Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-11/2022 19.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1993-cü ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati materiala baxaraq müəyyən etdim: Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, 18.02.2022-ci il tarixdə onun üzərindən 0.123 qram metamfetamin adlı psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında, 18.02.2022-ci il tarixdə səhər saatlarında Şərur şəhərində yerləşən avtovağzala getdiyini, şəxsiyyət vəsiqəsini Bakı şəhərində yaşayan əmisi oğluna çatdırması üçün Bakı şəhərinə gedən avtobusla Bakı şəhərində yaşayan əmisi oğlu X1 göndərdiyini, onun həmin kimliyi paketə büküb avtobus sürücüsünə verdiyini, sonra avtovağzalın yanında olan parkın içərisi ilə Şərur şəhərində yerləşən mərkəzi bazara getdiyini, həmin vaxt idman üslubunda geyinmiş bir şəxsin ona yaxınlaşdığını, ondan siqater istədiyini, onun həmin şəxsə siqaret verdiyini, onun danışığından iran vətəndaşı olduğunu anladığını, həmin şəxsin ona hərəkətlərindən narkotik istifadəçisinə oxşayırsan dediyini, onunda təxminən bir ay olar ki, başlamışam dediyini, gözləmədiyi halda cibindən bir büküm çıxararaq ona tərəf uzatdığını, ona mən bu malı gömrükdən keçirə bilməyəcəm səndə qalsın istifadə edərsən canın rahatlayar dediyini, onun həmin bükümü ondan aldığını və şalvarının sağ yan cibinə qoyduğunu, axşam pivə içən zaman qəbul edəcəyini bildirdiyini, sonra onun parkdan çıxıb bir başa bazara getdiyini, evə lazım olan ləvazimatları alıb bazarlıq edib kəndə qayıtdığını, günorta yeməyini yeyib təzdən Şərur şəhərinə qayıtdığını, bir müdət rayon ərazisində olduğunu, bazar ətrafında olan ət bazarının yanında polis əməkdaşlarının ona yaxınlaşdığını, onlar onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, orada tanımadığı iki nəfər hal şahidlərinin iştirakçılığı ilə üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı şalvarın sağ yan cibindən iran vətəndaşının ona verdiyi bükümün götürüldüyünü, əməlindən peşman olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 vermiş olduğu izahatında, 18.02.2022-ci il tarixdə, təxminən Şərur rayon Çomaxtur kənd sakini Şəxs üzərində psixotrop maddə daşıması barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında Şəxs Şərur şəhərində yerləşən ət bazarının yaxınlığında saat təxminən 15:00 radələrində tərəflərindən saxlanıldığını, həmin şəxsin polis idarəsinə dəvət edildiyini, polis idarəsinin inzibati binasında hal şahidlərinin iştirakı ilə Şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış nəticəsində onun əynindəki şalvarın sağ yan cibindən ağ rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürüldüyünü, həmin büküm hal şahidlərinin iştirakı ilə açılan zaman içərisindən ağ rəngli toz şəkilli maddə müşahidə edildiyini, sonra həmin bükümün ağ rəngli zərfin içərisinə qablaşdırıldığını, üzərinin möhürləndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 vermiş olduğu izahatında, yuxarıda göstərilən ünvanda yaşadığını, 18.02.2022-ci il tarixdə, təxminən günorta saatlarında Şərur şəhərində kompüter mərkəzinin qabağında durduğu zaman polis əməkdaşlarının ona yaxınlaşdığını, ondan hal şahidi Polis bölməsinə qismində iştirak etməsini xahiş etdiklərini, o da onların xahişini qəbul edərək, Şərur rayon Polis idarəsinə getdiyini, orada tanımadığı cavan bir oğlanın onlara təqdim edildiyini, ona və Şərur şəhər sakini X6 hüquq və vəzifələrinin izah olunduğunu, sonra onların iştirakçılığı ilə adının Şəxs oğlunun üzərində şəxsi axtarış aparıldığını, axtarış zamanı onun şalvarının sağ yan cibindən ağ rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürüldüyünü, həmin büküm onların iştirakı ilə açılan zaman içərisindən ağ rəngli toz şəkilli maddə müşahidə edildiyini, sonra həmin bükümün ağ rəngli zərfin içərisinə qablaşdırıldığını, həmin zərfin üzərinin onlar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 digər şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarına əlavə olunmuş 18 fevral 2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən ağ rəngli kağızdan ibarət olan bir büküm aşkar edilərək götürülmüş, həmin büküm hal şahidlərinin iştirakçılıqları ilə müvafiq qaydada ağ rəngli zərfə qabalaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 18 fevral 2022-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş və 19 fevral 2021-ci il tarixdə saat 11:00-da azad edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin 18 fevral 2022-ci il tarixli 01 nömrəli ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş kağız zərfin içərisindəki ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.123 qram olan, ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət olan psixotrop maddə- metamfetamindir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli aktdan görünür ki, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.083 qram psixotrop maddə metamfetamin “Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə X2 Obyekti № 3 möhürü ilə möhürlənmiş və qablaşdırılmış vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılır. İş materiallarına əlavə olunmuş Şərur RPİ Cinayət axtarışı bölməsinin rəisi polis polkovnikleytenantı X11 tərəfindən tərtib edilmiş 19.02.2022-ci il tarixli, 010127 saylı inzibati xəta haqqında protokoldan görünür ki, 18.02.2022-ci il tarixdə Şərur rayon Çomaxtur kənd sakini, 1993-cü il təvəllüdlü Şəxs üzərindən 0.123 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiqedilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinədaxiledilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 18 fevral 2022-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 18 fevral 2022-ci il tarixdən, saat 16:00-dan tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. İnzibati xəta üzrə maddi sübut olan ekspert tədqiqatından sonra xalis çəkisi 0.083 (sıfır tam mində səksən üç) qram olan psixotrop maddə - metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-11/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-11/2022
19.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver