Məhkəmə qərarları › İş №3(110)-108/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-108/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-108/2025 14.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, usta, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Kürçülü kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə saat 02:00-da Şərur şəhərində ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında il yarım əvvəl Şərur rayonunda yerləşən N/N rezidensdə usta işlədiyini, 11 aprel 2025-ci il tarixində iş yoldaşı ilə Oskar restoranında yeyib-içmək üçün getdiklərini, iş yoldaşları ilə yeyib-içdikdən sonra onu aparan taksi sürücüsü Kamrana zəng etdiyini ki, gəlib onları aparsın, o gələndə isə onlar 8 nəfər olduğundan, maşına yerləşə bilmədiklərini o Kamrana 4 nəfər uşaqlardan apar sonra bizi gəlib götürərsən dediyini, Kamran onları apardığını, onların müdürün oğlu Röyal onları restoranın qarşısında gördüyünü və yerdə qalmayın əmioğluma deyim sizi də rayona aparsın dediyini, onlar Şərur şəhərində düşdüklərini, ancaq Kamranın maşınında olan işçilərdən Elnur içkili olduğundan sürücünün ondan yol haqqı olaraq istədiyi 6(altı) manat pulun çox olduğunu bildirdiyini, bu zaman aralarında mübahisə yarandığını, sürücü onlara pulunuz yoxdursa gedə bilərsiniz dediyini, Elnur və digər işçilər biz gedəndə 3(üç) manat pul vermişdik, sən niyə artıq pul alırsan dediklərini, o sürücünü maşına oturtduğunu ki, sürüb getsin, bu zaman polis patrul xidməti səsküyə görə onlara yaxınlaşdığını və onları polis idarəsinə gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında və verilən suallara cavabında 11 aprel 2025-ci il tarixdə saat 10:00-da xidməti təhvil alaraq işə başladığını, gecə saat 02:00 radələrində xidməti vəzifələrini yerinə yetirərkən Şərur rayon Mərkəzi Xəstəxanasının yanından Polis idarəsi istiqamətində hərəkət etdiklərini, yolda Mersedes markalı avtomobilin dayandığını və ətrafında 5-6 nəfəri toplaşdıqlarını, ucadan səs-küy saldıqlarını gördüklərini, onların yanına çatdıqda onların öz hərəkətlərini davam etdirdilərini və bir-birlərinə ucadan nalayiq ifadələr işlətdiklərini, X2 və Şəxs sürücü sakitləşdirməyə çalışdıqlarını, sürücünün isə onlara məhəl qoymadığını gördüyünü, ancaq sürücünün bir anlıq maşını sürüb uzaqlaşmaq istədiyini, ona işarə verib saxlatdıqlarını və Şərur RPİ-nin nöbətçi hissəsinə məruzə etdiklərini, idarədən şəxslərin polis idarəsinə gətirilməsi barədə göstəriş verildiyini, orada olan 3 nəfəri Şərur RPİ-nə apardıqlarını, digər Elnur adlı şəxsi isə gedib sonradan Şərur RPİ-nə gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 da şahid X8 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-da Şərur şəhərində ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, onun mübahisə edən taksi sürücüsü X6 ilə X1, ucadan səs-küy salaraq ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar