Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-117/2023 18.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Şərur rayon Çərçiboğan kəndində xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində şərxoş halda polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə axşam saatlarında evinə gedən zaman sərxoş olduğu üçün küçədə səs-küy saldığıni, hadisəni çoxda xatırlamasada qonşusu Qalib Ramazanovun küçəyə çıxaraq ondan səs-küy salmamasını tələb etdiyini xatırladığını, bu zaman onunla mübahisə etdiklərini, daha sonra həmin yerə polis əməkdaşlarının gəldiyini, polis əməkdaşlarının onu nizam-intizama dəvət etdiyini, onların qanuni tələblərinə tabe olmadığını, polis əməkdaşlarının onu zorla avtomobilə əyləşdirərək Şərur rayon Polis İdarəsinə apardıqlarını, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində qonşusu Şəxs həyətin qapısını açaraq həyətə daxil olduğunu, onun üstündəki paltarın cırılmış vəziyyətdə olduğunu gördüyünü, ondan nə baş verdiyini soruşduğunu, ona “qonşu, siz yaxşı insan deyilsiniz” dediyini, onu təhqir etməyə başladığını, onun sərxoş halda olduğunu görüb qolundan tutaraq onu evinə aparmağa çalışdığını, lakin omnun 3 dəfə geri qayıtdığını, sonuncu qapının bağlı olduğunu görüb qapıya təpiklə vurduğunu, atası gəlib onun aparmağa çalışarkən atasını yerə yıxdığını, bundan sonra Şərur rayon Polis İdarəsinə zəng edərək məlumat verdiyini, polis əməkdaşlarının oraya gəldiyini, polis əməkdaşlarına qarşı müqavimət göstərdiyini, daha sonra polis əməkdaşlarının güc tətbiq edərək onu Şərur rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə iş yoldaşı X3 birlikdə Şərur rayon Polis İdarəsində xidmətdə olan zaman Şərur rayon Çərçiboğan kəndində bir nəfərin sərxoş vəziyyətdə probelm yaratması barədə 102 xidmətinə məlumat daxil olduğunu, hadisə yerinə getdiklərini, orada olan şəxslərin Şəxs qonşusu X1 təhqir etməsi, ucadan səs-küy salmasını dediklərini, Şəxs Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, lakin həmin şəxsin onların qanuni tələbinə tabe olmadığını, bundan sonra həmin şəxsə qarşı güc tətbiq edərək onu Şərur rayon Mərkəzi Xəstəxanasına apararaq alkoqol müayinəsindən keçirdiklərini, onu ağır dərəcə sərxoş olmasının müəyyən olunduğunu, daha sonra onu Şərur rayon Polis İdarəsinə gətirdiklərini, onun barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında X5 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs Şərur rayon Çərçiboğan kəndində xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində şərxoş halda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 123 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 2.32 promil ağır dərəcə içkili olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0358 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 0025-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 01 ədəd qara rəngli qayış aşkar edilərək götürülmüş və daha sonra özünə qayatrılmışdır Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 391 nömrəli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır İş materialında olan xx.xx.2023-cü il tarixli 009168 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Çərçiboğan kəndində xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində şərxoş halda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağrılaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdə saat 00 25-dən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə saat 0025-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-117/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-117/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver