Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-103/2022 30.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsi tərəfindən daxil olmuş, xx.xx.1998-ci il tarixdə Şərur rayonu Şəhid Məmməd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu Danyeri kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində kənd mərkəzində mağazanın önündə uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2022-ci il tarixdə kənd mərasim evində sünnət toyu olduğunu, orada bir az kömək etdikdən sonra yemək götürərək dostları ilə kənddə kanalın başına getdiklərini, orada yeməklə bərabər spirtli içki də qəbul etdiklərini, ordan toy mərasiminə gedərək bir az da toyda iştirak etdikdən sonra evə getdiyini, saat 20:00 radələrində siqaret almaq üçün kənd mərkəzində yerləşən Rahib müəllimin mağazasına getdiyini, uşaqlarına cpis özünə isə pivə aldığını, mağazanın önündə duraraq Zülfüqarla söhbət etdiyini, bu zaman Rahib müəllimin onu çağırdığını, ondan mağazaya olan borcu istədiyini, onun da borcunu verəcəyini dedikdən sonra mağazadan çıxdığını, Rahib müəllimlə mağazanın önündə də bu barədə mübahisə etdiklərini, onun içkili olduğundan ucadan danışaraq ictimai qaydanı və asayişi pozduğunu, tam olaraq nə dediklərini xatırlamadığını, bir azdan oraya polis əməkdaşının gəldiyini, içkili olduğu üçün onu evə göndərdiklərini, lakin evə çatdığı zaman siqareti olmdığı üçün təkrar mağazaya döndüyünü, mağazanın bağlı olduğunu görüb geri qayıdarkən polis əməkdaşlarının onu polis bölməsinə dəvət etdiklərini, onlarla birlikdə bundan sonra X5 gəldiklərini, tutduğu əməldən peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2022-ci il tarixdə mağazanın qarşısında mağazaya borcu olan X1 borcu istədiyini, həmin şəxsin də borcunu tezliklə verəcəyini, Məhəmməd ondan mağazaya nə qədər borcu olduğunu soruşduğunu, borcunun məbləğini öyrədikdən sonra ona borcun az olduğunu niyə vermədiyini soruşduğunu, Məhəmmədə bu məsələ Hüseynlə onun arasında olduğunu, onun qarışmamağını dediyini, Məhəmməd sərxoş olduğundan onunla mübahisə etməyə başladığını, özünün də mağazaya olan borcunu verməyəcəyini dediyini, ucadan danışaraq səs-küy saldığını, bir azdan kənddə xidmət aparan polis nəfərinin oraya gəldiyini, Məhəmmədi sakitləşdirərək evə yolladığını, lakin Məhəmməd bir müddət keçdikdən sonra yenə gəldiyini, onunla mübahisə edərək yenə ucdan səs-küy saldığını, bu zaman polis nəfərinin Məhəmmədə uca səslə nalayiq ifadələr işlətməklə asayişi və ictimai qaydanı pozduğunu bildirərək onu polis bölməsinə dəvət etdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında xx.xx.2022-ci il tarixdə Danyeri kəndində xidmətdə olarkən saat 21:30 radələrində bir nəfərin kənd mərkəzində mağaza qarşısında uca səslə nalayiq ifadələr işlətdiyini gördüyünü, həmin şəxsə yaxınlaşdığı zaman onun Danyeri kənd sakini Şəxs olduğunu gördüyünü, əvvəlcə onu sakitləşdirərək evə göndərdiklərini, bir müddət sonra yenidən kənd mərkəzinə gələrək eyni hərəkətlərini davam etdirdiyindən ona uca səslə ünvansız nalayiq ifadələr işlətməklə asayişi və ictimai qaydanı pozduğunu bildirərək onu Şərur Rayon Polis İdarəsinin X5 dəvət etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında Danyeri kəndində Rahib müəllimin mağazasında satıcı işlədiyini, xx.xx.2022-ci il tarixdə 21:30 radələrində Rahib müəllimlə həmkəndlisi Məhəmmədin mübahisə etdiyini gördüyünü, Məhəmmədin uca səslə danışdığını və asayişi və ictimai qaydanı pozduğuna şahid olduğunu, Məhəmmədin oraya gələn polis əməkdaşı tərəfindən X5 dəvət olunduğunu bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232 nömrəli sərxoşluq halının təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyası 1,70 promil olmaqla ağır dərəcəli sərxoşdur. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:15-da tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 11:45-də azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran, şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-103/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-103/2022
30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver