Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-102/2023 03.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1985-ci ildə Şərur rayonu, Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, taksi sürücüsü işləyən, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Düdəngə kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Şərur şəhərində yerləşən “Araz” karqoda arvadı ilə mübahisə edərək səs-küy salaraq ictimai asayişi pozmuş, bu zaman polis əməkdaşları yaxınlaşıb onu intizama dəvət etmiş, lakin o polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlədərək şəxsi avtomobilinə əyləşib yüksək surətlə hərəkət edərək oradan uzaqlaşmış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şərur şəhərində yerləşən “Araz” karqoda həyat yoldaşı ilə söhbət etdiklərini, aralarında bəzi anlaşılmazlıqların olduğunu, yoldaşının ona səsini yüksəltdiyini, ona səsini tonunu aşağı salmağı bildirdiyini, onun isə səsini daha da yüksəltdiyini, bu zaman səs-küyə polis əməkdaşlarının gəldiyini, ondan səsini azaltmağı tələb etdiklərini, daha sonra telefonla danışa-danışa özünə məxsus avtomobilinə mindiyini, ardınca polis əməkdaşının da onun avtomobilinə mindiyini, ona öz kəndinə getdiyini bildirdiyini və sürüb getdiyini, daha sonra polis əməkdaşlarının onu Şərur Rayon Polis İdarəsinə apardıqlarını, əməlindən peşman olduğunu bildirib məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Abbasov Azər ilə xidmətdə olduğunu, Şərur şəhərində yerləşən “Araz” karqonun yanından keçərkən oradan səs-küy gəldiyini eşitdiklərini, oraya yaxınlaşan zaman həmin şəxsin yoldaşı ilə mübahisə etdiyini gördüklərini, onu intizama dəvət etsələr də onun tabe olmadığını, onu polis idarəsinə dəvət edən zaman onun məhəl qoymadığını, səs-küy salaraq nalayiq ifadələr işlədib avtomobilinə əyləşdiyini, bu zaman onun da avtomobilə əyləşdiyini, polis şöbəsinə dəvət etdiyini, lakin onun tələbə tabe olmadığını, yolda dəfələrlə yol hərəkəti qaydalarını pzoduğunu, onu Düdəngə kəndinə apardığını, ərzağı qoyduqdan sonra da yenə də polis idarəsinə getməkdən imtina etdiyini, sonradan əlavə polis əməkdaşları gələrək onu polis idarəsinə apardığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 2006-cı ildə Şəxs ilə ailə qurduğunu, birgə nikahdan 2007-ci ildə qızının və 2009-cu ildə oğlunun doğulduğunu, əvvəl yaxşı yola getsələr də son zamanlar Pərvizin spirtli içki içməsi və ailəyə soyuq münasibətinə görə aralarında tez-tez münaqişə yarandığını, dəfələrlə onunla mübahisə edib Cəlilkənd kəndində yerləşən ata evinə getdiyini, Pərviz bir daha bu hərəkətləri etməyəcəyinə söz verdiyi üçün yenidən qayıtdığını, sonuncu dəfə 10 gün bundan qabaq yenə spirtli içki içib onu təhdid etdiyi üçün ata evinə getdiyini, ondan boşanmağa qərar verdiyini, onun “Araz” karqoya gələrək ona fiziki güc tətbiq edib təhdid etdiyini, işlədiyi yerdə səs-küy salaraq onu və ətrafdakıları narahat etdiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində yenidən “Araz” karqoya gələrək evə getməyini ondan istədiyini, lakin onun iş vaxtı tamam olmadığından razı olmadığını, Pərvizin səs-küy saldığını, ərazidə olan polislərin səs-küyə gələrək onu sakitləşdirməyə çalışdıqlarını, hazırda şikayəti olmadığını bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0348 nömrəli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:40-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:30-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 354 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə şəxsin əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-102/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-102/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver