Məhkəmə qərarları › İş №3(110)-112/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-112/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-112/2023 15.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tələbə, evli, 1 uşaqlı, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında Bakı xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində özünə məxsus Vaz 21074 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur şəhərində yaşayış binalarının arasındakı məhəlləyə getdiyini, geriyə dönmək istəyərkən avtomobilə artıq qaz verdiyi üçün avtomobilin arxasının fırlandığını, təkərlərin asfalta sürtündüyünü və iz buraxdığını, bu zaman Şərur rayon Polis İdarəsinin PPXB-nün iki əməkdaşının onu gördüyünü və onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə Şərur rayon Polis İdarəsinə getdiklərini, ona bu hərkətinin qanunazidd olduğunu bildirdiklərini, bu hərəkəti qəsdən etmədiyini, barəsində inzibatı xəta haqqında protokol tərtib edildiyini, tələsdiyi üçün belə bir halın yaşandığını, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında və verilmiş suallara cavabında Şərur rayon Polis İdarəsinin DYPB-nin inspektoru vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Şərur şəhəri, Kapitan Seyidov küçəsində xidmət aparan zaman şinlərin asfalt örtüyünə sürtünməsi səsi gəldiyini, bu zaman PPX bölüyünün polis nəfəri Talaeh İsmayılovun onun mobil nömrəsinə zəng vuraraq VAZ 210074 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün kobud şəkildə ictimaiyyətə açıq hörmətsizlik edərək avtomobilin arxasını fırlatdığını bildirdiyini, o da komandiri polis leytenantı Şöhrət Cəfərova bu barədə məruzə etdiyini və birlikdə həmin yerə getdiklərini, həmin avtomobilin hərəkətdə oluğunu, onu saxlatdığını, özünü təqdim edərək avtomobilin sürücüsü Şəxs sənədlərini tələb etdiyini və ona etdiyi əməlin qayda pozuntusu olduğunu izah etdiyini, sürücünün etiraz edərək hər hansı qanun pozuntusuna yol vermədiyini bildirdiyini, Taleh İsmayılovun onların yanına gəldiyini, birlikdə Şəxs qayda pozuntusu törətdiyi yerə getdiklərini, aflat örtüyündə şin izləri gördüklərini, Şəxs onlara “cəriməni yazın gedim” dediyini, protokol tərtib edildikdən sonra avtomobili duracağa yerləşdirdiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X2 da şahid X7 ilə eyni məzmunlu izahat vermişdir Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında Şərur rayon Polis İdarəsinin PPX bölüyünün polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Şərur şəhəri, Kapitan Seyidov küçəsində xidmət aparan zaman VAZ 210074 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobilin şinlərini asfalt örtüyünə sürtərək kobud şəkildə ictimaiyyətə açıq hörmətsilik edərək avtomobilin arxasını fırlatdığını gördüyünü, onunla eyni ərazidə xidmət aparan DYP bölməsinin əməkdaşı X6 bu barədə məlumat verdiyini, Aydınlı Müştəbanın həmin avtomobilin sürücüsünü saxlatdığını, özünün də onların yanına getdiyini, Aydınlı Müştəbanın sürücüdən sənədlərini tələb etdiyini, ona etdiyi əməlin qanun pozuntusu olduğunu izah etdiyini, sürücünün etiraz edərək hər hansı bir qanun pozuntusuna yol vermədiyini bildirdiyini, birlikdə sürücünün qanun pozuntusunu törətdiyi yerə getdiklərini, sürücüyə və Aydınlı Müştəbaya şin izlərini göstərdiyini, bu zaman sürücünün “cəriməni yazın gedim” dediyini, daha sonra DYP əməkdaşlarının protokol tərtib edildikdən sonra avtomobili duracağa apardıqlarını bildirdişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X3 da şahid X5 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi DYPB-nin rəisi X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması halına yol verməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarında olan B000297 nömrəli tələbə kartının surətindən görünür ki, Şəxs X1 əyani olaraq təhsil alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şərur şəhəri ərazisində özünə məxsus “VAZ 210074” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, X1 4 -cü kurs tələbəsi olaraq əyani təhsil almasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar