Məhkəmə qərarları › İş №3(110)-107/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-107/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-107/2023 18.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.2003-cü il tarixdə Şərur rayon Kürçülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Kürçülü kəndində yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Şərur rayon Kürçülü sakini Şəxs X7 şəhəri ərazisində yerləşən filialının qarşısında olan “Milli Ön” ödəmə terminallarından birinin qoruyucu ekranını sındırmışdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 05.04 2023-cü il tarixdə saat 20:00 radələrində Şərur şəhəri ərazisindəki ərzaq mağazalarından birinə girib araq, pepsi, kolbasa, çörək və s. alıb Məmmədsabir kəndinə dayısı X3 yaşadığı evə getdiyini, orada spirtli içki qəbul etdikdən sonra saat təxminən 22:00 radələrində dayısıgildən çıxıb Şərur şəhəri ərazisində yerləşən “Elvin” restoranına getdiyini, oraya xalası oğlu X6 tərəfindən çağırıldığını, orada da spirtli içki qəbul etdikdən sonra getməyə qərar verdiyini, restoranın girişində bibisi oğlu X1 və əmisi oğlu X4 gördüyünü, bibisi oğluna Kürçülü kəndinə getməyəcəyini və onlarda qalacağını dediyini, onunla razılaşıb evə getməyə başladıqlarını, spirtli içkinin təsirindən sonrakı hadisələri xatırlamadığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında bibisi oğlunun yaşadığı evdə oyandığını xatırladığını, oyandıqdan sonra Kürçülü kəndinə getdiyini, həmin gün saat təxminən 11:00 radələrdində Kürçülü kəndində əkin sahəsini suvararkən bir nəfər polis əməkdaşının ona zəng edərək harada olduğunu soruşduğunu, ona yerini bildirdiyini, polis əməkdaşlarının onun olduğu yerə gəldiklərini, onu X7 şəhəri ərazisində yerləşən filialının qarşısına gətirdiklərini, gecə saatlarında “Milli Ön” ödəmə terminallarından birinin qoruyucu ekranını sındırdığını bildirdiklərini, daha sonra onu Şərur Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Şərur Rayon Polisi İdarəsinə apardıqlarını, ilk dəfə inzibati xəta törətdiyini, dəymiş ziyanı ödədiyini, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Şərur Rayon Polisi İdarəsinin nümayəndəsi və zərərçəkən "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sənədlər: İş materiallarında olan fotoşəkillərdən görünür ki, X7 şəhəri ərazisində yerləşən filialının qarşısında olan “Milli Ön” ödəmə terminallarından birinin qoruyucu ekranını sındırmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi hal kimi, əməlin sərxoş halda törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib vurulmuş ziyanın bir misli, yəni 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar