Məhkəmə qərarları › İş №3(110)-101/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-101/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-101/2022 26.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Şərur rayon Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Şəhriyar kəndində qeydiyyatda duran və yaşayan FİN nömrəsi 37WR8PG olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:10 radələrində həmkəndlisi X7 ilə birlikdə Şərur şəhəri Şəhriyar küçəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində həmkəndlisi X7 ilə birlikdə Şərur şəhərində yerləşən “Karvan” şadlıq sarayına gəldiklərini, orada yemək yeyib 500 qram araq içdiklərini, saat təxminən 23:50 radələrində oradan qalxdıqlarını, özünün narahat olduğuna görə Məhəmmədə “biraz piyada gedək” dediyini, onların Şərur şəhər Şəhriyar küçəsindən keçən zaman Məmmədin qardaşı ilə telefonla danışaraq gəlib onları yoldan götürməsini deyərkən qardaşına qarşı nalayiq ifadə işlətdiyini, bu vaxt yanından keçdikləri evin pəncərəsindən bir qadının boylanaraq “yavaş danışın, bura evdir” dediyini, həmin şəxslə Məhəmməd arasında mübahisə başladığını, onların bir-birlərinə qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra həmin qadının çölə çıxdığını, mübahisənin davam etdiyini, özünün həmin qadına qarşı bir kəlmədə söyüş işlətmədiyi, Məmmədi sakitləşdirməyə çalışdığını, həmin qadının içəri keçdiyini, Məmmədin qardaşının maşınla gəlib onları ordan götürdüyünü, Şərur rayon Şəhriyar kəndinə getdiklərini, səhəri gün onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, onların barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, bu işə qarışdığı üçün çox peşman olduğunu, himayəsində əlil, yardıma ehtiyacı olan anasının olduğunu bildirərək, məhkəmədən barəsində yüngül qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2022-ci il tarixdə təxminən saat 00:10 radələrində Şərur şəhərində yerləşən evinin mətbəxində yemək hazırladığını, bu vaxt yolda səs-küy gəldiyini eşitdiyini, qapıya çıxdığını, həmin vaxt qapının önündə iki nəfər şəxsin içkili vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək səs-küy saldığını gördüyünü, bunlara qapının önündə səs-küy salmamaları barədə xəbərdarlıq etdiyini, aralarında mübahisə yarandığını, ona qarşı nalayiq ifadələr işlətdikləri üçün onlara cavab verməyə məcbur olduğunun, əsas ona qarşı nalayiq ifadələr işlədənin əvvəl tanımadığı, polis idarəsində izahat verərkən tanıdığı X4 olduğunu, əl-qol ataraq ona evinə girməyi dediyini, onların sərxoş vəziyyətdə olduğunu görüb evə girdiyini, qapının təpiklə vurulduğunu, daha sonra bir müddət səs-küy saldıqdan sonra qapılarından uzaqlaşdıqlarını, Şərur rayon Polis İdarəsinə zəng edərək bu barədə məlumat verdiyini, səhəri açılanda da gedib ərziə ilə müraciət etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında 2021-ci il tarixdən Şərur Rayon Olimpiya İdman Kompleksində mühafizəçi işlədiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:10 radələrində səs-küy eşidib çölə çıxdığını, 2 nəfər kişinin və iki nəfər qadının biri-birinə qarşı ucadan nalayiq ifadələr işlətdiyini gördüyünü, səbəbini bilmədiyini, kişilərə “çıxın gedib, ayıbdır” dediyini, onlarında ona heçnə demədən bir nəqliyyat vasitəsinə oturaraq çıxıb getdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında Şərur rayon Polis idarəsinə gecə 00:20 radələrində edilmiş zənglə bağlı araşdırma apardıqlarını, həmin şəxslərin kimliklərini müəyyən mümkün olmadığını, səhər həmin şəxslər müəyyən edilərkən ayıldıqları üçün artıq onları sərxoşluqla bağlı müayinə edilmələrinə zərurət qalmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 010283 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 00:10 radələrində Şərur şəhəri Şəhriyar küçəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, himayəsində xəstə yardıma ehtiyacı olan anasının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar