Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-11/2024 16.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-cü ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hərbi hissədə xadimə işləyən, evli, 3 uşaq anası, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan və Zeyvə kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqənda protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Zeyvə kəndində Şəxs Zərərçəkmiş şəxs ayaqqabı tayı ilə üz nahiyəsindən vuraraq onu döymüşdür, bununla da, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Zeyvə kəndində qayınanası Zərərçəkmiş şəxs ilə eyni evdə yaşadığını, Qayınanası Zərərçəkmiş şəxs ilə evi iki hissəyə böldüklərini, bir hissədə qayınanası Zərərçəkmiş şəxs yaşadığını, digər hissədə isə onun üç övladı ilə birlikdə yaşadığını, uzun müddət əvvəl anası Tünzalə Muradovanın ona ayaqqabı Şkafı gətirdiyini, onun həmin şkafı evin açıq balkonunda qapının yanına qoyduğunu, həmin yerdə elektrik sayğacının olduğunu, sonradan elektrik nəzarətçisinin ona həmin şkafı sayğacın qarşısından götürüb başqa yerə qoymağını tapşırdığını, buna görə də onun 20 dekabr 2023-cü il tarixində həmin ayaqqabı şkafını götürüb açıq balkonda başqa yerə qoyduğunu, bu zaman qayınanası Zərərçəkmiş şəxs gəldiyini və şkafı ondan şkafı başqa yerə qoymağını tələb etdiyini, səbəb olaraq onun şkafı qoyduğu yerin onun pəncərəsinin qarşısı olduğunu bildirdiyini, ona həmin yerin onun pəncərəsinin qarşısı olmadığını, onun qaldığı hissənin qapısının yanı olduğunu bildirdiyini, buna örə də aralarında mübahisə olduğunu, Zərərçəkmiş şəxs iki dəfə şkafı yerindən hərəkət etdirib ondan onu başqa yerə qoymağını tələb etdiyini, sonra da onun şkafı hərəkət etdirmək istədiyini, bu zaman şkafın aşdığını, şkaf aşarkən Zərərçəkmiş şəxs üzünə düşdüyünü və onun üz nahiyəsindən xəsarət yetirdiyini, sonra Zərərçəkmiş şəxs ona qarşı qeyri-etik ifadələr işlətdiyini, onun da ona qarşı eyni tərxdə cavab verdiyini, aralarındakı mübahisə dərinləşdiyi üçün onun yerdə olan ayaqqabı tayını ona tərəf atdığını, onun atdığı ayaqqabı tayının ona dəymədiyini, onun epilepsiya xəstəsi olduğunu, buna görə də tez-tez əsəbiləşdiyini, Zərərçəkmiş şəxs ona ayaqqabı tayı atdığı üçün onun da ayaqqabı taylarını götürüb ona tərəf atdığını, sonra onun evin yaşadığı hissəsinə daxil olduğunu, onu döymədiyini, əksinə qayınanasının onu vurduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Zeyvə kəndi ərazisində həyat yoldaşı Vidadi İmanova məxsus evdə gəlini Şəxs ilə yaşadığını, lakin evi iki hissəyə böldüklərini, bir hissədə onun yaşadığını, digər hissədə isə Şəxs 3 övladı ilə birlikdə yaşadığını, Mələknisə ilə müxtəlif ailədaxili münaqişələrinin olduğunu və onunla yola gedə bilmədiyini, 20 dekabr 2023-cü il tarixində Mələknisənin iki tağlı, uca şkafı çöl tərəfdən onun evinin pəncərəsinin qarşısına qoyduğunu, ona bu barədə xəbərdarlıq etdiyini və şkafı götürməsini xahiş etdiyini, lakin onun dediyini etmədiyini, buna görə də onunla aralarında mübahisə olduğunu, mübahisə olan zaman Mələknisənin əvvəlcə onun üz nahiyəsindən şillə ilə, sonra isə yerdən ayaqqabının tayını götürərək təkrar onun üz nahiyəsindən vurduğunu və ona xəsarət yetirdiyini, eyni zamanda Mələknisənin sağ əl nahiyəsindən də xəsarət yetirdiyini, lakin sağ əlindən nə ilə vurduğunu bilmədiyini bildirmişdir. İş materialında olan: - xx.xx.2023-cü il tarixli, 1810 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı, sağ sifət nahiyəsində və sağ əlin İV barmağında yaralar, küt mexanizmdən bər küt əşyanıən (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 017819 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Zeyvə kəndində Şəxs Zərərçəkmiş şəxs ayaqqabı tayı ilə üz nahiyəsindən vuraraq onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmişin toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Zeyvə kəndində Şəxs Zərərçəkmiş şəxs ayaqqabı tayı ilə üz nahiyəsindən vuraraq onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, himayəsində on dörd yaşınadək iki uşağının olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-11/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-11/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver