Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-113/2024 22.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Şərur rayon Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq anası, deməsinə görə məhkum olunmamış, Şərur rayon Püsyan kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, 25 mart 2024-cü il tarixdə Püsyan kənd sakini Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək döymüşdür, bununla da, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Püsyan kəndində yaşadığını, 2021-ci il tarixdən qonşusu Balaxanım adlı qadınla yol üstündə ədavətlarinin olduğunu, 24 mart 2024-cü il tarixdə saat təxminən 12:00 radələrində evinin həyətyanı sahəsinə çıxdığını, həmin vaxt Balaxanımın zibili həyətlərinin sərhəddi olan setkanın dibinə tökdüyünü gördüyünü, Balaxanımdan nə üçün zibili buraya tökdüyünü soruşduğünü, həmin vaxt onu nalayiq formada təhqir etməyə başladığını, bundan sonra Balaxanımın yerdən daşlar götürərək ona tərəf atmağa başladığını, daşlardan bir-neçəsinin qoluna, biri isə ayağına dəydiyini, daha sonra onun səsinə qardaşı Sevindik adlı şəxs gəldiyini, ona və həyat yoldaşına qarşı nalayiq ifadələr işlətdiyini, dərhal qaçaraq evə girdiyini. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında 2021-ci il tarixdən qonşusu Əziz adlı şəxslə yol üstündə ədavətləri olduğunu,. 24 mart 2024-cü il tarixdə saat təxminən 12:00 radələrində evdən çıxaraq bayram görüşünə getdiyini, .həmin vaxt Əzizin həyat yoldaşı Tünzalənin həyətdə olduğunu, yol ilə onun evinin yaxınlığından keçən zaman Tünzalənin yerdən ot qopardaraq onun üstümə atdığını, üstü batdığı üçün onunla mübahisə etməyə başladığını, bir-birlərini təhqir etməyə başladıqlarını, daha sonra Tünzalənin oğlu Cəbinin evlərindən çıxaraq anasına evə qonaq gəldiyini bildirdiyini, Cəbinin anasının mənimlə mübahisə etdiyini görərək yanlarına gəldiyini, Cəbinin ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxt Tünzalənin əlindəki ağacı ona atdığını və ağacın onun sağ çiyninə dəydiyini, mübahisənin böyüdüyünü, daha sonra Tünzalənin yerdən daş götürərək ona atdığını, daş onun sinəsinə dəydiyini, bundan qəzəblənərək yerdən daş götürüb Tünzaləyə atdığını, həmin daşın ona dəyib-dəymədiyini görmədiyini, daha sonra onların səsinə bacısı Gülarə və qardaşının həyat yoldaşı Kəmalənin gəldiyini, daha sonra polis idarəsinə dəvət olunduğunu, orada Tünzalənin barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X2 izahatında Şərur rayon Püsyan kəndində bacıları Balaxanım və Əsmayə ilə birlikdə yaşadığını, 2021-ci il tarixdən qonşusu Əziz adlı şəxslə və onun ailəsi ilə yol üstündə ədavətlari olduğunu, 24 mart 2024-cü il tarixdə saat təxminən 12:20 radələrində səsküyə evdən çıxdığını, evdən çıxan zaman bacısı Balaxanımla Əzizin həyat yoldaşı Tünzalənin sözlə mübahisə etdiklərini gördüyünü, həmin vaxt Tünzalənin oğlu Cəbinin də orada olduğunu Cəbinin Balaxanıma qarşı nalayiq ifadələr işlətdiyini, Tünzaləni həyat yoldaşı Əziz, Cəbini isə həyat yoldaşı Həmidə çəkərək evə apardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 izahatında 04 yanvar 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə Şərur rayon Püsyan kəndinə gəldiklərini, baldızlarının evində qaldıqlarını, 24 mart 2024-cü il tarixdə saat təxminən 12:20 radələrində səs-küyə evdən çıxdığını, evdən çıxan zaman baldızı Balaxanımla onların qonşusu Əzizin həyat yoldaşı Tünzalənin sözlə mübahisə etdiklərini gördüyünü, həmin vaxt Tünzalənin oğlu Cəbinin də orada olduğunu, Cəbinin Balaxanıma qarşı nalayiq ifadələr işlətdiyini gördüyünü, daha sonra aralaşdıqlarını bildirmişdir. İş materialında olan: - Məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir - xx.xx.2024-cü il tarixli, 634 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar ediməmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırılan 13 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsi İbadulla PB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 25 mart 2024-cü il tarixdə Püsyan kənd sakini Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatlarını, eyni zamanda iş materialında olan ekspert rəyini tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsi döyməsi öz təsdiqini tapmır, ona görə də, hazırkı vəziyyətdə Şəxs əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-113/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-113/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver