Məhkəmə qərarları › İş №3(110)-103/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-103/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-103/2024 15.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1984-cü ildə Şərur rayon, Qaraburc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, ali təhsilli, Qaraburc kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyən, Şərur rayon, Qaraburc kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə onu döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxsin və şahidlərin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 20 ildir Qaraburc kənd tam orta məktəbində müəllimə işlədiyini, məktəbin dərs hissə müdiri Zərərçəkmiş şəxs qardaşının keçmiş arvadı olduğunu, 12 mart 2024-cü il tarixdə məktəbin ümumi iclasında direktor Çingiz Rzayevin “məktəbdə şeytan var, kimsə təhsil şöbəsinin müdiri Əli müəllimə deyib ki, mən İlkanə müəllimə ilə dava etmişəm” sözlərini dediyini, bu zaman Həbibə, İlkanə və Aytən müəllimənin bir-birlərinə baxıb güldüyünü, atmaca atdıqlarını, direktorun dərsdə telefonları söndürməyi dediyini, bacısı Yaqut İbrahimovanın direktora “o gün mənim dərsimdə olanı deyisinizsə, şagirdlərdən birinin halı pisləşdiyi üçün valideyni zəng etdi, lakin zəngə cavab vermədim, burda elə bir şey yoxdur ki” sözlərini dediyini, İlkanənin “bizə nazirlikdən zəng gələ bilər” dediyini, özünün isə “bizə də gələ bilər” dediyini, bu zaman İlkanənin “şeytan elə bunlardır” dediyini, sözlü mübahisə olduqdan sonra sinif otaqlarına getdiklərini, saat 11 radələrində direktorun onu bacısı ilə birlikdə otağa çağırdığını, bacısının ona “siz keçən dəfəki söhbətdən sonra bizimlə prinsip aparırsınız” dediyini, direktorun onlara “siz şər-xatasız” dediyini, sonra polis əməkdaşlarının məktəbə gəldiyini gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında 2006-cı ildə Yəmənin qardaşı Həsənzadə Zamin ilə ailə qurub 2018-ci ildə ayrıldıqlarını, Qaraburc kənd orta məktəbində dərs hissə müdiri işlədiyini, Yaqut İbrahimovanın dərs prosesini dinləyən zaman ona 4 dəfə zəng gəldiyini, ona telefonu səssiz rejimə qoymağı bildirdiyini, xx.xx.2024-cü il tarixdə məktəbin ümumi iclasında direktordan müəllimlərə telefonları səssiz rejimə qoymalarını deməsini xahiş etdiyini, direktor bunu deyən zaman Yaqut və Yəmənin ona və Çingiz müəllimə nalayiq ifadələr işlədərək iclası tərk etdiklərini, Çingiz müəllimlə bərabər akt tərtib etmək üçün otağa getdiklərini, sonra ikinci mərtəbəyə enən zaman Yaqut sinfin qapısını bir neçə dəfə çırpdığı üçün ona qapını çırpmamağı bildirdiyini, Yaqutun onu sinə nahiyəsindən itələyərək bayıra çıxartdığını və qapını bağladığını, saat 12 radələrində məktəbin lV sinfinə daxil olub Yaqut və şagirdləri idman formasında gördüyü üçün ona idman zalında dərs keçməyi bildirdiyini, Yaqutun yenə onu itələyib dediklərinə əməl etmədiyini, yaranan səs-küyə onun bacısı Yəmənin gəlib ona qarşı nalayiq ifadələr işlətdiyini, onun saçlarına tutuaraq dartdığını, bu zaman Çingiz müəllim ilə Həbibə Cəfərovanın araya girdiyini, sonra onların yanından uzaqlaşıb direktor otağına gedib polis əməkdaşlarına zəng edib şikayət etdiyini bildirmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X12 izahatında və verilmiş suallara cavabında Qaraburc kənd orta məktəbinin direktoru işlədiyini, xx.xx.2024-cü il tarixdə məktəbin ümumi iclasında müəllimlərə dərsdə telefon işlətməməyi dediyini, Yaqut müəlliməyə bir neçə gün əvvəl dərsdə zəng gəldiyini xatırlatdığını, Yaqut müəllimənin onunla mübahisə etməyə başladığını, kobud ifadələr işlədərək onu direktor kimi tanımadığını dediyini, Yəmən müəllimənin isə İlkanə müəlliməyə qarşı kobud ifadələr işlətdiyini, Yaqut müəllimənin iclası tərk etdiyini, sonra onun dərs zamanı qəsdən qapını bir neçə dəfə çırpdığını, Yaqut müəllimə ondan icazəsiz fiziki hazırlıq dərsində tədbir keçirdiyini, İlkanə müəllimə ona yaxınlaşıb irad bildirən zaman mübhisə etdiklərini, onların səsini eşidən Yəmən müəllimənin oraya çatan kimi İlkanə müəllimənin saçını yolmağa başladığını, Həbibə müəllimə ilə onu aralaşdırmağa çalışdıqlarını, ondan izahat verməsini tələb etsə də Yəmən müəllimənin bundan imtina etdiyini, baş vermiş hadisə barədə akt tərtib edib Şərur Rayon Təhsil Şöbəsinə məlumat verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 izahatında və verilmiş suallara cavabında Qaraburc kənd orta məktəbində ibtidai sinif müəllimi işlədiyini, məktəbin direktor müavini Zərərçəkmiş şəxs onun qardaşı ilə əvvəl evli olub boşandıqlarını, 2 uşaqları olduğunu, İlkanənin uzun müddətdir onunla və bacısı Yəmənlə ədavət apardığını, xx.xx.2024-cü il tarixdə məktəbin direktoru Çingiz müəllimin iclas keçirdiyini, bir sıra məsələlər deyildikdən sonra onun bir neçə gün əvvəl dərs vaxt telefonuna zəng gəldiyini bildirdiyini, bu zaman ayağa qalxıb şagirdi xəstə olduğu üçün valideyninin ona zəng etdiyini dediyini, cavabında onun özünün də telefon işlətdiyini dediyini, Çingiz müəllim vəzifəli olduğu üçün ona hər an zəng gələ biləcəyini dediyini, cavabında ona da vacib zəng gələ biləcəyini dediyini, aralarında mübahisə yarandığını, Zərərçəkmiş şəxs da mübahisəyə qoşularaq ona “şeytan elə budur, buna nazirlikdən vacib zənglər gəlir” sözlərini dediyini, iclas bitdikdən sonra dərs başladığını və sinfə daxil olduğunu, ardınca dərhal Zərərçəkmiş şəxs və təşkilatçı Aytən Orucovanın daxil olduqlarını, Zərərçəkmiş şəxs əlində mobil telefon olduğunu və video çəkdiyini, nə üçün fiziki hazırlıq dərsində idman forması geyinmədiklərini soruşduğunu, bir neçə dəfə ona sinifdən çıxmağı və dərsi pozmamağı bildirdiyini, lakin onun çıxmadığını, hətta direktor gəldikdən sonra da Zərərçəkmiş şəxs sinifdən çıxmasını tələb etdiyini, Zərərçəkmiş şəxs onun bilək nahiyəsindən tutduğunu, bu zaman ona uca səslə sinifdən çıxmağı dediyini, X14 sinifdən çıxardığını, Həbibə müəllimənin də gələrək onu uzaqlaşdırdığını, koridorda Həbibə, İlkanə və Aytən müəllimənin ona qarşı “xəstə, nervoz, əsəbi, savadsız” kimi ifadələr işlədib güldüklərini, bu barədə Çingiz müəllimə bildirəndə onun “o deyə bilər, çünki vəzifəlidir” sözlərini dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X9 izahatında və verilmiş suallara cavabında Qaraburc kənd orta məktəbində müəllim işlədiyini, xx.xx.2024-cü il tarixdə direktorun iclas keçirdiyini, tədris prosesində baş verən nöqsanların müzakirə olunduğunu, direktorun dərs vaxtı telefon işlətməməyi müəllimlərə bildirdiyini, Yaqut müəllimin telefonuna bir neçə gün əvvəl zəng gəldiyini xatırlatdığını, cavabında Yaqut müəllimin zəng cavablamadığını, onun özünün də telefon işlətdiyini dediyini, Çingiz müəllim vəzifəli olduğu üçün ona hər an zəng gələ biləcəyini dediyini, cavabında ona da vacib zəng gələ biləcəyini dediyini, bu zaman Yaqut müəllimin bacısı Yəmən müəllimin İlkanə müəllimə qarşı nalayiq ifadələr işlətdiyini, növbəti dərs zamanı sinifdə olan zaman mübahisə səsləri eşitdiyini, həmin yerə yaxınlaşanda mübahisənin Yaqut və Yəmən müəllim ilə İlkanə müəllim arasında olduğunu gördüyünü, hər 2 bacının uca səslə başa düşülməyən ifadələr işlətdiklərini, İlkanə müəllimin qolundan tutub direktorun otağına apardığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X15 izahatında və verilmiş suallara cavabında Qaraburc kənd orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işlədiyini, xx.xx.2024-cü il tarixdə direktorun iclas keçirdiyini, direktorun dərs vaxtı telefon işlətməməyi müəllimlərə bildirdiyini, Yaqut müəllimin telefonuna bir neçə gün əvvəl zəng gəldiyini xatırlatdığını, bu zaman Yaqut və Çingiz müəllim arasında mübahisə yarandığını, Yəmən və İlkanə müəllimin də mübahisəyə qoşulduğunu, Yqut müəllimin iclası protesto etdiyini bildirdiyini və bacısı ilə iclası tərk etdiyini, iclasın yekunlaşdığını, həmin gün 5-ci dərs zamanı İlkanə və Yaqut müəllimin mübahisə etdiyini gördüyünü və həmin yerə getdiyini, İlkanı müəlliin ondan idman forması geyinməyi tələb etdiyini, Yaqut müəllimin isə bunu rədd etdiyini, sonradan Yaqut müəllimin bacısı Yəmən müəllimin gələrək İlkanə müəllimin saçından tutub onu yolduğunu və fiziki güc tətbiq etdiyini, bu zaman onları araladıqlarını bildirmişdir. Məhkəmədə məktəbin nümayəndəsi X2 iştirakı ilə dinlənilən X1 orta məktəbin 4-cü sinfində oxuduğunu, Yəmən müəllimin onun sinif rəhbəri olduğunu, xx.xx.2024-cü il tarixdə fiziki hazırlıq dərsinin olduğunun, bu fənni onlara Yaqut müəllimin tədris etdiyini, həmişə fiziki hazırlıq dərsində idman zalına getdiklərini, lakin həmin gün Yaqut müəllimin onlara sinif otağında qalacaqlarını bildirdiyini, təxminən 5 dəqiqə sonra İlkanə müəllimin sinifə daxil olduğunu, nə üçün idman zalına getmədiyimizi soruşduğunu, Yaqut müəllimin cavabında sinifdə oturub ev tapşırıqlarını edəcəyimiz dediyini, ikisi arasında mübahisə yarandığını, İlknaə müəllimin onun biləyindən tutduğunu, koridora çıxdıqlarını, Çingiz müəllimi də koridorda gördüyünü, İlkanə müəllimin də qışqırdığını gördüyünü, əlindəki tlefonla sinifin videosunu çəkib sinifdən çıxdığını bildirmişdir. Məhkəmədə məktəbin nümayəndəsi X2 iştirakı ilə dinlənilən X4 Vüsal Bəhruz oğlu ilə oxşar məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 441 saylı ekspert rəyindən görünür ki, X8 bədən səthi üzərində aşkar edilmiş xəsarət – sol təpə nahiyəsində küt mesanizmdən, bərk, küt əşyanın təsirindən törənmişdir və xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, səmimi peşmançılığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar