Məhkəmə qərarları › İş №3(110)-103/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-103/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-103/2023 04.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Şərur rayon Tənənəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati msəliyyətə cəlb olunmamış, Şərur rayon Tənənəm kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis bölməsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsinin İbadulla Polis bölməsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 15:20 radələrində Tənənəm kəndi ərazisində Həsən Qafarova qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat təxminən 14:10 Tənənəm kəndində bulağın yanında olan zaman Şərur rayon Su idarəsinin müdiri Vaqif müəllimin də həmin yerə gəldiyini, ona yaxınlaşaraq “həyətimə gedən su xəttini niyə çıxarmısınız?” dediyini, Vaqif müəlliimin ona kəndin icra nümayəndəsi Həsən müəllimin həmin su xəttinin açılmasına icazə vermədiyini bildirdiyini, Həsən müəllimə su xəttinin açılmasına niyə icazə vermədiyini soruşduğunu, o da cavabında rəhbərliyin buna icazə vermədiyini bildirdiyini, Həsən müəllimlə və Vaqif müəllimlə aralarında mübahisə yarandığını, ancaq orada heç bir nalayiq ifadə işlətmədiyini, mübahisə zamanı dediyi sözlərə görə Həsən müəllimdən üzr istədiyini, daha sonra polis əməkdaşlarının onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, orada barəsində inzibatı xəta haqqında protokol tərtib edildiyini, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Şərur Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən Şərur rayon Su İdarəsinin işçiləri ilə birlikdə kəndin içməli su üçün yuxarı tərəfində yeni su çəni quraşdırdıqlarını, bu zaman Tənənəm kənd sakini X3 və Şəxs onların yanına gəldiklərini, su çənini niyə dəyişdirdiklərini soruşduqlarını, köhnə su çənində onlara gedən suyun normadan artıq olduğuna görə aşağı məhəllədə 36 evə suyun az getdiyini bildirdiyini, həmin vətəndaşların şikayəti əsasında bu çəni düzəltdiklərini dediyini, onların razı olmayaraq onu, su idarəsinin sahə rəisini və orada çalışan işçiləri nalayiq ifadələrlə söyərək köhnə su çənini yenidən yerinə qoymağı tələb etdiklərini, sonra isə Həmzə və qardaşının mobil telefonları ilə onları video-kameraya çəkməyə başladıqlarını, onları şantaj etdiklərini, müdirlə onun çəkiliş zamanı heç bir şey söyləmədiklərini, onları sosial şəbəkədə paylaşmaqla hədələdiklərini, bundan sonra güya onların respublika rəhbərliyini söydüklərini bildirərək canlı yayın açacaqları ilə hədələdiklərini, Həmzənin ziyarətgaha su xəttinin verildiyi yerdən ona da su xəttinin verilməsini tələb etdiyini, lakin həmin su xətti camaatın suvarmada istifadə etməsi üçün kənd mərkəzindəki gölə getdiyindən həmin xəttən verə bilməyəcəyini dediyini, bu sözləri dedikdən sonra Həmzənin qardaşı ilə birlikdə camaatın yanında yenidən onu nalayiq söyüşlərlə söydüklərini, sonra hamının öz evinə getdikdən sonra onların da kənd mərkəzinə gəldiyini, daha sonra bu barədə Şərur rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Şərur rayonu Tənənəm kəndində vətəndaşların su xətlərinin təmiri ilə bağlı işlər görərkən həmin yerə Tənənəm kənd sakinləri Faiq və Həmzənin gəldiklərini, onlara əvvəldən gələn su xəttini bərpa ertməyi tələb etdiklərini, onların isə “biz fəhləyik, heç kimə öz başımıza su xətti verə bilmərik” dediklərini, sonra Faiqin onlara qarşı nalayiq söyüşlər söyməyə başladığını, qardaşı Həmzənin də eyni hərəkəti təkrar etdiyini, kəndin icra nümayəndəsi Həsən müəllimə qarşı da nalayiq ifadələr işlətdiyini, sonradan əraziyə gələn su idarəsinin müdiri Vaqif müəllimə qarşı da nalayiq ifadələr işlətdiyini, bütün bunların həmin ərazidə toplaşmış və içərilərində qadınlarda olmaqla 20-dən artıq kənd sakininin gözləri önündə baş verdiyini, nə qədər çalışsalar da onları sakitləşdirə bilmədiklərini, bu səbəbdən Vaqif müəllimin onlara işlərini dayandırmağı bildirdiyini, onların da işi dayandıraraq kənd mərkəzinə getdiklərini bildirdi. Məhkəmədə iclasında şahid qismində dindirilən X10 izahatında və verilən suallara cavabında X4 ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İbadulla PB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009229 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 15:20 radələrində Tənənəm kəndi ərazisində Həsən Qafarova qarşı xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 15:20 radələrində Tənənəm kəndi ərazisində Həsən Qafarova qarşı xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5 maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar