Məhkəmə qərarları › İş №3(110)-109/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-109/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-109/2024 01.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Firudin oğlunun iştirakı ilə xx.xx.1996-cı ildə Şərur rayon Məmmədsabir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Məmmədsabir kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə Şəxs atasına məxsus evi yandıraraq maddi ziyan vurduğuna görə İXM-in 232-1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən 19 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərəçəkmiş şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə inzibati materiala onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə iş üzrə zərərçəkmiş şəxs qismində cəlb olunduğunu, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqında” 18 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində inzibati icraat başlanılması üçün qəbul olunmuş qərarın surəti Şərur Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilmişdir; - Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə Şəxs atasına məxsus evi yandıraraq maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; - Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 325 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, baxış zamanı eləcə də toplanmış şifahi və yazılı izahatları, zəruri sənədləri və məlumatları nəzərə alaraq, baş vermiş yanğın hadisəsi nəticəsində Zərərçəkmiş şəxs tikinti üzrə 19 mart 2024-cü il tarixi üçün ümumilikdə dəymiş maddi ziyanın məbləği bugünki orta bazar qiymətinə uyğun olaraq təqribən 2594,60 (iki min beş yüz doxsan dörd manat altmış qəpik) manat məbləğində olduğu müəyyən edilir; - Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizəsini iş materialında olan sübutlarla qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; - 114.1 və 114.1.4 -cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Firudin oğlu Zərərçəkmiş şəxs ilə barışdığından və vurulmuş ziyanı tamamilə ödədiyindən onun barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 39, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Firudin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar