Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-105/2024 15.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Şərur rayonu, Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, işsiz, Şərur rayonu Şəhriyar kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə ümumilikdə 976.40 manat borcunu ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4583/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ondan üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2790/2020 nömrəli, xx.xx.2020-ci il tarilxi icra sənədi üzrə cavabdehlər X1, X12 Şəxs müştərək qaydada cəmi 876.4 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-238/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxs Şəxs tutularaq tələbkar dövlət gəlirlərinə ödənilməsinin qət edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin göndərildiyini, icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, icra sənədlərini icra etmədiyi üçün Şərur Rayon Məhkəməsinin 3(110)- 34/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs 10 gün müddətində inzibati qaydada həbs edildiyini, həbsdən çıxdıqdan sonra borcundan heç bir məbləğ ödəmədəyini, borclunun təkrar olaraq Şərur Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunduğunu, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında hər üç icra sənədi barədə məlumatının olduğunu, hər üç icra sənədləri üzrə bu günədək heç bir ödəniş etmədiyini, çünki heç yerdə iş tapa bilmədiyini, hal-hazırda işi olmadığı üçün icra sənədlərini icra etmək imkanının olmadığını, vaxt verilərsə iş tapıb icra sənədlərini hissə-hissə ödəyəcəyini qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs izahatlarından, iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur... Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4583/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X1, X5 müştərək qaydada cəmi 876.4 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin ödənilməsi qət edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxs Şəxs tutularaq tələbkar dövlət gəlirlərinə ödənilməsi qət edilmişdir. - Şərur rayon Məhkəməsinin 3(110)-34/2024 nömrəli, xx.xx.2024-cü qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. -xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 1 icra sənədi üzrə ümumilikdə 8550 manat aliment borcunu və 2 icra sənədi üzrə ümumilikdə 976.40 manat borcunu ödəməkdən yayınmışdır. İcra məmurunun qanuni tələbinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əvvəlki inzibati tənbeh tədbirindən nəticə çıxarmayaraq icra sənədi üzrə ümumiyyətlə ödəniş etməməsini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayınmasını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Ona görə də inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.1 -ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-105/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-105/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver