Məhkəmə qərarları › İş №3(110)-117/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-117/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-117/2025 21.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxx 1985-ci ildə Şahbuz rayonunun Biçənək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli (himayəsində 2 uşağı olan), orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Xanlıqlar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinda sosial işçi olan Şəxs QİZİNİN Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, 1/77 №-li məktubu ilə Şərur rayon Xanlıqlar kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün həmkəndlisi Şəxs ilə Zərərçəkmiş şəxs1 arasında yaranmış pul mübahisəsi zamanı Şəxs yolda onlara fiziki zor tətbiq etdiyini bildirmişlər. Faktla bağlı Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 14 aprel 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 21 aprel 2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, elə həmin gün baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, zərərçəkmiş şəxs Sonabəyimin Şərur rayonunun Xanlıqlar kəndində mağazası var və o, orada ərzaq məhsulları satır. xx.xx.2025-ci il tarixdə Xanlıqlar kəndində Füzuli adlı şəxsin mağazasına gedən zaman Sonabəyim onun yolunu kəsmiş, Füzulinin mağazasına gedib oradan alver etdiyi üçün aralarında yaranan mübahisə zamanı Sonabəyim və onun qızı Zümrüdün onun saçından tutub yerdə sürümüş, özü onları döyməmiş, yoldan keçən sürücülər köməyə gələrək onu həmin şəxslərin əlindən almış, mübahisənin hamısı kameraya düşmüşdür. Həmçinin Şəxs izahatında etdiyi əməlindən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi izahatında göstərmişdir ki, o, Şərur rayonunun Xanlıqlar kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahilənin müxtəlif vaxtlarda onun dükanından ərzaq məhsulları götürmüş, ona 283 manat 20 qəpik borcu olduğunu bildirmiş, ondan borcunu qaytarmağını istəmiş, lakin Sahilə borcu olmadığını bildirmiş, onun yaxasında tutaraq borcunu qaytarmamasının səbəbini soruşmuş, bu zaman Sahilə onun saçından tutmuş, həmin vaxtı qızı Zümrüd gəlmiş, aralarında mübahisə yaranmış, Sahilə ona və qızına zərbələr endirmiş, bu zaman kənd camaatı onları aralamış, hal-hazırda Sahilə ilə barışmış və ondan şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərmişdir ki, Sahilənin anası ilə mübahisə edən zaman onların yanına getmiş, bu zaman aralarında mübahisə yaranmış, bir-birinə qarşı zərbələr endirmiş, kənd camaatı onları aralamış, hal-hazırda Sahilə ilə barışmış və ondan şikayətinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatı ilə yanaşı, müvafiq ekspert rəylərini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 13 nömrəli material üzrə Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 inzibati məsuliyyətə cəlb edilməsi üçün material Şəur Rayon Polis İdarəsi İTŞ-ə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli, 123 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: hər iki əlin orta barmağının falanqasının arxa səthində sıyrıqlar küt mexanizmdən bərk küt əşyanın təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixdə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli, 124 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthi üzərində xəsarətin hər hansı obyektiv əlaməti aşkar edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan video materiala baxış zamanı görünür ki, yolun kənarında Şəxs ilə Zərərçəkmiş şəxs1 mübahisə edir, bir qədər mübahisədən sonra Şəxs ondan uzaqlaşdıqda, Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq yaxasından tutur və bu zaman qarşılıqlı mübahisə davaya çevrilir, həmin vaxt Zərərçəkmiş şəxs2 da gələrək davaya qoşulur, ətrafdakılar yaxınlaşaraq, onları aralamağa çalışırlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxslərin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77 və 115-ci maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və maddi sübut kimi tanınmış video materialın olduğu bir ədəd CD-disk iş materiallarında saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinin tələbinə əsasən (inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar