Məhkəmə qərarları › İş №3(110)-108/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-108/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-108/2024 03.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Şərur rayon Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, təqaüdçü, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qarxun kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naxçıvan MR DİN Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə «VAZ 21063 minik» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər dəymişdir. Naxçıvan MR DİN Şərur Rayon Polis İdarəsinin inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş MR DİN Şərur Rayon Polis İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında uzun müddət polis orqanlarında xidmət etdiyini, hal-hazırda pensiyada olduğunu, onun uzun müddətdir ki, avtpomobil idarə etdiyini, avtomobil idarə etdiyi müddətdə ağır nitəcələrə səbəb olan yol nəqliyyat hadisəsi törətmədiyini, 19 mart 2024-cü il tarixdə saat 20:00 radələrində onun atası Nəsir Məmmədova məxsus avtomobillə Şərur şəhərində gəldiyini, yanacaq doldurma məntəqəsində yanacaq doldurduqdan sonra evə Şərur rayon Muğancıq Müslüm kəndinə doğru hərəkət etməyə başladığını, həmin vaxt atası Nəsir Məmmədovunda avtomobildə olduğunu, onun Şərur şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman havanın yağışlı olması səbəbindən yolu yaxşı görə bilmədiyini, normal sürətlə yolun sağ zolağı ilə hərəkətdə olan avtomobilin sol ön hissəsindən nəyinsə avtomobilə dəydiyini gördüyünü, lakin avtomobilə nəyin dəydiyini gördmədiyini, avtomobili saxladığını və yerə düşdüyünü, bu zaman avtomobilin arxa təkərinin yanında bir xanımın yıxıldığını gördüyünü, onu xəstəxanaya aparmaq istədiyini, lakin onun yaxşı olduğunu dediyini, xəstəxanaya getmək istəmədiyini bildirdiyini və ondan onu yaşadığı evə aparmağını xahiş etdiyini, onun onu evə apardığını, sonradan onun təzyiqinin qalxdığını və narahat olmağa başladığını, qızının həyat yoldaşının onu yaşadığı evə apardığını, həmin gün saat 23:00 radələrində həmin qadını həyat yoldaşının xəstəxanaya apardığını, rentgen müayinəsindən sonra onun ciddi xəsarətinin olmadığının müəyyən olduğunu, növbəti gün həmin qadının qohumlarının ondan müyinə xərci istədiklərini, onunda onun qızına 300 manat pul verdiyini, lakin sonradan qarşı tərəfin onlara verdiyi 300 manat pulu qəbul etmədiklərini, onun onunla söhbət edən zaman onun ondan ən azı 2000 manat, 3000 manat pul istədiklərini, lakin ona 300 manatdan artıq pul verə bilməyəcəyimi bildirdiyini, bundan sonra həmin şəxsin baş vermiş hadisə ilə bağlı polisə müraciət etdiyini, polis idarəsindən onunla əlaq saxlanılıb izahat verməyi üçün onu Şərur Rayon Polis İdarəsiə dəvət etdiklərini, sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə getdiyini və hadisə yerində keçirilən baxışda iştirak etdiyini, diqqətsizlik etdiyi üçüçn bu hadisənin baş verdiyini,əməlindən peşman olduğunu qeyd edərək məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 izahatında 19 mart 2024-cü il tarixdə onun övladı Şərur rayon Qarxun kənd sakini Şəxs ilə birgə Şərur şəhərinə gəldiklərini, onun Şəxs idarə etdiyi “VAZ 2106” markalı avtomobilin ona məxsus olduğunu, lakin onun səhhəti ilə bağlı olaraq avtomobili canlı etibarnamə vasitəsi ilə övladına verdiyini, onların Şərur şəhərində olan qohumlarının evində əyləşdikdən bir qədər sonra oradan çıxıb təkrar Şəxs idarə etdiyi avtomobilə əyləşdiklərini, Şəxs avtomobili Şərur rayon Muağncıq Müslüm kəndi istiqamətində idarə etdiyini, onların Şərur şəhərindən çıxana yaxın yolun kənarı ilə əlində çətir olan bir qadının keçdiyini gördüyünü, bu zaman Şəxs idarəetməni itirdiyini və ayağını əyləcə sıxsa da, qəzanın qarşısını ala bilməyib həmin qadını vurduğunu, daha sonra onların dərhal avtomobildən yerə endiklərini və yerdə olan qadını avtomobilə əyləşdirib xəstəxanaya aparmaq istəsələr də, lakin onun təkid evlərinə getmək istədiyi üçün Şəxs onu yaşadığı evə apardığını bildirmişdir Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında 19 mart 2024-cü il tarixdə onun qaynı Şərur rayon Qarxun kənd sakini Şəxs ilə birgə Şərur şəhərinə gəldiklərini, onların Şərur şəhərində olan qohumlarının evində əyləşdikdən bir qədər sonra oradan çıxıb təkrar Şəxs idarə etdiyi avtomobilə əyləşdiklərini, Şəxs avtomobili Şərur rayon Muağncıq Müslüm kəndi istiqamətində idarə etdiyini, onların Şərur şəhərindən çıxana yaxın yolun kənarı ilə əlində çətir olan bir qadının keçdiyini gördüyünü, bu zaman Şəxs idarəetməni itirdiyini və ayağını əyləcə sıxsa da, qəzanın qarşısını ala bilməyib həmin qadını vurduğunu, daha sonra onların dərhal avtomobildən yerə endiklərini və yerdə olan qadını avtomobilə əyləşdirib xəstəxanaya aparmaq istəsələr də, lakin onun təkid evlərinə getmək istədiyi üçün Şəxs onu yaşadığı evə apardığını bildirmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, 21 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X1 dərəcəsi aşkar ediməlmişdir; - Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli, 496 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər-təpə nahiyyəsində şişkinlik və qansızma, sağ budunda və qarnında qançırlar, sol klavikulaakromion oynaqda İİ dərəcəli aralanma küt mexanizmdən, bər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, eləcədə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni avtomobilin qəzası nəticəsindədə törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Şəxs idarə etdiyi VAZ 21063 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir; - Naxçıvan MR DİN Şərur Rayon Polis İdarəsinin inspektoru X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə “VAZ 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Ona görədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:49-da Şərur şəhərində «VAZ 21063 minik» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin Şərur şəhəri H.Əliyev prospekti ilə hərəkət edən zaman idarəetməni itirərək Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almaları iş üzrə araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, bununlada Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar