Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-12/2022 19.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1992-ci ildə Şərur rayon Ələkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Ələkli kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq müəyyən etdim: Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, 18.02.2022-ci il tarixdə Şərur şəhərində yerləşən köhnə su anbarının ərazisində narkotik maddə istifadə etmiş, Y.Budaqov adına Naxçıvan MR X1 müayinə olunmuş və onda AMP (amfetamin) müsbət aşkar olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmədə iştirak edən inzibati xəta törətmiş Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşadığını, 2011-ci ildə işləmək məqsədi ilə Türkiyə Respublikasına getdiyini və 2014-cü ilə qədər orada yaşadığını, orada yaşadığı müddətdə birlikdə işlədiyi türk tanışı ilə narkotik tərkibli vasitələrdən bir iki dəfə istifadə etdiyini, 2014-cü ildə qeydiyyatda olduğu Şərur rayon Ələkli kəndində gəlib orada yaşadığını, həmin müddətdən indiyədək narkotik tərkibli vasitələrdən istifadə etmədiyini, 18.02.2022-ci il tarixdə səhər saat 09:00 radələrində şəxsi işi ilə əlaqədar olaraq Sədərək Gömrük məntəqəsinə getdiyini, orada tanımadığı bir türk vətəndaşının ona yaxınlaşaraq onda narkotik tərkibli vasitə olan metanfetaminin olduğunu bildirdiyini və istifadə etməyimi təklif etdiyini, onunda əvvəllər Türkiyədə istifadə etdiyi üçün və çoxdandır istifadə etmədiyi üçün etiraz etmədiyini, onun həmin tanımadığı türk vətəndaşından qızılı kağıza bükülmüş bir büküm aldığını, bir az orada durduqdan sonra Şərur rayonuna geri döndüyünü və həmin narkotiki istifadə etməsi üçün rayon ərazisində yerləşən köhnə su anbarının həyətinə girdiyini, orada heç kim olmadığı üçün həmin narkotik tərkibli vasitəni istifadə etdiyini, təxminən 1 saat sonra polis əməkdaşlarının onun olduğu yerə gəldiklərini və onu Şərur rayon Polid İdarəsinə dəvət etdiklərini, sonra polis əməkdaşları onun narkotik qəbul edib etməməsini yoxlamaq üçün Naxçıvan şəhərinə xəstəxanaya apardıqlarını, həmin xəstəxənada ondan sidik analizi götürdüklərini və onun narkotik qəbul etdiyini polis əməkdaşlarına bildirdiklərini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 vermiş olduğu izahatında, bu gün yəni 18.02.2022ci il tarixdə səhər saat 09:00-da Şərur rayon Polis İdarəsinə işə gəldiyini, işdə olan zaman iş yoldaşı Qafar Əsgərova bir nəfər şəxsin rayon ərazisində yerləşən köhnə su anbarında narkotik vasitə qəbul etdiyi məlumatı daxil olduğunu, bu məlumatdan sonra onun Qafar Əsgərovla birlikdə köhnə su anbarı deyilən yerə getdiklərini, onların ora çatan zaman bir nəfər şəxsin tənha yerdə oturduğunu gördüyünü və həmin şəxsə yaxınlaşdıqlarını, onların həmin şəxsə yaxınlaşdıqdan sonra həmin şəxsin Ələkli kənd sakini Şəxs olduğu məlum olduğunu, onların həmin şəxsi Şərur rayon Polis idarəsinə dəvət etdiklərini, sonra onu müayinə olunması Naxçıvan şəhərinə xəstəxanaya apardıqlarını, xəstəxənada Təbrizin sidiyindən analiz verildiyini, narkotik vasitə istifadə etdiyi məlum olmuşdur. İş materiallarına əlavə olunmuş Şərur RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili X6 tərəfindən tərtib edilmiş 19.02.2022-ci il tarixli, 010126 saylı inzibati xəta haqqında protokoldan görünür ki, 18.02.2022-ci il tarixdə Şərur rayon Ələkli kənd sakini Şəxs müayinə olunan zaman onda AMP (amfetamin) müsbət aşkar olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 108 saylı, 18 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Şəxs Y.Budaqov adına Naxçıvan MR X1 psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır, Şəxs dispanserdə sidik narko-test vasitəsiylə müayinə olundu, nəticədə AMP (amfetamin) müsbət aşkar olundu, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidin izahatrını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun səmimi etirafı, iş üzrə dindirilmiş şahid ifadəsi, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunmalı və inzibati həbsin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-12/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-12/2022
19.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver