Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-119/2024 14.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1964-cü ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Şərur şəhərində yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası Bakı şəhər Qaradağ Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokollar tərtib edilmişdir ona görəki, o, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarları icra etməmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Bakı şəhərinə gedəcəyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilərək icraat xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə inzibati cərimələri və dəbbə pulunu ödədiyinə dair qəbzləri məhkəməyə təqdim etdmişdir. Yazılı sübutlar: İş materiallarında olan inzibati tənbeh vermə haqqında elektron qərarlardan görünür ki, Şəxs, xx.xx.2023-cü il tarixli EQ18388724 nömrəli qərarla İXM-nin 328.1-ci maddəsi ilə 10 (on) manat, xx.xx.2023-cü il tarixli EQ18388719 nömrəli qərarla İXM-nin 469.3-cü maddəsi ilə 50 (əlli) manat, xx.xx.2023-cü il tarixli EQ18388725 nömrəli qərarla İXM-nin 346.1-ci maddəsi ilə 20 (iyirmi) manat, xx.xx.2023-cü il tarixli EQ18388718 nömrəli qərarla İXM-nin 346.1-ci maddəsi ilə 20 (iyirmi) manat, xx.xx.2023-cü il tarixli EQ18388722 nömrəli qərarla İXM-nin 469.3-cü maddəsi ilə 50 (əlli) manat, xx.xx.2023-cü il tarixli EQ18388720 nömrəli qərarla İXM-nin 469.3-cü maddəsi ilə 50 (əlli) manat, xx.xx.2023-cü il tarixli EQ18388724 nömrəli qərarla İXM-nin 469.3-cü maddəsi ilə 50 (əlli) manat, xx.xx.2023-cü il tarixli EQ18388723 nömrəli qərarla İXM-nin 346.2-ci maddəsi ilə 40 (qırx) manat, xx.xx.2023-cü il tarixli EQ18594502 nömrəli qərarla İXM-nin 346.1-ci maddəsi ilə 20 (iyirmi) manat, xx.xx.2023-cü il tarixli EQ18388717 nömrəli qərarla İXM-nin 346.1-ci maddəsi ilə 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron qəbzlərdən aydın olur ki, Şəxs barəsində olan EQ18388724, EQ18551776, EQ18388718, EQ18388725, EQ18388722, EQ18388719, EQ18388720, EQ18388723, EQ18388721, EQ18594502 və EQ18388717 nömrəli protokollar üzrə cəriməni ödəmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə ödəniş qəbzini və işə əlavə olunmuş materialı nəzərdən keçirib, bu qənaətə gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi göstərilmişdir. Həmin maddənin sanksiyasında inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. X1 Məcəlləsinin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə Şəxs məhkəmə qərarı çıxarılanadək inzibati xəta haqqında icraat üçün əsas olmuş ödənilməmiş müvafiq cəriməni və dəbbə pulunu tam olaraq ödədiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nın 529.3cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə uyğun olaraq şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111,114,115 və 130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin “qeyd” hissəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-119/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-119/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver