Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-104/2024 15.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X7 iştirakı ilə, xx.xx.1985-ci ildə Şərur rayon Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Şərur rayon Qaraburc kənd orta məktəbində müəllim işləyən, subay, 2 uşaq anası, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qaraburc kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqənda protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə X9 döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında 2006-cı ildə Yəmənin qardaşı Həsənzadə Zamin ilə ailə qurub 2018-ci ildə ayrıldıqlarını, Qaraburc kənd orta məktəbində dərs hissə müdiri işlədiyini, Yaqut İbrahimovanın dərs prosesini dinləyən zaman ona 4 dəfə zəng gəldiyini, ona telefonu səssiz rejimə qoymağı bildirdiyini, xx.xx.2024cü il tarixdə məktəbin ümumi iclasında direktordan müəllimlərə telefonları səssiz rejimə qoymalarını deməsini xahiş etdiyini, direktor bunu deyən zaman Yaqut və Yəmənin ona və Çingiz müəllimə nalayiq ifadələr işlədərək iclası tərk etdiklərini, Çingiz müəllimlə bərabər akt tərtib etmək üçün otağa getdiklərini, sonra ikinci mərtəbəyə enən zaman Yaqut sinfin qapısını bir neçə dəfə çırpdığı üçün ona qapını çırpmamağı bildirdiyini, Yaqutun onu sinə nahiyəsindən itələyərək bayıra çıxartdığını və qapını bağladığını, saat 12 radələrində məktəbin lV sinfinə daxil olub Yaqut və şagirdləri idman formasında gördüyü üçün ona idman zalında dərs keçməyi bildirdiyini, Yaqutun yenə onu itələyib dediklərinə əməl etmədiyini, yaranan səs-küyə onun bacısı Yəmənin gəlib ona qarşı nalayiq ifadələr işlətdiyini, onun saçlarına tutuaraq dartdığını, bu zaman Çingiz müəllim ilə Həbibə Cəfərovanın araya girdiyini, sonra onların yanından uzaqlaşıb direktor otağına gedib polis əməkdaşlarına zəng edib şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 izahatında Şərur rayon Qaraburc kəndində yaşadığını, uzun müddətdir ki, Şərur rayon Qaraburc kənd tam orta məktəbində ibdidai sinif müəllimi işlədiyini, hal-hazırda da həmin məktəbdə işlədiyini, həmin məktəbin direktor müavini Şəxs onun qardaşı Zamin Həsənzadə ilə ailəli olduğunu, sonradan boşandıqlarını, onların hal-hazırda iki övladları olduğunu və həmin övladların Şəxs ilə birlikdə yaşadıqlarını, Şəxs uzun müddətdir ki, onunla və həmin məktəbdə ibdidai sinif müəllimi işləyən bacısı Yəmən Əliyeva ilə ədavət apardığını, 12 mart 2024-cü il tarixdə məktəbin direktoru Çingiz Rzayevin iclas keçirdiyini, iclasda bir sıra məsələlər deyildikdən sonra Çingiz Rzayevin bir neçə gün əvvəl onun dərsində iştirak edən zaman onun mobil telefonuna bir dəfə zəng gəldiyini bildirdiyini və bu barədə müəllim heyətini mobil telefondan istifadə etməməsini xəbərdar etdiyini, bu vaxt onun ayağa qalxdığını və həmin gün onların dərsdə iştirak edən zaman şagirdlərdən biri xəstə olduğu üçün onun valideynlərinin ona bir dəfə zəng etdiyini bildirdiyini, onun ona dərs vaxtı mobil telefondan istifadə etmənin qadağan olunduğunu bildirdiyini, onun isə ona onun özünün də dərs vaxtı mobil telefondan istifadə etdiyini bildirdiyini, Çingiz Rzayevin isə ona vəzifəli olduğunu və ona hər an təcili zənglər gələ biləcəyini bildirdiyini, onun ona da vacib zəng gələ biləcəyini bildirdiyini, bu zaman aralarında mübahisə olduğunu və Şəxs da mübahisəyə qoşulduğunu, Şəxs bu zaman ona qarşı “şeytan ele budu, buna nazirlikdən vacib zənglər gəlir” sözlərini dediyini, sonra iclasın bitdiyini, onunda digər müəllimlər kimi iclasdan çıxdığını və dərsə getdiyini, 5-ci saat onun 4-cü sinifə fiziki hazırlıq dərsi olduğunu, dərs başlayandan sonra onun sinifə daxil olduğunu, onun sinifə daxil olduqdan dərhal sonra Şəxs və təşkilatçı işləyən Aytən Orucovanın sinifə daxil olduqlarını, həmin vaxt Şəxs əlində mobil telefon olduğunu və onun, həmin mobil telefonla onu və sinifi videogörüntüyə aldığını, onun ondan nə dərsi olduğu soruşduğunu, onun isə ona fiziki hazırlıq dərsi olduğunu dediyini, onun isə ona niyə idman forması geyinmədiyimi, niyə şagirdlərin idman forması geyinmədiyini soruşduğunu, onun bir neçə dəfə ona sinifdən çıxmasını, dərsi pozmamasını tələb etsədə onun sinifdən çıxmadığını, hətta direktor Çingiz Rzayevin sinifə daxil olduqdan sonra onun ondan Şəxs sinifdən çıxarmasını tələb etdiyini, bu zaman Şəxs onun bilək nahiyəsindən tutduğunu, onunda uca səslə ondan sinifdən çıxmasını tələb etdiyini, Aytən Orucovanın bundan sonra Şəxs sinifdən çıxardığını, bundan sonra məktəbdə müəllim işləyən Həbibə müəllimin gəldiyini və Şəxs sinifin yanından uzaqlaşdırdığını, Koridorda olan zaman Həbibənin, Şəxs və Aytən Orucovanın ona qarşı “xəstə”, “nervoz”, “əsəbi”, “savadsız” kimi ifadələr işlədib güldüklərini, onun isə bu zaman direktor Çingiz Rzayevə onların onun barəsində bu cür ifadələr işlətdiyini dediyini, onun isə ona “deyir deyir də, deməklə sənə nə olur ki, o deyə bilər, çünki o vəzifəlidir” sözlərini işlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 izahatında və verilən suallara cavabında 1 dekabr 2023-cü il tarixindən etibarən Qaraburc kənd orta məktəbinin direktoru vəzifəsində işlədiyini, eyni zamanda 15 sentyabr 2023-cü il tarixdən həmin məktəbdə işlədiyini, 12 mart 2024-cü il tarixdə onun müəllim heyəti ilə iclas keçirdiyini, iclasda olan zaman onun müəllim heyətinə dərs vaxtı mobil telefondan istifadə etməməsini tapşırdığını və bir neçə gün əvvəl məktəbin ibdidai sinif müəllimi Yaqut İbrahimovanın dərsdə olan zaman onun mobil telefonuna bir neçə dəfə zəng gəldiyini xatırlatdığını, çünki həmin vaxt onun müavin Şəxs ilə dərs prosesində iştirak edən zaman onun mobil telefonuna bir neçə dəfə zəng gəldiyini, onun bu sözlərindən sonra Yaqut İbrahimovanın onunla mübahisə etməyə başladığını, onun ona qarşı kobud ifadələr işlətdiyini, onu məktəbin direktoru kimi tanımadığı bildirdiyini, bu zaman Yaqut İbrahimovanın bacısı, həmin məktəbdə ibdidai sinif müəllimi işləyən Yəmən Əliyevanın direktorun müavini Şəxs qarşı kobud ifadələr işlətdiyini, İlkanə X4rdaşı ilə əvvəllər ailəli olduğunu, sonradan onların boşandlarını, boşandıqdan sonra Şəxs ilə Yaqut İbrahimova və Yəmən Əliyeva arasında ədavət başladığını və onların bir biri ilə ədavət apardıqlarını, bu zaman Yaqut İbrahimovanın “mən iclası protesto edirəm” sözlərini işlətdiyini, uca səslə nalayiq ifadələr işlədərək iclasdan çıxdığını, bundan sonra onun iclası sonlandırdığını və müəllimləri dərsə getmələrini tapşırdığını, dərs vaxtı onun Yaqut İbrahimovanın dərs prosesini qəsdən pozduğunu, dərs dediyi sinifin qapısının bir neçə dəfə açıb möhkəmdən çırpmasının şahidi olduğunu, günün davamında Yəmən Əliyevanın ona yaxınlaşdığını və bacısı Yaqut İbrahimovanın fiziki hazırlıq dərsində tədbir keçirmək istədiyini bildirdiyini, onun ona Yaqut İbrahimovanın dərs vaxtı tədbir keçirməsinə icazə verilmədiyini bildirdyini, lakin Yaqut İbrahimovanın onun sözünə məhəl qoymayaraq öz sinifinə fiziki hazırlıq dərsi vaxtı tədbir keçirdiyini, onun tədbir keçirməsi ilə bağlı Şəxs ona irad bildirən zaman onunla Yaqut İbrahimova arasında mübahisə olduğunu, həmin vaxt onun səsi eşidib oraya yaxınlaşdığını və mübahisə edənləri aralaşdırmaq istədiyini, onların səsini eşidən Yəmən Əliyevanın mübahisə edənlərin yanına gəldiyini və çatan zaman Şəxs saçından tutaraq onu yolmağa başladığını, onun məktəbin müəllimi Həbibə Cəfərova ilə birlikdə onlar arasında mübahisəni aralaşdırdıqlarını, X17 Rəhimovanı oradan uzaqlaşdırdığını, onun isə Yaqut və Yəməndən baş vermiş hadisə ilə bağlı izahat vermələrini tələb etdiyini, lakin onların hər ikisinin izahat verməkdən imtina etdiyini, izahat verməyəcəklərini bildirdiklərini, bundan sonra onun baş vermiş hadisə barədə Şərur Rayon Təhsil Şöbəsinə məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahatında və verilən suallara cavabında Şərur rayon Qaraburc kənd orta məktəbində müəllim işlədiyini, 12 mart 2024-cü il tarixdə işlədiyi məktəbdə direktor Çingiz Rzayevin iştirakı ilə iclas keçirildiyini, iclasda məktəbin müəllim heyətinin əksər hissəsinin iştirak etdiyini, iclasın keçirilməsinin səbəbi tədris prosesində baş verən nöqsanların müzakirəsi olduğunu, iclasda Çingiz müəllimin dərs prosesində müəllimlərin mobil telefondan istifadə etməsinin qadağan olunduğunu bildirdiyini və müəllim heyətinə dərs vaxtı mobil telefondan istifadə etməmələrini tapşırdığını, sonra Çingiz müəllimin Yaqut müəllimin mobil telefonuna dərs vaxtı bir neçə dəfə zəng gəldiyini xatırlatdığını, Yaqut müəllimin isə dərs vaxtı gələn zəngi cavablamadığını bildirdiyini, lakin Çingiz müəllimin dərs vaxtı zəng gəlməsinin dərs prosesinə maneəçilik törətdiyini bildirdiyini, buna görə də Yaqut müəllim ilə Çingiz müəllim arasında mübahisə olduğunu, bu zaman Yaqut müəllimin Çingiz müəllimin özünün də dərs prosesi zamanı mobil telefondan istifadə etdiyini bildirdiyini, Çingiz müəllimin isə məktəbin direktoru olduğunu, ona təhsil şöbəsindən və ya təhsil nazirliyindən zəng gəldiyini, həmin zəngləri cavablamalı olduğunu bildirdiyini, Yaqut müəllimin isə müəllim olduğunu, zənglərə cavab verə biləcəyini bildirdiyini, bu zaman Yaqut müəllimin bacısı Yəmən müəllimin İlkanə müəlliməyə qarşı nalayiq ifadələr işlətdiyini, eyni zamanda mənası bilinməyən kobud aforizmlər işlətməyə başladığını, sonra Yaqut müəllimin iclası protesto etdiyini, dərslərə girməyəcəyini bildirdiyini, onun bacısı Yəmən müəllimin də uca səslə başa düşülməyən ifadələr işlədərək bacısı ilə birlikdə iclasdan çıxdığını, növbəti dərs zamanı onun sinifdə olan zaman mübahisə səsləri eşitdiyini, səslərin davam etməsini müşahidə etdikcə mübahisə olan yerə getdiyini, bu zaman Yaqut müəllim və Yəmən müəllim ilə məktəbin dərs hissə müdiri İlkanə müəllimə arasında mübahisə olduğunu gördüyünü, bu zaman Yaqut müəllim və Yəmən müəllim uca səslə başa düşülməyən ifadələr işlətdiklərini, onun onların yanına çatanda onlara “imkan verməyəcəksiniz mi dərs keçək” ifadələrini işlətdiyini, sonra aralarında olan mübahisə davam etməsin deyə İlkanə müəllimin qolundan tutub onu direktorun otağına apardığını, bundan sonra onun İlkanə müəlliməyə biraz tövsiyyə verdiyini, sonra oradan çıxıb dərs keçdiyi sinif otağına getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X19 izahatında və verilən suallara cavabında Şərur rayon Qaraburc kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyini, 12 mart 2024-cü il tarixdə işlədiyi məktəbdə direktor Çingiz Rzayevin iştirakı ilə iclas keçirildiyini, iclasda Çingiz Rzayevin dərs zamanı mobil telefonları səssiz rejimə keçirməyi müəllim heyətindən tələb etdiyini və bir neçə gün əvvəl açıq dərsdə Yaqut müəllimin mobil telefonuna dərs vaxtı bir neçə dəfə zəng gəldiyini xatırlatdığını, Yaqut müəllim ilə Çingiz müəllim arasında mübahisə olduğunu, Yəmən Əliyeva ilə Şəxs da mübahisəyə başladıqlarını, mübahisə vaxtı Yaqut müəllimin “mən bu iclası protesto edirəm” sözlərini dediyini və bu zaman Yəmən Əliyeva ilə birlikdə iclasın olduğu otağı tərk etdiklərini, bununla da iclasın yekunlaşdığını, həmin gün 5-ci dərs zamanı İlkanə və Yaqut müəllimin mübahisə etdiyini gördüyünü və həmin yerə getdiyini, İlkanı müəlliin ondan idman forması geyinməyi tələb etdiyini, Yaqut müəllimin isə bunu rədd etdiyini, sonradan Yaqut müəllimin bacısı Yəmən müəllimin gələrək İlkanə müəllimin saçından tutub onu yolduğunu və fiziki güc tətbiq etdiyini, bu zaman onları araladıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 izahatında və verilən suallara cavabında 20 ildir Qaraburc kənd tam orta məktəbində müəllimə işlədiyini, məktəbin dərs hissə müdiri Şəxs qardaşının keçmiş arvadı olduğunu, 12 mart 2024-cü il tarixdə məktəbin ümumi iclasında direktor Çingiz Rzayevin “məktəbdə şeytan var, kimsə təhsil şöbəsinin müdiri Əli müəllimə deyib ki, mən İlkanə müəllimə ilə dava etmişəm” sözlərini dediyini, bu zaman Həbibə, İlkanə və Aytən müəllimənin bir-birlərinə baxıb güldüyünü, atmaca atdıqlarını, direktorun dərsdə telefonları söndürməyi dediyini, bacısı Yaqut İbrahimovanın direktora “o gün mənim dərsimdə olanı deyisinizsə, şagirdlərdən birinin halı pisləşdiyi üçün valideyni zəng etdi, lakin zəngə cavab vermədim, burda elə bir şey yoxdur ki” sözlərini dediyini, İlkanənin “bizə nazirlikdən zəng gələ bilər” dediyini, özünün isə “bizə də gələ bilər” dediyini, bu zaman İlkanənin “şeytan elə bunlardır” dediyini, sözlü mübahisə olduqdan sonra sinif otaqlarına getdiklərini, saat 11 radələrində direktorun onu bacısı ilə birlikdə otağa çağırdığını, bacısının ona “siz keçən dəfəki söhbətdən sonra bizimlə prinsip aparırsınız” dediyini, direktorun onlara “siz şər-xatasız” dediyini, sonra polis əməkdaşlarının məktəbə gəldiyini gəldiyini bildirmişdir. Məhkəmədə məktəbin pedaqooqu X2 iştirakı ilə dinlənilən X1 orta məktəbin 4-cü sinfində oxuduğunu, Yəmən müəllimin onun sinif rəhbəri olduğunu, xx.xx.2024-cü il tarixdə fiziki hazırlıq dərsinin olduğunun, bu fənni onlara Yaqut müəllimin tədris etdiyini, həmişə fiziki hazırlıq dərsində idman zalına getdiklərini, lakin həmin gün Yaqut müəllimin onlara sinif otağında qalacaqlarını bildirdiyini, təxminən 5 dəqiqə sonra İlkanə müəllimin sinifə daxil olduğunu, nə üçün idman zalına getmədiyimizi soruşduğunu, Yaqut müəllimin cavabında sinifdə oturub ev tapşırıqlarını edəcəyimiz dediyini, ikisi arasında mübahisə yarandığını, İlknaə müəllimin onun biləyindən tutduğunu, koridora çıxdıqlarını, Çingiz müəllimi də koridorda gördüyünü, İlkanə müəllimin də qışqırdığını gördüyünü, əlindəki tlefonla sinifin videosunu çəkib sinifdən çıxdığını bildirmişdir. Məhkəmədə məktəbin pedaqoqu X2 iştirakı ilə dinlənilən X5 Vüsal Bəhruz oğlu ilə oxşar məzmunlu izahat vermişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli 441 saylı ekspert rəyindən görünür ki, Şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət – sol təpə nahiyəsində küt mexanizmdən, bərk, küt əşyanın təsirindən törənmişdir və xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yəmən Əliyevanın və Şəxs barələrində cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X22 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə X9 döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmişin toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə X9 döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-104/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-104/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver