətlər qutusunun araldığını, avtomobili təxminən 1 metr irəli itələdiyini və sonra sürətlər qutusunu geri yerinə gətirdiyini, bundan sonra onun avtomobilimə əyləşib arvadının yanına getdiyini, arvadını evə apardıqdan sonra yenidən iş yerinə qayıdanda orada dayanan Ramiz Seyidov ona "bir qədər əvvəl bura gələn kişi gəldi və əsəbi halda avtomobilini kimin irəli sürdüyünü soruşdu" sözlərini dediyini, bundan sonra onun işinə davam etdiyini, bir gün sonra Bəhmən Məmmədovun onun yanına gəldiyini, ona nə üçün avtomobilini irəli sürdüyünü soruşduğunu, onun da ona "sənə dedim axı, mən tez çıxacam. Sən gəlmədin deyə məndə qabağa sürüb getdim" sözlərini dediyini, daha sonra onun çıxıb getdiyini, halhazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı ödədiyini, onunla barışdıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs vermiş olduğu izahatında Şərur rayon Məmmədsabir kəndində yaşadığını, 2018-ci ildə şəxsi istifadəsi üçün **-BE-*** dövlət qeydiyyat nişanlı "Great Vall" markalı avtomobil aldığını, 22 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Şərur şəhərinə gəldiyini və avtomobili Şərur şəhəri ərazisindəki "Yaşıl Bazar" adlanan ticarət mərkəzinin yanında, iki mərtəbəli yaşayış binasının yanında saxladığını, Avtomobildən düşdüyünü və avtomobildən düşərkən Şərur şəhər sakini Əli adlı şəxsin ona yaxınlaşdığını, avtomobilini saxladığı yerdən çıxaracağını bildirdiyini və ondan nə vaxt avtomobilini çıxaracağını soruşduğunu, onun ona təxminən 10 dəqiqəyə avtomobilini saxladığı yerdən çıxaracağını bildirdiyini, onun bazara getdiyini və təxminən 10 dəqiqə sonra avtomobili saxladığı yerə gəldiyini, bu zaman avtomobilin irəli verilərək qarşısındakı dəmir materialdan hazırlanmış zibil qabına dəydiyini gördüyünü, avtomobilin ön hissəsi zibil qabına dəydiyini və avtomobilin buferi ilə qoruyucu plastik hisəsi zədələndiyini, təxminən 10 dəqiqə gözlədiyini, Əli adlı şəxsin gəldiyini, onun ona tələsdiyini, buna görə avtomobilinin qapısının açıb, sürətlər qutusunu boşa aldığını, buna görə avtomobilin irəli getdiyini bildirdiyini, onun ondan avtomobilə dəyən zərərin əvəzini ödəməsini tələb etdiyini, lakin onun tələbini rədd etdiyini, bundan sonra onun bu barədə Şərur Rayon Polis İdarəsinə müraciət etdiyini, hal-hazırda Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 vermiş olduğu izahatında Şərur şəhərində yaşadığını, onun təxminən 10 ildir ki, Şərur şəhərində yerləşən bazarın yanında kəllə ütən kimi fəaliyyət göstərdiyini, 22 oktyabr 2024-cü il tarixdə təxminən 11 radələrində əvvəlcədən tanıdığı Bəhmən Məmmədov onun çalışdığı yerə gəldiyini, bu zaman Bəhmən Məmmədov onun yanında çalışan Şəxs yaxınlaşdığını və ona nə üçün onun avtomobilini irəli itələdiyini bildirdiyini, bu zaman Şəxs ona axı nə edim mən avtomobilimi çıxarmalı idim ona görə itələdim dediyini, bu zaman Şəxs və Bəhmən Məmmədov arasında mübahisə yarandığını, Bəhmən Məmmədovun ona dəymiş ziyanı ödəməsini bildirdiyini, onun isə ödəməyəcəyini dediyini, daha sonra onlar arasında mübahisə yekunlaşdığını və Bəhmən Məmmədovun çıxıb oradan getdiyini, bundan sonra onun Şəxs nələr baş verdiyini soruşanda ona “mən avtomobilimi çıxarmaq istədim lakin arxamda maşın dayanmışdı. Buna görə mən arxada dayanan avtomobilin qapısının açıq olduğunu görüb onu irəli itələdim" sözlərini dediyini, daha sonra onlar öz işləri ilə məşğul olmağa başladıqlarını bildirmişdir. Məhkəmə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ərizəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə iş üzrə zərərçəkmiş şəxs qismində tanındığını, hal-hazırda Şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, eyni zamanda toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə zərərçəkmiş şəxsin ərizəsini iş materialında olan sübutlarla qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 dekabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı “X11 5 minik” markalı avtomobilin buferini qəsdən sındırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş AD № 340512 nömrəli X2 Şəhadətnaməsindən görünür ki, **- BE-*** dövlət qeydiyyat nişanlı “X11 5 minik” markalı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 1447 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində 2014-cü il buraxılışlı, "X11 5 minik" markalı, pikap tipli, LGWDBE177EB623297 ban nömrəli **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 240 (iki yüz qırx) manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli nöqsan aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “X11 5 minik” marka və modelli **-BE-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı avtomobilə dəymiş maddi ziyan müəyyənləşdirilmiş, avtomobilin hadisə zamanı zədələnmiş ön bufer hissəsinin təmiri mümkündür, həmin boya və usta xərcləri ümumilikdə 250 manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; - 114.1 və 114.1.4 -cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertizası xərclərinə dair bildirişdən görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 40 (qırx) manat təşkil edir. Ona görə də, iş üzrə məhkəmə xərci - aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 40 (qırx) manat məbləğində pul Şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 55.1.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir; - 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir; - 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və vurulmuş ziyanı tamamilə ödədiyindən onun barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair işin icraatına xitam verilməlidir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 39, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində pul Şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-1/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-1/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver